GDU müəllimləri adından nazirə ittiham dolu müraciət... - İDDİA
Bolge
Oxunub: 819
30 may 2018 | 21:49
GDU müəllimləri adından nazirə ittiham dolu müraciət... - İDDİA
















Gəncə Dövlət Universitetinin riyaziyyat-informatika fakültəsinin əməkdaşları adından təhsil naziri Ceyhun Bayramova müraciət ünvanlanıb. DİA.AZ olaraq həmin müraciəti təqdim edirik:

"Cənab Nazir,məlumunuz olsun ki,Gəncə Dövlət Universitetinin riyazi analiz kafedrası riyaziyyat-informatika fakültəsinin ən fundamental kafedrasıdır. Bu kafedranın çox böyük tarixi və keçmişi vardır. Kafedra yarandığı gündən burada Respublikada tanınan çox yaxşı riyaziyyatçılar işləmişdir. Ancaq cəbr və həndəsə kafedrasında işləyən və kafedranın profilinə uyğun olmayan riyaziyyat tarixi və riyazi məntiqdən dərs deyən Əliqulu Quliyev bu kafedraya müdir keçəndən sonra bu kafedranın pis günləri başlamışdır və hal-hazıra kimi də davam edir. Belə ki, Əliqulu Quliyev riyaziyyat-informatika fakültəsinin,habelə universitetinin baş ağrısına çevrilmişdir.

Əliqulu Quliyev kimdir? Bu suala Universiteti bitirmiş hər bir məzun, Gəncə şəhərinin hər bir vətəndaşı bir mənalı şəkildə deyə bilirlər ki, Əliqulu Quliyev GDU-da təhsilimizin, millətimizin qəsdinə duran baltadır. O, Universitetdə işlədiyi müddətdə fakultə dekanı seçilmək üçün Gəncə şəhərinin “Kriminal” aləminin dəstə üzvlərindən istifadə etmişdir, hətta o, zaman tədris işləri üzrə prorektor Saleh Salahovu elə qorxutmuşdur ki, Saleh müəllim müəyyən müddətdən sonra “pis” xəstəliyə tutulmuş və dünyasını dəyişmişdir. Kafedra müdiri seçilərkən fizika riyaziyyat elmlər doktoru, professor Şövkət Baxışovu da əyri yollarla müsabiqədən kənarlaşdırmişdir. Hətta bu məsələ Ali məhkəməyə qədər gedib çıxmışdır. Müəyyən zamandan sonra Şövkət Baxışov da dünyasını dəyişmişdir.

Son illər kafedra müdiri işləmiş dos. Bəhramgur Mustafayevdə bu acı taleyi yaşamışdır. Hətta Bəhramgur müəllimin ölümü ilə bağlı aidiyyatı olan Dövlət orqanlarına müraciət də olunmuşdur. Bəhramgur Mustafayevin kafedra müdiri seçkisində də Əliqulu Quliyev və 5-ci dəfə qanunsuz olaraq "Ümumi riyaziyyat" kafedrasına müdir təyin olunmuş, 20 ildən artıqdır ki, auditoriyaya daxil olmayan, heç bir elmi pedaqoji fəaliyyətlə məşğul olmayan, ancaq buraxılış işləri, dissertasiya işləri praktika işlərinin tənzimlənməsi ilə məşğul olan şəkər və dializ xəstəsi olan 72 yaşlı Mayıl Mustafayev maneə olmuşlar.

İndi yenə də Əliqulu Quliyev 80 yaşında xəstə olduğu bir zamanda riyazi –analiz kafedrasında müdir seçkisində iştirak etmək istəyir. O, istədiyi adamı kafedra müdiri təyin etdirə bilmədiyindən öz pisliklərini davam etdirmək üçün bu sevdaya düşmüşdür. Çünki aidiyyəti olan dövlət orqanları ona öz yerini göstərə bilməmişlər. Bu adam hal-hazırda 1,5 ştat vahidi ilə guya dərs deyir.Riyaziyyat kafedrası 4-cü mərtəbədə yerləşir.Bu adam 4-cü mərtəbəyə çıxana kimi hər mərtəbədə azı 10 dəqiqə dayanır,çünki 4 dəfə ürəyindən əməliyyat olunub,nəfəs ala bilmir,ağ ciyər xəstəsidir. Maraqlıdır ki, bəzi strukturlar hara baxırlar ki, bu cür hallar baş verir. Əgər səhiyyə nazirliyinin bir komissiyası yoxlama aparsa, bu fakültənin üç nəfər xəstə müəlliminin heç birinin dərs deməyə hüququ olmadığını deyərlər. Bəs onda aidiyyatı olan qurumlar bu məsələdə nə cavab verəcəklər? Gənc kadrların işə təmin olunması Dövlət orqanlarının qarşısında duran ən vacib məsələlərdəndir. Bu cür sağlamlıq durumları yerində olmayan Dövlət tərəfindən yaxşı pensiya ilə təmin olunan bu tip müəllimlər gənc kadrlarla hökmən əvəz olunmalıdırlar. Dəfələrlə Əliqulu Quliyev haqqında mətbuatda çoxlu sayda cinayət tərkibli məlumatlar verilmişdir. Bunların araşdırılması və hüquqi qiymət verilməsi lazımdır ki, bu adam kimliyini dərk etsin. Bu adam yenidən əvvəlki metodlarla, şantaj yolu ilə 80 yaşında kafedra müdiri təyin olunmaq istəyir. Əliqulu Quliyev Cəlil Məmmədquluzadənin “Ölülər” əsərindəki Şeyx Nəsrullahdır.

Bəli, bu qoca müəllim hamını aldadır. O, bütün işlərində şəhər rəhbərliyi tərəfindən dəstəkləndiyini yalandan açıq şəkildə söyləyir. Bu adamı etdiyi günahlara görə cəzalandırılmaq əvəzinə universitet rəhbərliyi fəxri adlara layiq görür. O, yerdə işləmək mümkün deyil ki, cinayətkar cəzasız qalsın, günahsıza isə cəza verilsin. Bu tip insanlar bilməlidirlər ki, insan ağlını itirəndə hər şeyini itirir. Cənab Nazir,xahiş edirik ki,bu barədə bir ölçü götürəsiniz".

Olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır