AĞCABƏDIDƏ “DONOS” QALMAQALI: SABIQ MƏMURDAN FİA.AZ-A ŞOK AÇIQLAMALAR…
Bolge
Oxunub: 550
10 in 2018 | 13:50
AĞCABƏDIDƏ “DONOS” QALMAQALI: SABIQ MƏMURDAN FİA.AZ-A ŞOK AÇIQLAMALAR…














Ağcabədi rayon təhsil şöbəsinin keçmiş rəhbəri Mehdi Əhmədovla hazırkı direktor Solmaz Rəhimova arasında qalmaqal yaşandığı haqda iddialar yayılıb

Bəzi xəbər portalları iddia edib ki, M.Əhmədov hazırkı RTŞ müdiri haqda mediaya xəbərlər sızdırır, “donos” yazır.

M.Əhmədovun vəziyyətinin gərgin olduğu haqda dosye.org saytı xəbər yayıb. Sayt qeyd edir ki, məqalələr redaksiyanın elektron ünvanına daxil olan məlumatlar və Ağcabədi TŞ-nin keçmiş müdiri M.Əhmədovun şikayəti əsasında hazırlanıb.

Sayt onu da yazıb ki, M.Əhmədov təhsil naziri Ceyhun Bayramova çıxış üçün himayədar axtarışına başlayıb. Bu zaman Bakıdakı kafelərin birində keçirdiyi görüşdə jurnalistin foto-kamerasına tuş gəlib.

S.Rəhimova isə Ağcabədi icra başçısı Şahin Məmmədova arxalanır. Amma həmin məsələ ilə bağlı vasitəçilikdə icra başçısının müavini Rahilə Mustafayevanın adı keçir.

Amma bütün bu iddiaların nə dərəcədə gerçək olub-olmadığını aydınlaşdırmışıq. Məlum olub ki, M.Əhmədov barəsində ittihamlar uydurmadır.

Bu haqda özü Fakt İnformasiya Agentliyinə açıqlama verib. M.Əhmədov bildirib ki, 10 ildən artıq Ağcabədi təhsil şöbəsinin rəhbəri vəzifəsində çalışıb.

Onun sözlərinə görə, xidmət etdiyi dövrdə Ağcabədi məktəblərindən, kollec və peşə liseylərindən nə Təhsil Nazirliyinə, nə də ölkə rəhbərliyinə şikayət gedib.

M.Əhmədov təhsil şöbəsi müdiri postundan getməsinin səbəbini səhhətindəki problemlərlə bağlı olduğunu bildirib:

“Məni Ağcabədi ictimaiyyəti tanıyır və necə bir insan olduğumu gözəl bilirlər. Əfsuslar olsun ki, ucuz bir tələ qurmaq və bayağı şou yaratmaq cəhdi göstərilib. O da uğursuz alınıb.

Əvvəla, işlədiyim dövrdə Ağcabədi təhsilini inkişaf etdirmək üçün əlimdən gələni etmişəm.

İkincisi, həm səhhətimdə yaranan problemlər, həm bircə övladımın toyu ilə əlaqədar artıq işləmək gücündə olmadığımı hiss etdim, ərizəmi yazaraq vəzifəmdən getdim.

Mənim fəaliyyətim təhsilə, dövlətə, nazirliyə xidmət olub. Amma olmazın iftiralar yağdırırlar, hazırkı təhsil şöbəsi müdiri haqda “donos” yazdığım barədə ağ yalanlar, ittihamlar irəli sürürlər. Heç bir sübut və əsas olmadan, məsuliyyətsiz şəkildə adımı çəkmək həmin jurnalistin qeyri -peşəkarlığıdır”.

Sabiq məmur deyib ki, onun həmişə dostluq etdiyi jurnalistlər olub və media nümayəndələri ilə izzət-hörmət saxlayıb:

“Ancaq bu hadisə mənə dərs oldu ki, dost seçimində diqqətli olmalıyam. Əslində çayxanada çəkilən fotonun təfərrüatı həmin jurnalistin yazdığı kimi olmayıb.

Dediyim kimi, mediada dostlarım olub. O da dostluq etdiyim jurnalistlərdən biri idi və uzun müddət idi ki, görüşmürdük.

Mənə tez-tez zəng edirdi. Bu dəfə də çoxsaylı zənglərindən sonra dedi ki, görüşmək istəyirəm.

Sən demə, plan qurubmuş, fotoqraf tutub, çayxanada oturanda şəklimizi çəkdirib. Bununla demək istəyib ki, guya ona rayon rəhbərliyi və təhsil şöbəsi müdiri haqda “donos” ötürmüşəm.

Belə ucuz şou yaratmaq özünü “jurnalist” sayan belələrinin ağlına gələ bilər. Əgər həqiqətən ona “donos” ötürürdümsə, əlində səs yazım olmalıydı və yaymalıydı.

Amma heç bir sübutu yoxdur, səs yazması varsa yaysın, isbat etsin ki, “donos” yazmışam. Sadəcə, uydurma, cəfəngiyatdır.

Mənim Ağcabədi rayon rəhbərliyi və təhsil ictimaiyyəti ilə çox yaxşı münasibətlərim var, ortada heç bir narazılıq yoxdur. Bu jurnalist səhnə qurmaq istəyib, üz-gözünə bulaşdırıb”.
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq