Saatlı peşə liseyində büdcə pulları necə talan edilir?
Bolge
Oxunub: 1 999
19 fev 2015 | 13:39
 Saatlı peşə liseyində büdcə pulları necə talan edilir?


Mikayıl Cabbarov bu sahəni nədən nəzarətsiz buraxıb?
Son illər ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizə daha da gücləndirilib. Son vaxtlar bir sıra vəzifəli şəxslərin xidməti otaqlarında rüşvət aldıqları yerdə Koorupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən yaxalanması və onlar haqqında cinayət işinin qaldırılması da rüşvətxorluğa qarşı mübarizənin daha ciddiliyndən xəbər verir. Hətta ölkə başçısı İlham Əliyev 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransdakı çıxışında da bu məsələyə bir daha qayıtdı və dedi ki, korrupsiyaya və rüşvətxorluğa qarşı bundan sonra da ha ciddi mübarizə aparılacaq. Azərbaycan Prezidenti rüşvətxor məmurlara bir daha ciddi xəbərdarlıq edərək demişdir: “Görülən işlər zamanı israfçılığa yol verilməməlidir”.

Təəssüflər olsun ki, rüşvətxorluğu özləri üçün peşə seçmiş bəzi məmurlar hələ də rüşvətxorluqdan, büdcə pullarını acgözlüklə mənimsəməkdən əl çəkə bilmirlər. Onlardan biri də Saatlı peşə liseyin direktoru İsmayıl Hüseynovdur.

Azerinfo.az bildirir ki, DİA.AZ-a daxil olan məlumatda deyilir ki, Saatlı peşə lseyinin direktor sarıdan bəxti heç gətirmir. Bir neçə il əvvəl ixtisasca Kamaz sürücüsünü bu liseyə direktor təyin etdilər. Çox qəribədir ki. Təhsil Nazirliyinin Texniki peşə məktəblərinə nəzarət edən şöbəsinə dəflərlə müraciət olundu ki, məgər siz Saatlı rayonunda və ya Azərbaycanda ali təhsilli bir mütəxəssis tapmadınızmı ki, Kamaz sürücüsünü bu böyüklükdə pedaqoji kollekktivə rəhbər təyin etdiniz? Sonradan bu təyinatın səbəbi bəlli oldu. İxtisasca Kamaz sürücüsü olan direktor dedi ki, bir ətək pul vermişəm. Verdiyimi çıxarmalıyam, ya yox. O da verdiyini çıxarmaq üçün peşə liseyinin bütün dəzgahlarını, texnikasını, ləvazimatlarını hamının gözü qarşısında satdı.

Kamaz sürücüsünün yerinə indiki direktor İsmayıl Hüseynov təyin olunanda liseyin pedaqoji kollektivi yenə də ümidsiz oldu. Çünki İsmayıl müəllimi rayonda hamı rüşvətxor, pulgir, puldan ötrü hər şeyi qurban verən bir adam kimi tanıyırdı. O, Gəncə Məişət Kollecinin Saatlıdakı pedaqoji filialının(diqqətlə fikir verin, Məişət Kollecinin pedaqoji filialı) əsas vəzifəsi diplom satmaq idi. Hətta, Saatlı rayonunda latın qrafikasını bilməyən çoxlu sayda ibtidai sinif müəllimi yaranmışdı. Onların hamısı İsmayıl müəllimin “yetirmələri” idi.

İsmayıl müəllim peşə liseyinə direktor təyin olunanda satmağa bir şey qalmamışdı.Yalnız bir -iki köhnə traktor, bir də məktəbin təcrübə sahəsi olan 50 hektar torpaq. Müəllimlər köhnə texnikalara çox ciddi nəzarət edirdilər. Çünki İsmayıl Hüseynovu yaxşı tanıyırdılar. Bilirdilər ki, gecə də olsa, bu köhnə traktorları satacaq. Elə də oldu. Müəllimlər bir də onda xəbər tutdular ki, artıq köhnə traktorlar və məktəbin torpaq sahəsi satılıb. İndi siz deyin, bu məktəbə texniki peşə liseyi demək nə dərəcə də doğrudur?

İ.Hüseynov satmağa bir şey tapmadığından indi də gözlərini büdcədən ayrılmış vəsaitə tikib. O, büdcə pullarını müxtəlif yollarla, xüsusilə saxtakarlıqlarla mənimsəyir. Bir neçə faktı diqqətinizə çatdırıram. Peşə liseyin rus dili müəllimi İsmayıl Həsənov bir ildən sonra dönüb oldu Azərbaycan dili və ədəbiyyatı müəllimi. Sən demə, İsmayıl Həsənov peşə liseyində işləyə-işləyə Azərbaycan Müəllimlər İnstitutunun Yenidənhazırlanma və İxtisasartırma kursunda düz bir il əyani təhsil alıbmış. Görəsən bu necə baş verib? Axı, İsmayıl Həsənov peşə liseyində jurnalları özü yazıb və hər ay əmək haqqı alıb. Bəz Müəllimlər İnstitutunda nə vaxt təhsil alıb? İndi o, peşə liseyində Azərbaycan dili və ədəbiyyatı müəllimidir. Şagirdlər deyirlər ki, İsmayıl müəllim nitq hissələrini də bilmir. Adicə isimin tərifini deyə bilmir. Bəs uşaqlara nə öyrətsin? Özü nə bilir ki. şagirdlərə də nə öyrətsin? Bütün bu oyunalar Saatlıda peşə liseyin direktoru İsmayıl Hüseynovun, Bakıda isə Azərbaycan Müəlllimlər İnstitunun hələlik adını çəkmək istəmədiyimiz müəlliminin əli ilə edilib. Digər bir saxtakarlıq. Saatlıdakı Səməd Vurğun adına şəhər tam orta məktəbinin ingilis dili müəllimi Məşəqqət xanım həm də Saatlı peşə liseyində saaathesabı çalışır. İsmayıl müəllim saathesabı işləyən müəlliməyə kabinet və sinif rəhbərliyi də verib. Halbu ki, mövcud qanunçuluğa görə bu, ciddi maliyyə pozuntusu hesab olunur. Yenə də Səməd Vurğun adına tam orta məktəbin ədəbiyyat müəlliməsi Xalidə müəllimə həm də peşə liseyində saathesabı çalışır. İsmayıl müəllim səxavət əlini bu müəllimə üçün də əsirgəməyib. Ona da kabinet və sinif rəhbərliyi verilib. Kim deyə bilər ki, kabinet və sinif rəhbərliy pulnu həmin müəllimələrin özləri alır. Qətiyyən mümükün deyil. Həmin pullar direktor İsmayıl Hüseynova çatır. Yoxsa, İsmayıl müəllimin maddi marağı nədir ki, belə bir maliyyə pozuntularına getsin.

Əgər peşə məktəbində yoxlama aparılsa, daha ciddi maliyyə pozuntuları və cinayət xarakterli faktlar aşkarlanar. Əgər müvafiq təşkilatlar bunu “görməsələr”, növbəti dəfə digər ciddi maliyyə pozuntularını da onların nəzərlərinə çatdırarıq.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?