Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Şöhrət Qasımovun mənzil növbəsini qanunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar
Bolge
Oxunub: 1 979
4 in 2018 | 10:41
Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ  müharibəsi əlili Şöhrət Qasımovun  mənzil növbəsini  qanunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar












Ucar rayonu Qaracallı kənd sakini 2-ci qrup Qarabağ müharibəsi əlili Qasımov Şöhrət Mülkədar oğlu tərəfindən

ŞİKAYƏT ƏRİZƏSİ


Bu ərizəmdə yazıb Sizə bildirirəm ki, Qarabağımızın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb sağ ayağımı itirib 2-ci qrup əlil olmuşam. Mən bununla fəxr edirəm. Qarabağ əlillərinin və şəhid ailələrinin sosial rifahı yaxşılaşdıllması üçün dövlət büdcəsi vəsaiti hesabına mənzillərlə, avtomobillə, sosial müavinətlə təmin edilirlər. Bütün bunlara baxmayaraq bizim ailə acınacaqlı şəraitdə yaşayırıq ki, bu mənzərəni gözləri ilə görən hər bir Azərbaycanlı dəhşətə gələr. Bəlkədə Azərbaycan Respublikasında ikinci belə yarasız şəraitsiz və təklükıli vəziyyətdə olan ev yoxdur ki, mənim ailəm yaşayır.Mənim ailəmin yaşadığı yerə ev yox daha doğrusu qamışdan düzəldilmiş tövlə demək olar. Yağışda-qarda yaşadığımız daxmanı su basır. Yayda istidən yaşamaq olmur.
Baxmayaraq ki, 2009-cu il tarixdən ev növbəsindəyik. Ancaq mənim mənzil növbəmin yerini qanunsuz olaraq rüşvət alıb dəyişdirib geri yazıblar. Mənim növbəmin yerini başqa şəxsə pul alıb yazıb ona ev inşa ediblər. Bunu edən vəzifəli şəxsin maddi maraqlarına görə bu gün mənim ailəm çıxılmaz acınacaqlı bir vəziyyətdə yaşayır.
Qarabağ əlliləri və şəhid ailələri üçün dövlət vəsaiti hesabına mənzil tikilməsi proqramı Respublikamızda həyata keçirilir. Həmçinin yeni proqrama əsasən şəhid ailələri və qarabağ əlilləri üçün mənzillər onların yaşadığları ərazidə tikilməsi nəzərdə tutulur ki, bu təqdirə layiq haldır. Buna görə də istəyirik ki. bizim ailəyədə rayonun mərkəzindən 22 km aralıda yerləşən hazırda yaşadığımız Qaracallı kəndində mənzil tikilib verilsin. İki azyaşlı məktəbli uşaqlarım rahat yaşasın rahat şəkildə dərslərini oxuyub cəmiyyətimizə layiqli vətəndaş olsunlar. Qarabağ müharibəsi əlilinin yaşadığı evi gəlib gözləri ilə görən olsa dəhşətə gələcək. Mənim ev növbəmin yerin i dəyişdirib satan vəzifəli şəxs mütləq cinayət məsuliyyətinə cəlb edilməlidir ki, daxmada ağır şəraitdə yaşayan azyaşlı uşaqlara qarşı bir vəhşilik edib.

Mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevdən, Mehriban xanım Əliyevadan və Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri cənab Sahil Babayevdən xahiş edirəm ev növbəmi qanunsuz olaraq yerini dəyişdirib geriyə yazan vəzifəli şəxslərin barəsində qanuna müvafiq tədbirlər görülməsinə tapşırı verəsi və darısqal, acınacaqlı şəraitdə yaşayan ailəmizə öz kəndimizdə dövlət büdcəsi vəsaiti hesabına mənzil inşa edilib istifadəmizə verilməsinə köməklik göstərəsiniz. Nazir cənab Sahil Babayevdən çox-çox xahiş edirəm Ucar rayonunun Qaracallı kəndinə mənim daxmama qonaq gəlib yazdıqlarımı gözü ilə görsün.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!