BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..
Bolge
Oxunub: 1 722
3 in 2018 | 00:17
BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..















Azərbaycana milyonlar bahasına başa gələn Bakı-Rusiya yolu demək olar ki, hal –hazırda lap bərbad vəziyyətə düşüb və yolun çox hissəsi çöküb. Qubadan – Bakı istiqamətinə hərəkət etmək demək olar ki, bütün sürücülərin kabusuna çevrilib. Yol artıq o vəziyyətə gəlib çatıb ki, istər Bakıya gedən yerli əhali istərsədə bölgəyə gələn qonaqlar, turistlər yolun bərbad günə qalmasına görə ikinci dəfə bu yol ilə hərəkət etmək bələ istəmirlər. Yolun yamağ-yamağ olması, beton layların çökməsi nəqliyyat vaistələrinin tez bir zamanda sıradan çıxmasına gətirib çıxarır. Biz hələ həmin nəqliyyat vaistələrində gedib-gələn sərnişinləri demirik. Nəzərinizə çatdırmaq istəyirik ki, yol Nəqliyyat Nazirliyinin sifarişi ilə çəkilib istifadəyə veriləndə , bu yolun 30- il davamlı olacağı barədə nazirlik bəyanat yaymışdı. Çünki yolun tikintisi dövlətə 147- milyon manata başa gəlmişdi. Beləliklə adı çəkilən, beynəlxalq əhəmiyyətli bu magistral yol demək olar ki, son dövrlərini yaşayır.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..









Sürücü İsmayıl Ələkbərovun dedikləri: Mən özüm taski sürücüsüyəm. Demək olar ki , hər gün bu yolu bir dəfə gedib –gəlirəm.. Yolun vəziyyəti lap bərbad günə qalıb. Çarəmız yoxdur evimizə çörək pulu aparmaqdan ötrü bu yolu pisdə olsa gedib gəlməliyik. Biz hər gün gedib gəldiyimizdən yolun lap pis yerlərini tanıyırıq və maşının sürətini azaldırıq. Amma yolu tanımayan sürücülər üçün bu yol əsl təhlükə mənbəyidir..

Sürücünün dediklərində həqiqət var. Niyə? Çünki yolun bu vəziyyətinə bələd olmayan naşı sürücü bir istiqamətdə yolu tutub hərəkət edir və yolun bərbad yerlərini eyni anda maşınla qaçırmaq çox çətindir. Buda həmin nəqliyyat vaistəsinin qırılıb yolda qalmasına və yol nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır.

Görəsən yolun bu vəziyyətdə olması şimal rayonlarının turizimnə necə təsir edir?

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..









Turizim üzrə mütəxəsis Nurlan İsrafilovun dedikləri: Artıq yay ayları olduğundan Quba-Qusar-Nabran kimi turistik bölgələrə insan axını çoxalır. İstirahətə gələn heç bir qonaq istəməz ki, yolu narahat , bərbad olan rayona dincəlməyə getsin. Çünki bu onun üçün həm narahatçılıq həmdə əlavə xərclər deməkdir.. Neçə dəfələrlə şahidi olmuşuq ki, dincəlməyə gələn qonaq yolu geri qayıdandan sonra nəqliyyat vasitəsinin təmir etdirdiyini bildirib.

Bildiyimiz kimi ölkəmizin bir çox rayonlarına turlar təşkil edən turizim şirkətləri kifayyət qədərdir. Bəs bərbad yollar turuzum şirkətlərinə əlavə xərclər hesabına başa gəlmir? Təşkil etdiyi turunun adının açıqlanmasını istəməyən tur rəhbəri Zamil Zərbəliyev bizə bildirdi ki, çalışdıqımız qədər yolları yaxşı olan rayonlara turlar təşkil edək. Amma hərdən də olur ki , istəkləri nəzərə alıb misal üçün şimal rayonlarına azda olsa səyahətlər təşkil edirik. Əlbətdə bunu da onunla əsaslandırıram ki, müqavilə bağladıqımız nəqliyyat şirkəti həmin yolların bərbad olmasından narazıdır və nəqliyyat vaistəsində əlavə xərclərə gətirib çıxarır.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..








Digər bir turizim şirkəti olan Komando tourun səlahiyyətli nümayəndəsi Emil Dünyamalıyev isə bizə şimal rayonlarına əsasəndə Quba-Qusar -Nabran kimi turistik zonalara etdikləri turlar barədə məlumat verdi. Əvvəlcə onu deyim ki, biz ölkəmizin rayonlarından və yollarının vəziyyətindən aslı olmayaraq turlar təşkil edirik. Digər turizim şirkətləri ilə müqasiyyədə bizdə qiymətlər 5-10 manat baha başa gəlir. Bunun da səbəbi var. Birinci növbədə biz turda iştirak edən insanların tam təhlükəsizliyin düşünürük, ikinci isə turda iştirak edən insanları hər cür şəraitlə təmin edirik. Bu günə kimi təşkil etdiyimiz turlarla bağlı bir şikayyət qəbul etməmişik. Səfərə gedən tur zamanı sərnişin daşıyan nəqliyyat vasitələrimiz tam olaraq sıgortalanıb. Yəni sürücü istənilən yol şəraitində məsuliyyət hiss edir və yolun vəziyyətinə görə, nəqliyyat vaistəsini idarə edir. Şirkət tərəfindən sürücü heç vaxt tələsdirilmir ki, tez turu başa vursun. Əlbətdəki yollarımız nə qədər yaxşı və rahat olsa bizimdə işimiz uğurlu olar.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..









Yaxşı olmağını istədiyimiz yollardan biridə Xudat-Nabran yoludur. Xaçmazdan -Xudata kimi müasir standarlara cavab verən yeni yol sakinlərin istifadəsinə verildi. Amma Xudatdan -Nabrana gedən yol demək olar ki, öz dayanaqlığın itirib, nəqliyyat vaistələrinin hərəkətində çətinliklər yaradır. Bu da qaçılmaz faktdır ki, Nabran kimi turizim inkişaf etmiş zonaya turistlərin gəlişini zəiflədir. Xaçmaz İH başçısnın Nabran İƏD üzrə nümayəndəsi Nəzakət İsgəndərovadanda məsələ ilə bağlı fikirlərini öyrəndik : Xudat-Nabran yolunun 2018-ci ilin sonu 2019-cu ilin əvvəllərində yenidən tikilib qurulması gözlənilir. Qaldı ki, yola görə turistlərin azalmasına bu təbii haldır. Turistlər birinci istirahətə getməmişdən öncə həmin rayonun yolu ilə maraqlanır. Yay aylarının yenı başlamasına baxmayaraq Nabranda turistlər keçən ilə nisbətən çox müşahidə etmək olur. Səbəb isə Xaçmaz-Xudat yolunun yenidən istifadəyə verilməsidir. Amma bunuda deyim ki, Nabranı sevən Nabranda dincəlməyə gəlmək istəyən insanlar heç vaxt yolun pisliyinə baxmayıblar. İnşallah yeni yol tikilib istifadəyə veriləndən sonra Nabraba turist axını dahada çoxalacaq.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..








Artıq yeni yolun çəkilməsinə başlanılıb. Qeyd edək ki, fevralın 19-da Prezident İlham Əliyev Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun H.Z.Tağıyev qəsəbəsindən başlayaraq tikilməsi nəqliyyat xidmətlərinin daha da yaxşılaşdırılması ilə yanaşı, bölgədə turizmin inkişafına əlavə təkan verəcək.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..






“Azəryolsevis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli İstixəbər.info saytına bildirib ki, artıq yeni yolun tikintisinə başlanılıb. İşlər sürətlə davam etdiriir. 2018-ci ildə qarşıya qoyulan əsas tapşırıq Bakı-Rusiya sərhədi istiqamətində yeni avtomobil yolunun tikintisini həyata keçirtməkdir. Bu avtomagistral yolun 43-cü kilometrliyində yerləşən H.Z.Tağıyev qəsəbəsindən başlayaraq 53 -kilometrliyinə kimi, 8 kilomertlik köhnə beton yolun yenidən tikintisi və dəniz qırağı ilə Baki-Rusiya sərhədinə kimi olan hissəni əhatə edəcəyi gözlənilir. Avtomagistral yol 43-cü kilometrliyindən başlayaraq 208-ci kilometrədək olan hissəni əhatə edəcək. Dörd cərgəli, birinci dərəcəli geniş yol gələcəkdə ilk ödənişli yol olacaq. Planımızda Xudat -Nabran yolununda yenidən qurulub istifadəyə verilməsi var. Ümüdvarıq ki, yeni çəkilən yollarımız uzun ömürlü , davamlı , ölkəmizə gələn turistlərin və sürücülərmizin tam ürəyincə olacaq.

BAKI-QUBA XUDAT-NABRAN YOLUNUN BƏRBADLIĞINDAN QAZANC GÖZLƏYƏN TURİZİM..

Dünən, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Dünən, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Dünən, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Dünən, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Dünən, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Dünən, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Dünən, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Dünən, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Dünən, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Dünən, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Dünən, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Dünən, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Dünən, 10:31
Azərbaycanda zəlzələ olub
Dünən, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Dünən, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Dünən, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dünən, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Dünən, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Dünən, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Dünən, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Dünən, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
22-04-2024, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
22-04-2024, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
22-04-2024, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
22-04-2024, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
22-04-2024, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO