Nazirlə icra başçısının milyonluq maxinasiyası
Bolge
Oxunub: 1 636
19 fev 2015 | 10:46
Nazirlə icra başçısının milyonluq maxinasiyası

Yanvarın 27-də prezident İlham Əliyevin kənd təsərrüfatına ayrılan subsidiyalardan narahatlıqla danışması bu məsələyə yenidən diqqəti yönəldib. Çıxışında prezident 2013-cü ildə kənd təsərrüfatı naziri təyin edilən Heydər Əsədova xitabən kənd təsərrüfatı məhsullarının bəzilərinin istehsalının aşağı düşməsinin təkcə quraqlıqla bağlı olmadığını vurğulayıb: “İndi kənd təsərrüfatı naziri, bəlkə də, demək istəmirdi. Dedi ki, quraqlıqla bağlıdır. Təkcə quraqlıqla bağlı deyil. Çünki əvvəllər qiymətlər şişirdilirdi. Nəyə görə? Subsidiyalara görə… Məgər burada oturanlar bilmir subsidiyalarda hansı pozuntular baş verirdi? Yaxşı bilir və bəziləri bu pozuntuların iştirakçılarıdır. Ona görə buna son qoyulmalıdır. Dövlət bu pulu fermerlərə verir, məmurlara yox… Nəticə çıxarın. Bir daha demək istəyirəm ki, bütün işlərdə şəffaflıq olmalıdır”.

Prezidentin bu çıxışından sonra Füzuli rayonundakı bir qrup fermer mətbuat vasitəsi ilə prezidentə müraciət edib. İcra başçısının təzyiqləri ilə üzləşəcəklərinə görə, fermerlər hələ ki, adlarının açıqlanmasını istəməyiblər.

Azerinfo.az bildirir ki, Prezidentin çıxışına istinad edən müraciət müəllifləri Arqument.Az-a göndərdikləri məktubda bildirirlər ki, kənd təsərrüfatı naziri Heydər Əsədovla Füzuli rayon icra başçısı Alı Aliyev işbirliyi yaradaraq 2014-cü ildə Füzuliyə ayrılan subsidiyaları mənimsəyiblər.
Müraciətdə deyilir ki, bir çox adamlara subsidiyalar yazılıb və həmin adamlar pulları bankomatdan almayıblar. Fermerlər vəsaiti“Kapital Bank”ın Füzuli rayon filialından post-terminal vasitəsilə 50%-ni alıblar. Qalan 50%-i isə yığılaraq icra başçısı Alı Alıyevə verilib. Onlar müraciətlərində qeyd ediblər ki, Kənd Təsərrüfatı Nazirliyi subsidiyaları internet şəbəkəsində yerləşdirdiyi üçün saxtakarlıq aydın görünür.
Məsələn: Dövlət qış otlaq sahəsinə aid olan torpaqlardan

Alxanlı kəndi üzrə:
-Əliyev Kərəm Saleh oğluna – 10 hektar arpa:
-Hacıyev Vaqif Alkərəm oğluna – 5 hektar arpa (icra nümayəndəsi);
-Hacıyev Xalid Alkərəm oğluna – 5 hektar arpa;
-Alıyev Cavanşir Hüseyn oğluna – 4 hektar;
-Quliyev Ələddin Kamran oğluna – 12 hektar…

Araz Dilağarda kəndi üzrə:

-Əliyeva Məlahət Nuru qızına – 20 hektar və onun oğlu Əlixanov Dəyanət Nurəddin oğluna- 42 hektar.
-Aşağı Kürmahmudlu kənd üzrə:
-Xanmirzəyev Rafiq Tofiq oğluna – 20 hektar arpa.- Bayramov Rasim İbrahim oğluna – 6 hektarKərimbəyli kəndi üzrə:
-Məmmədov İsmixan Qəzənfər oğluna – 8 hektar arpa.

Mahmudlu-2 kəndi üzrə:
-Həsənov Mirzə Arzuman oğluna – 10 hektar arpa
-Böyük Bəhmənli kəndi üzrə:
-Hüseynov Həsən Bahadur oğluna – 18 hektar arpa.
-İsmayılov İlyas Mehrac oğluna – 26 hektar boş sahəsinə,
-İcra nümayəndəsi İsmayılov Sirac Mehrac oğluna – 25 hektar arpa və yonca
-Şükürova Maya Osman qızına – 5 hektar boş sahə Mirzəliyev Cəfər Aslan oğluna – 5 hektar boş sahə
-Musayev Tumas Əbil oğluna- 15 hektar arpa Süleymanov Rəhim Nəsib oğluna – 10 hektar boş sahə Quliyev Tiflis Cəmil oğluna – 9 hektar boş sahə…

Gecəgözlü kənd sakinləri:

-Məmmədov Hünbət Alıməmməd oğluna – 6 hektar arpa
-Qurbanov Gəray Allahverdi oğluna – 4 hektar arpa Tanrıverdiyev Nizami Kərəm oğluna- 10 -hektar buğda
-Xəlilov İbad Məhəmmədəli oğluna – 12 hektar (icra nümayəndəsi) Rüstəmov İlham Heydər -oğluna – 5 hektar Talıbov Vəli Hüseyn oğluna – 2 hektar…
Əbdürrəhmanlı kənd sakinləri:
-Nəsirov Allahverdi Qara oğluna – 4 hektar arpa
-Nəsirov Yavər Deputat oğluna – 2 hektar arpa
Yağlıvənd kənd sakini:
-Məmmədov Yaqub Sehriman oğluna – 4 hektar arpa.

Kürdlər kənd sakini:
-Səfərəliyev Ağəddin İsbəndiyar oğluna – 100 hektar arpa…

Ardınca fermerlər torpaq islahatı aparılmayan təsərrüfatlardan yazıblar:
Rayonun Horadiz kəndi işğalda olmasına baxmayaraq torpaqdan istifadə hüququna dair sənədi olmayan bir qrup adamlara kənd icra nümayəndəsi Ağayev Rasim Muradxan oğlu kolxoza aid torpaqları özünə və subsidiya yazılmasından xəbəri olmayan 21 nəfərə 700 hektar arpa və yonca sahəsini buğda əkini kimi göstərərək subsidiyalar yazmışdır. (Qeyd etmək istəyirik ki, Horadiz kəndi ərazisində faktiki əkini olanların adları subsidiya siyahısında yoxdur). Göründüyü kimi təqdim olunan subsidiya siyahısı tamamilə saxtadır.

Rayonun işğalda olan Qaraxanbəyli kəndinin bir qrup sakinlərinə sənədsiz olaraq “Şpartı” adlanan ərazisində olan 430 hektar arpa sahəsinə subsidiyalar yazılmışdır. Acınacaqlısı odur ki, siyahıda adı göstərilən 85 yaşlı Əliyev Əjdər Əli oğlunun 2 ildir ki, anlaqsız olduğu üçün qohumları tərəfindən Sumqayıt şəhərinə oğurlanıb aparılması barədə oğlu Əliyev Seymur Əjdər oğlu Respublikanın Baş Prokurorluğuna, Daxili İşlər Nazirliyinə və Füzuli rayon məhkəməsində işi aparılmış (cinayət işi) bir şəxsin adına 15 hektar, onun oğlanları Əliyev Seymur Əjdər oğluna 30 hektar və Əliyev Rafiq Əjdər oğluna 20 hektar subsidiya yazılmışdır. Bu kəndin siyahısına baxarkən aydın olur ki, subsidiyalar bir neçə ailənin üzvlərinə yazılmışdır.

Məsələn: Əliyev Tanrıverdi Şəfahət oğluna 25 hektar və onun arvadı Əliyeva Xalidə Ayazxan qızına 35 hektar, Qasımov Qəhrəman İsa oğluna 39 hektar və onun oğlu Qasımov Zahid Qəhrəman oğluna 19 hektar arpa sahələrinə subsidiyalar yazılmışdır. Burada da tərtib olunmuş subsidiya siyahısı saxtadır.

Rayonun 9 saylı Qayıdış qəsəbəsi üzrə:
Bakı şəhər sakini Əhmədov Əhəd Abbas oğluna üzüm bağı üçün ayrılan torpaq sahəsinin 230 hektarında əkdiyi şəkər çuğunduru və arpa sahəsini buğda əkini kimi göstərilərək subsidiya yazılmışdır.
Rayonun Əhmədbəyli kəndi üzrə:
Kənd sakini Bağırov Abdurəhim Cəmil oğluna qış otlaq sahəsində olan 28 hektar boş sahəyə subsidiya yazılmışdır.
Qarabağ kəndi üzrə:
-Kənd üzrə göstərilən 1500 hektar buğda sahəsinin 600 hektarı arpadır. O cümlədən qış otlaq sahəsi üzrə:
-Horadiz şəhər sakini Ələkbərov Qərib Əsgər oğluna – 75 hektar arpa
-Kənd sakini İsmayılov Musa Qubad oğluna – 20 hektar,
-Füzuli şəhər sakini Hüseynov Aydın İsa oğluna yazılan 300 hektar buğda sahəsinin 100 hektarı arpadır. Bu toxumçuluq təsərrüfatıdır. Araşdırılsa aydın görünər. İcra nümayəndəsi Əliyev Vidadi Nərçə oğluna – 16 hektar boş sahə
-Laçın rayon sakini Xanlarov Ziyad Hacı oğluna – 20 hektar arpa
-Füzuli şəhər sakini Kərimova Aminə Rəhim qızına – 15 hektar boş sahə
-Bakı şəhər sakini Əliyev Şəhriyar Nəriman oğluna – 200 hektar arpa
-Bala Bəhmənli kənd sakini İsmayılov İsmayıl Dəmir oğluna – 10 hektar boş sahə
-Üçbulaq kənd sakinləri Məmmədov Həkimxan İbrahim oğluna – 18 hektar yonca, –Qəhrəmanov Əhliman Qəhrəman oğluna – 25 hektar arpa və yonca…
Mahmudlu – 1 kəndi üzrə:
Kənd sakini rayon ekologiya idarəsinin rəisi Əliyev Nazim Məhəmməd oğluna heç bir hüquqi sənədi olmadan 10 hektar buğda sahəsi adı altında subsidiya yazılmışdır.

Müraciət müəllifləri bildirirlər ki, göstərilənlərdən aydın olur ki, rayon üzrə 18134.01 hektar buğda sahəsi üçün ayrılan subsidiyanın 2402 hektarı arpa, yonca və boş sahə təşkil edir: “Bu da 96080.00 manat dövlət vəsaitinin talanmasıdır”.

Müraciət müəlliflərinin dediyinə görə, qeyd olunan vəsait mənimsənilərək Alı Alıyevlə Heydər Əsədov arasında bölüşdürülüb. Bu iddianın nə qədər doğru olub-olmadığını deyə bilmərik. Amma hesab edirik ki, bu məsələyə sözügedən nazirlik və icra hakimiyyəti aydınlıq gətirməlidir…
Qeyd edək ki, fermerlər məsələ ilə bağlı ölkə baçısından kömək də istəyiblər.
“Cənab Prezident, nə üçün biz fermerlərə qış otlaq sahəsində əkdiyimiz buğda sahəsinə subsidiya verilmir, yuxarıda göstərilən adamlara verilir? Ona görə ki, o insanlar buğda, arpa əkmədikləri halda aldıqları subsidiyaların 50% -ni Alı Alıyevə verərək, qalan 50%-ni qənimət hesab edirlər”, – deyə fermerlər qeyd edir.
Müraciətdəki iddialarla bağlı adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi