Salyanda nələr baş verir?
Bolge
Oxunub: 1 506
19 fev 2015 | 11:10
Salyanda nələr baş verir?



Orta məktəblərdən pul yığılır, minlərlə hektar torpaq sahəsi şoranlaşır, məmurların nəzarətində olan iaşə obyektlərindən vergi almaq mümkünsüzə çevrilib


Azərbaycanın ən iri rayonlarından biri olan Salyanda olduqca qəribə və maraqlı hadisələr baş verir. JAM.AZ xəbər verir ki, rayonda cərəyan edən proseslər fonunda diqqəi çəkən əsas məqamlar korrupsiya, özbaşınalıq və qanunsuzluqlardan ibarətdir. Lakin bütün bunlara rəğmən, hər hansı bir tədbirin görüldüyü də diqqəti çəkmir.

Orta məktəblərdən pul yığılır

Salyanda olan JAM.AZ-ın əməkdaşları dəqiqləşdiriblər ki, Şəhid Zahid Hüseynova adına Quyuçu kənd orta məktəbinin direktoru Mehdi Həsənov müəllimlərin hər birində ay ərzində əmək haqlarından 15-20 manat zorla pul tələb edərək, yığır. Məktəbin müəllimlərinin dediyinə görə, rayonda belə vəziyyətlər adi hala çevrilib və kimsə yaranmış durumdan dolayı etiraz da etmir. Səbəb isə etiraz edəcəyi təqdirdə işdən çıxarıla biləcəyidir.

Qeyd edilir ki, orta məktəblərdən pul yığılması halları digər təhsil ocaqları üçün də xarakterikdir. Rayon Təhsil Şöbəsinin nəzarəti altında reallaşdırılan prosesin yekununda toplanan pulların konkret olaraq kimə çatdığı isə məlum deyil.

2500 hektar ərazi zəbt olunub

Salyandan cərəyan edən proseslərdən biri də aqrar sahənin bərbad hala salınmasıdır. Rayonda son illər demək olar ki, kənd təsərrüfatı sahəsində inanılmaz geriləmə müşahidə olunur. Hətta bəzi əkin sahələri yararsız vəziyyətə düşərək, torpağın şoranlaşması baş verib.

JAM.AZ-ın araşdırmalarına görə, Salyanda keçmiş «Azərbaycan» kolxozunun 2500 hektar əkinə yararlı ərazisi bəzi məmurlar tərəfindən zəbt olunaraq, istifadəyə yararsız hala salınıb. Nəticədə, bunca torpaq sahəsi şoranlaşıb.

Rayondan digər kəndlərində də analoji vəziyyət hökm sürür. İllərdən bəri yaradılmış sistemin dağıdılması, böyük pullar qazanmaq naminə həyata keçirilən işlərin sayəsində insanlar yaxın gələcəkdə əkinsiz qala bilər. Məsələ ilə bağlı dəfələrlə rəsmi qurumlara müraciət edilməsinə baxmayaraq, heç bir nəticə çıxarılmayıb və tədbir də görülməyib.

Ünvanlı sosial yardım alanların sayı qəsdən azaldılır

Azerinfo.az JAM.AZ-a istinadən xəbər verir ki, son illər yoxsul ailələrə verilən ünvanlı sosial yardımların həcmi azaldılmaqdadır. Artıq bir çox rayonlarda bununla bağlı konkret tədbirlər görülür. Özü də məsələ təbii yollarla deyil, elə inzibati vasitələrlə reallaşdırılır. Yəni, ehtiyacı olub-olmamasından asılı olmayaraq, yerli İcra Hakimiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzlərinə göstəriş veriblər ki, ünvanlı sosial yardım alanların sayını 2-3 dəfə azaltsınlar.

Salyanda da analoji vəziyyətdir. Belə ki, ötən il 4500 ailə ünvanlı sosial yardım almışdısa, bu il onların sayı 3000 nəfər azaldılaraq, 1500-ə endirilib. Bəzi məlumatlara görə, belə bir addımın atılmasının səbəbi neftin qiymətinin aşağı düşməsi və gəlirlər baxımından dövlət büdcəsinin zorlanması göstərilir. Lakin bəzi məlumatlarda qeyd olunur ki, bu addımı elə yerli İcra Hakimiyyətləri özləri atırlar. Çünki hər il yoxsulluğun azaldığı barədə yuxarılara məlumat verirlər. Əgər belə ailələrin sayı ilbəil artarsa, bu həmin rayon rəhbərliyinin fəaliyyət göstərməməsi kimi başa düşülə bilər. Yəni, icra başçıları ayrılan milyonlarla manat vəsait hesabına yoxsulluğu aradan qaldırmalıydılar. Amma rəsmi rəqəmlər isə bunun tam əksini göstərir ki, bu da əlavə başağrı deməkdir.

7 Şadlıq Evinin bir qəssab qədər ödədidyi vergi

Salyan tranzit yolların üzərində yerləşdiyindən, habelə böyük rayon olduğundan iri ticarət və iaşə obyektlərinə malikdir. Bakı-Astara şossesinin üzərində belə iaşə və ticarət obyektlərinin sayı isə həddinən artıq çoxdur. Buna görə də, rayondan daha çox vergi yığılması müşahidə olunmalıdır. Lakin rəsmi rəqəmlərdə bunun tərsi müşahidə olunur.

JAM.AZ-ın əldə etdiyi məlumata görə, Salyan rayonundan yığılan vergilərin həcmi ölənin ən kiçik rayonları ilə müqayisə olunur. Səbəbi isə odur ki, həmin ticarət və iaşə obyektləri hansısa məmurlara məxsusdur. Məsələn, bunun bariz nümunəsidir ki, rayonda fəaliyyət göstərən 7 iri Şadlıq Sarayının ilboyu verdiyi vergi bir qəssab dükanından alınan vergidən qat-qat aşağıdır. Vəziyyətin belə olmasının kökündə dayanan amil məlumdur. Amma bu şəkildə də davam edə biləcəyi inandırıcı deyil.

Biz hələ orada çalışan işçilərlə əmək müqaviləsinin bağlanmaması, sığortalarının olmamasından bəhs etmirik. Bundan əlavə sifariş əsasında təqdim olunan yeməklərə görə alınan pulun qəbzini də gördüm deyən yoxdur.

Aydın məsələdir ki, Salyanda ciddi narazılıqlar üçün yetərli qədər əsas var. Rayon rəhbərliyinin fəaliyyətsizliyi, bacarıqsızlığı, habelə işə yaramayan idarəçiliyi əhalinin güzəranının pisləşməsinə gətirib çıxarmaqdadır. Bundan sonra nələrinsə düzələcəyinə ümid edənlər isə yenə də ümidlə gözləyirlər.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO