Biləsuvarda DYP rəisi bazar açıb
Bolge
Oxunub: 1 478
18 fev 2015 | 11:13
Biləsuvarda DYP rəisi bazar açıb



Rayonda sərxoş sürücü saxlanılarsa 350 manatından, vəsqəsi olmayan isə 100 manatından keçməlidir


Ölkəni ağuşuna almış korrupsiya və rüşvət əndazə tanımadan «yüksəlir» və artır. Xüsusən DYP sistemində polis əməkdaşlarının əmək haqları artırılsa da, ortada «hörmət» və «şirinlik» məsələsini yığışdırmaq mümkün deyil. Hərçənd pul alınmasının tək məsuliyyətlisi qismində sıravi polis əməkdaşlarını görmək yanlışlıqdır. Ona görə ki, bu işə onları məhz rəisləri təhrik edirlər.

Qeyd edək ki, Biləsuvar Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsində yaşananlar öz xarakter və məzmumuna görə, çox unikaldır. Çünki bu bölmənin rəisi Yaqub Abdullayevin tətbiq etdiyi qaydalar və irəli sürdüyü şərtlər digər idarə və bölmələrdə rast gəlinməyənlər sırasındadır.
Azerinfo.az bildirir ki, JAM.AZ-ın rayonda apardığı araşdırma zamanı məlum olub ki, Biləsuvarda sürücülük vəsiqəsi olmayan şəxs idarə edərkən saxlanılarsa, bunun üçün dərd çəkməyə dəyməz. Ona görə ki, ən pis halda avtomobil cərimə meydançasına aparılacaq. Ardından Polisdəki Növbətçi Hissədə həmin sürücünün adını qeydə alacaqlar. Amma iş gəlib cərimə tətbiq etməyə çatanda qaydalar dəyişəcək. Biləsuvar DYP-də buna «Yaqub Abdullayev haqq-hesabı» deyirlər. Həmin «hesaba» əsasən inzibati protokol tərtib edilərkən DYP əməkdaşları onu sürücülük vəsiqəsi olmayan şəxsin adına deyil, hansısa sürücülük sənədi olan şəxsin adını qeyd edirlər. Və bu zaman kəmər, avtomobilin düzgün saxlanılmaması və ya bir başqa yol hərəkəti qaydasının pozuntusu kimi sənədləşdirərək, 20 manatlıq cərimə yazırlar.

Elə zənn eləməyin ki, Biləsuvar DYP-də bunu insaf naminə və ya hörmət əlaməti olaraq edirlər. Əksinə, həmin sənədi olmayan sürücüdən lazımi qədər rüşvət aldıqdan sonra yuxarıdakı əməliyyat həyata keçirilir. Yəni, «Abdullayev haqq-hesabı»na görə, sürücülük hüququ olmayan vətəndaşdan 1-ci dəfə 100 manat, təkrarlanarsa 200 manat «cərimə» alınır. İşin qəribə tərəfi odur ki, bu zaman Növbətçi Hissənin kitabındakı göstəricilərlə protokoldakı cərimənin mahiyyəti tam ayrı olur.

Araşdırma nəticəsində o da məlum olub ki, Yaqub Abdullayev səhər toplanışında bütün yol polisi inspektorlarına xüsusi tapşırıqlar da verir. Təbii ki, hər bir rəisin vəzifələrindən biri işçilərinin intizamlı olması, onların vətəndaşlara qarşı diqqətli davranması və digər tövsiyyələr verməsidir. Amma bunun Biləsuvar DYP-nin rəisinə qətiyyən aidiyyatı yoxdur. Çünki Yaqub Abdullayev inspektorlardan tələb edir ki, hər biri gün ərzində bir nəfər sürücülük vəsiqəsi olmayan şəxsin avtomobil sürməsini müəyyən etməli və onu bölməyə gətirməlidir. Əgər bu tapşırıq yerinə yetirilməzsə, polis əməkdaşlarının hər biri ciblərindən 100 manat ödəməlidirlər.

Biləsuvar DYP-də bir başqa qəribə qayda da varmış. Məlum olub ki, sərxoş halda saxlanılan sürücü əvvəlcə xəstəxanaya aparılır və orada içkili olma dərəcəsi müəyyən edilir. Bu proses başa çatdıqdan sonra isə sürücü bölməyə gətirilir və elə oradaca «bazarlıq» başlayır. İlk olaraq inspektorlar sürücünü sürücülük vəsqəsinin ləğv olunacağı və böyük miqdarda cərimə ediləcəyi ilə hədələyirlər. Deyirlər ki, cərimə 500 manatdır, amma 350 manatla bu işi bağlamaq olar. Sürücü də qorxusundan bu pulu verərək, bölmədən yaxasını qurtarmağa çalışır. Amma qəribə orasıdır ki, xəstəxanada qeydə alınmış sərxoşluq vəziyyəti ilə DYP-də tərtib olunmuş sənədlər qətiyyən üst-üstə düşmür. Səbəb də odur ki, alınan 350 manatın müqabilində tərtib olunan protokol və cərimə qətiyyən sərxoşluqla uyğun deyil.

JAM.AZ onu da dəqiqləşdirib ki, Biləsuvar rayonunda şəhərdaxili və kəndlərarası avtobus marşrutları iki-üç ildir fəaliyyətə başlayıb. Lakin bu avtobusların sürücülərinin bir qisminin D və E kateqoriyalı sürücülük vəsiqələri yoxdur. Bundan xəbərdar olan Yaqub Abdullayev isə şəxsən özü reydlər keçirərək, həmin sürücüləri saxlayıb, onlarla anlaşma əldə edir. Məlumatda deyilir ki, elə ilk saxlanılma zamanı sürücülərdən 50-100 manat pul alınır. Bundan sonra onlardan tələb olunur ki, ayda bir dəfə DYP-nin rəisinə haqq versin. Əks təqdirdə, kimsənin işləməsi mümkün olmayacaq.

Onu da nəzərinizə çatdıraq ki, Bakıdan gələn qonaqların qarşılanması, yerləşdirilməsi və gəzdirilməsinin xərcləri də DYP əməkdaşlarının üzərindədir. Yəni, inspektorlar yollarda sürücüləri saxlayıb, onlardan aldıqları haqları bu məqsədlə xərcləməlidirlər. Və bu pulun rəisin gündəlik «planı»na dəxli yoxdur.

Xatırladaq ki, ötən günlərdə JAM.AZ-a müraciət edən Masallı sakini Lürən kənd sakini Arzuman Mahir oğlu Əbilov bildirmişdi ki, bir neçə gün bundan əvvəl onun idarə etdiyi avtomobili Biləsuvar rayonunda saxlayıblar. Rayonun mərkəzindən keçən Heydər Əliyev prospekti ilə «Priora» markalı avtomobili (dövlət nömrə nişanı 99XB588) ilə hərəkət edərkən, 10 YP 281 dövlət nömrə nişanlı DYP maşını ona saxla əmri verib və ardından ondan 20 manat «şirinlik» istəyib. Ramal adlı həmin DYP əməkdaşının bu pulu ala bilmədiyi təqdirdə, «nömrə çirklidir» bəhanəsi ilə cərimə yazması şikayətə səbəb olmuşdu. Dünən dəqiqləşdirmişik ki, Yaqub Abdullayev şikayət etmiş Masallı sakinini məhkəməyə verib. Özü də Biləsuvar məhkəməsinə. Ki, guya, onun işçiləri aydan arı, sudan durudurlar.

Qarşı tərəfi də dinləməyə hazırıq.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...