Əli Həsənovla Raqub Məmmədovun sensasion fərqi: kim prezidentdən “2” aldı? - Eksklüziv
Bolge
Oxunub: 703
11 in 2018 | 13:00
Əli Həsənovla Raqub Məmmədovun sensasion fərqi: kim prezidentdən “2” aldı? - Eksklüziv















Azərbaycanda həmişə məmurlara xalqın və hakimiyyətin birmənalı münasibəti olub: vicdanla, kübarlıqla xidmət edən həm iqtidarın, həm toplumun gözünün işığıdır...

Dövlətə kələk gələn, cəmiyyətin hörmətini qazanmayan, çıxışlarında diqqətsizlik edən, insanları incidən məmurlar isə gec ya tez siyasi rəhbərlik tərəfindən cəzalandırılırlar.

FİA.Az xəbər verir ki, bu xüsusda Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sabiq sədri, Baş nazirin müavini Əli Həsənovla vəzifəsindən yeni azad olunmuş Ağdam icra başçısı Raqub Məmmədov daban-dabana ziddiyyət təşkil edirlər.

Ə.Həsənov da bu il komitə sədrli vəzifəsi ilə vidalaşıb, R.Məmmədov da RİH-dəki postundan çıxarılıb.

Ancaq iki məmurun timsalında xalqın və prezidentin onlara münasibəti müqayisə üçün diqqət çəkir.

Bir tərəfdə 20 il 1 milyon köçkünün problemlərinə ömrünü həsr etmiş, dövlətçiliyin qurulmasında xidmətləri olmuş Ə.Həsənov, əks tərəfdə isə işğal altında olan rayona rəhbərlik etdiyi dövrdə Ağdamı çapıb-talamış, ərazilərini qohum-əqrəbasına peşkəş eləmiş, ziyalılarını rayondan didərgin salmış R.Məmmədov dayanır.

Fərq təkcə bu faktlarla məhdudlaşmır. Məsələn, bir jurnalistə göstərilən münasibətdə yerlə göy qədər fərqlər görmək olar.

Dəyərli oxucular xatırlayar ki, bir müddət əvvəl Müasir Müsavat Partiyasının keçirdiyi ictimai dinləmələrdə iştirak etmiş ağdamlı məcburi köçkün, şəhid qardaşı, jurnalist, ictimai fəal Xəyyam Salmanzadə ölkədəki vəziyyət barəsində çıxış eləmişdi.

Köçkün jurnalist çıxışında xüsusi olaraq o zamankı “Qaçqınkom” sədri Ə.Həsənovu sərt tənqid etmiş, hətta əsəblərinə hakim kəsilməyərək ağır tonda danışmışdı.

Jurnalist özü də yada salır ki, həmin dinləmələrdə çıxışı ifrat emosional idi və bu gərginliyinin səbəbi də həyatında yaşadığı qaçqınlıq əzabları, valideynlərini itirməsi, erməni əsirliyində olması, qardaşının şəhidliyi, ailəsində ağır xəstəlikdən əziyyət çəkən birinin olmasıydı.

Həmin dinləmələrdə Ağdamın icra başçısı R.Məmmədovu da tənqid etmiş X.Salmanzadə toplantıdan sonra ikili münasibətlə qarşılaşmışdı.

FİA.Az xatırladır ki, Ə.Həsənov onu olduqca sərt tənqid və ittiham edən jurnalisti qəbul edərək problemlərini dinlədiyi halda, haqqında o qədər də sərt sözlər deməyidi icra başçısı onu məhkəməyə vermişdi. Bu gün hər ikisi mühüm vəzifələrdən kənarlaşsa da, onların xalqa, jurnalistə münasibətindəki ciddi fərqlər göz qabağındadır.

O dövrdə Ağdam Rayon Məhkəməsi heç bir araşdırma aparmadan icra başçısının diktəsi ilə X.Salmanzadənin feysbukda təkzib verməsi tələbi ilə cərimələmişdi.

Hərçənd, jurnalist feysbukda deyil, partiyanın ictima dinləmələrində çıxış etmişdi. Ə.Həsənov isə əksinə, böyük nəzakət və ziyalılıq nümayiş etdirərək X.Salmanzadəni qəbul etmişdi.

Komitə sədri bildirmişdi ki, jurnalistlə bağlı komitənin yaydığı məlum bəyanatdan xəbəri olmayıb.

Və böyük ağsaqqallıq göstərərək jurnalistin etdiyi çıxışa rəğmən onun gərginliyinin səbəbini anlamışdı.

X.Salmanzadə etiraf edir ki, Ə.Həsənovun vəzifəsi R.Məmmədovdan yüksək idi, prezident yanında böyük etimadı var, onu həbs etdirə, məhkəməyə verə, üzr istədə bilərdi.

“Ancaq Əli müəllim öz kişiliyini, nəzakətini bir daha göstərdi. O, köçkünlük həyatımın əziyyətlərini anladığına görə bütün çıxışlarıma baxmayaraq, üstümə getmədi, sosial problemlərimə yardım əlini uzatdı, dəstəyini əsirgəmədi. Kim olsa məni tutdurardı.

Amma doğma rayonum Ağdamın başçısı işləyən Raqub Məmmədov bəs nə etdi? Məni məhkəməyə verdi. Halbuki, Əli Həsənov haqda dediklərimin yarısını icra başçısına söyləməmişdim.

Bax, xalqın, hökumətin qarşısında kimin hansı xarakter sahibi olduğu bir daha isbatını tapdı. Odur ki, cənab prezident Əli Həsənovun sədaqətinə, köçkünlərə qayğısına görə onu qiymətləndirdi, Baş nazirin müavini kimi vətənə, dövlətə xidmət edir”,-deyə jurnalist vurğulayır.

X.Salmanzadə bildirir ki, Ağdama rəhbərlik etdiyi dönəmdə R.Məmmədov kimlərə haqsızlıq etməyib:

“Ağdamın ziyalıları olan Elmira Şükürovanı, Gülnar Abbasovanı, Elşad Əhmədovu, Teyyub Nəcəfovu rayondan didərgin saldı. Rayonda torpaqları qohum-əqrəbalarına payladı, elə sistem qurdu ki, Ağdama qonaq gələn olmadı.

Bütün bunlar onu göstərir ki, məmurların necə işləməsi, xalqa xidmətinə adekvat olaraq qiymətləndirilirlər. Prezident də məhz bu prosesləri müşahidə edir, xalqın sifarişlərinə uyğun qərarlar verir.

O baxımdan Raqub Məmmədovu vəzifədən azad etməsi Ağdamda böyük toy-bayrama səbəb oldu. İki məmura münasibətin fərqi də məhz bu amillərdən qaynaqlanır”.
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu