"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY
Bolge
Oxunub: 672
16 in 2018 | 18:59
"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY

















Azərbaycanın sürətli, dinamik inkişafı idman sahəsində də özünü göstərir. Xalqımız dövlət müstəqilliyini bərpa etdikdən sonra, bütün sahələrdə olduğu kimi, idman sahəsində də əsaslı irəliləyişlərə nail olmuş, beynəlxalq yarışlarda bir sıra parlaq qələbələrə imza atmışdır. Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra digər sahələr kimi, idmanın da inkişafı, Olimpiya hərəkatının genişləndirilməsi dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil etmişdir.

Ulu öndərin siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin bu sahəyə müstəsna diqqət və qayğısı sayəsində Azərbaycan beynəlxalq aləmdə həm də idman ölkəsi imicini qazanmışdır. Xüsusilə, dövlət başçısı Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra idman və Olimpiya hərəkatı geniş vüsət almış, bir çox idman kompleksləri, qurğuları, idman-sağlamlıq mərkəzləri tikilib gənclərin istifadəsinə verilmiş, idmançların maddi rifahnın yüksəldilməsi, onların psixoloji cəhətdən gələcək qələbələrə hazırlanması, məişət qayğılarına diqqət yetirilməsi, problemlərinin aradan qaldırılması istiqamətində bir sıra əsaslı tədbirlər hazırlanıb, həyata keçirilmişdir. Dövlət başçısının diqqət və qayğısı sayəsində ölkəmiz beynəlxalq səviyyəli yarışların, Avropa və dünya çempionatlarının keçirildiyi məkanlardan birinə çevrilmişdir.

Aparılan uğurlu siyasət nəticəsində Şamaxıda da müasir idman komleksləri inşa edilib, idmanın müxtəlif növlərinin inkişafı üçün hərtərəfli şərait yaradılıb. Lakin, təəssüflə qeyd etməliyik ki, zəngin futbol ənənələrinə malik olan Şamaxıda bu idman növünə uzun illərdir ki, ögey münasibət göstərilir, sanki qəsdən futbol komandasının formalaşdırılması əngəllənir. Futbol komandasının yaradılması üçün bütün çətinliklərə sinə gərən idmançılara qarşı süni maneələr yaradılır, onların fəaliyyət göstərməsinə əngəllər törədilir.

Şamaxıda futbol komandası 6 il Azərbaycan çempionatında çıxış edib. 2 il birinci dəstədə, 4 il isə yüksək liqada oynayan komanda 1994-cü ildə maliyyə problemləri səbəbindən fəaliyyətini dayandırıb. Komanda 2 il “Şirvan” adı altında çıxış etdikdən sonra Azərbaycan çempionatında “İnşaatçılar” adı ilə oynayıb.

Hazırda komanda həvəskarlar liqasında oynayır, qrupda 7 xalla 2-ci yerdədir. Lakin, Şamaxı rayon rəhbərliyi tərəfindən komandanın normal fəaliyyət göstərməsi üçün nəinki şərait yaradılır, hətta müxtəlif vasitələrlə maneələr törədilir. Komanda ancaq futbolçuların şəxsi vəsaiti hesabına ayaqda durur, onların məşqləri, oyunları üçün rayondakı idman kompleksləri hər dəfə yüksək məbləğdə pul alır. Artıq futbolçuların da komandanı saxlamaq üçün maliyyə gücü qalmayıb.

Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq komandaya heç bir köməklik göstərilməyib. Rayon rəhbərliyi cənab Prezidentin idmana yüksək səviyyədə göstərdiyi qayğını sanki görməzdən gəlir, Şamaxıda futbolun inkişafını müxtəlif yollarla əngəlləyir. Komandanın yetkililəri dəfələrlə icra hakimiyyətində- idman şöbəsinin rəhbəri Şahmar Hüseynovun qəbulunda olublar. Ş. Hüseynov nəinki komandaya köməklik göstərmək haqqında düşünür, hətta bildirib ki, “komandanı buraxın getsin, başımıza iş açmayın.” Görünür Şamaxıda idman sahəsinə cavabdeh olan şəxslər idmana qayğını, onun inkişafını başlarına iş açmaq kimi qiymətləndirirlər.

Rahat kreslolarda əyləşib rayonda idmanın inkişafı barədə raport yazanlar əslində Şamaxıda futbolun məhvinə fərman veriblər. Dövlət başçısının yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb. Şamaxıda ən müasir idman kompleksləri inşa edilib. Amma, rayon rəhbərliyi həmin idman komplekslərinin ya qapısını bağlayaraq idmançılardan “gizlədir”, ya da yüksək məbləğdə haqq almaqla gəlir mənbəyinə çevirir. Şamaxı futbolçuları hər dəfə məşq etmək, oyunlar keçirmək üçün öz ciblərindən xeyli vəsait sərf edirlər. Komandanın məşq meydançası yoxdur, bir məşq üçün kompleksdə oyunçulardan 100 manat pul tələb edilir.

Bəs görəsən Şamaxı rayon rəhbərliyi, bilavasitə idman sahəsinə cavabdeh olan şəxslər niyə komandanın fəaliyyətinə köməklik göstərmək barəsində düşünmürlər. Bəlkə Şamaxıda futbol haram buyrulub, camaatın xəbəri yoxdur! Komanda hətta region liqasına çıxmaq istədiyi halda Şahmar Hüseynov komandanın sənədlərini gizlədərək buna mane olub. Əlacsız qalan komanda üzvləri həvəskarlar liqasında oynamağa məcbur olublar. Görəsən Ş. Hüseynovun Şamaxıda futbolun inkişafına maneələr törətməkdə məqsədi nədir? Niyə görə rayon rəhbərliyi hər vasitə ilə rayonda futbolun inkişafını əngəlləyir. Qonşu rayonların hamısında futbol komandaları fəaliyyət göstərdiyi halda Şamaxıda hər vəchlə buna yol vermirlər. Cənab Prezidentin idman siyasətinə Şamaxıda verilən dəyər budurmu?

Şamaxı rayonunun çoxminlik idman ictimaiyyəti adından müraciət edərək sizdən köməklik istəyirik. Dünyaca məhşur olan idman növünün-futbolun Şamaxıda inkişafına mane olanlara “dur” deyin. 1994-cü ildən fəaliyyəti dayanan, bu gün yalnız futbolçuların şəxsi vəsaiti hesabına mövcudluğunu qoruyan “Şirvan” klubunun normal fəaliyyət göstərməsinə şərait yaradılmasına köməklik göstərməyinizi xahiş edirik. Şamaxıda bunun üçün hər cür şərait var.

Dövlətimiz tərəfindən ən müasir idman kompleksləri inşa edilib. Sadəcə olaraq rayon rəhbərliyinin, bu sahəyə bilavasitə cavabdeh olan şəxslərin biganəliyi Şamaxıda futbolun inkişafına, “Şirvan” komandasının normal fəaliyyətinə mane olur. İnanırıq ki, bizim müraciətimizi cavabsız qoymayacaq, futbolun inkişafına sədd çəkənləri cəzalandıracaq, şamaxılıların futbol həsrətinə son qoyacaqsınız. “Şirvan” komandasının fəaliyyətinə mane olanları oyundan kənar vəziyyətə salmaq üçün bizə köməklik edin !

P.S. Müraciət “Şirvan” futbol klubunun əməkdaşları Qədirov Şahinin, Ceyhun müəllimin, Rafiq müəllimin müraciəti əsasında hazırlanmışdır.
Rubrika.Az

"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY"Şamaxı rayon İcra Hakimiyyətinə dəfələrlə müraciət edilməsinə baxmayaraq..." - GİLEY
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!