Elçibəydən qalan, İsa Qəmbərin təyin etdiyi icra başçısı haqda müdhiş iddialar
Bolge
Oxunub: 737
20 in 2018 | 10:30
Elçibəydən qalan, İsa Qəmbərin təyin etdiyi icra başçısı haqda müdhiş iddialar














Azərbaycanda uzunömürlü icra başçılarından biri də Xocavənd rayonuna rəhbərlik edən Eyvaz Hüseynovdur

FİA.Az xəbər verir ki, milli qəhrəman İbad Hüseynovun qardaşı olan E.Hüseynov Elçibəy hakimiyyəti dövründən bu vəzifədədir.

O, 1992-ci il, iyulun 2-də Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib. 26 ildir ki, bir rayonun icra başçısı olan E.Hüseynov qədər heç bir prezident və məmur postunda qalmayıb.

Hətta baş nazir Artur Rasi-zadə, keçmiş müdafiə naziri Səfər Əbiyev də E.Hüseynov qədər kreslo görməmişdi.

Əbədi icra hakimi təyin olunmuş Xocavənd rayon şefinin vəzifəsindən azad olunacağı haqda xəbərlər dolaşmaqdadır.

Bunun nə dərəcədə gerçək olduğu qeyri-müəyyəndir. Amma 26 ildir bir rayonun başçısı olması yuxarıları da qane etmir.

Aprel seçkilərindən sonra prezidentin kadr dəyişikliklərini sürətləndirməsi və nazirləri, icra başçılarını əvəzləməsi davam etməkdədir.

Bildirilir ki, E.Hüseynova verilən vaxt bitməkdədir. Xocavəndə artıq yeni rəhbər təyin olunması zamanı yetişib.

Eyvaz Hüseynov hələ 1992-ci ildə o zaman Milli Məclisin sədri postunu tutan İsa Qəmbər prezidentin səlahiyyətlərini icra edəndə onun sərəncamı ilə Xocavəndə icra başçısı təyin olunub.

Ondan sonra Əbülfəz Elçibəy prezident olanda da onu vəzifəsində saxlayıb. Sonrakı illərdə də bu dəyişməz qalıb və beləliklə Eyvaz Hüseynov bu minvalla ölkənin ən uzunömürlü məmuru ünvanını qazanmış olub.

Bununla bağlı bir çox xəbər portallarının verdiyi məlumata görə, Eyvaz Hüseynovun siyasi keçmişi kifayət qədər şübhəli məqamlarla zəngindir.

Məlumatlarda vurğulanır ki, özünü Qarabağ döyüşçüsü kimi təqdim etməyi xoşlayan Eyvaz Hüseynov əslində müəmmalı hərbi-siyasi oyunların əsas iştirakçılarından biri olub.

Belə ki, onun qiyamçı polkovnik Surət Hüseynovla, eləcə də separatçı Ələkrəm Hümbətovla çox sıcaq münasibətlərinin olması haqda mediada məlumatlar var.

FİA.Az KİV-ə istinadla xəbər verir ki, icra başçısı olduğu 22 il ərzində Eyvaz Hüseynov vəzifəsindən istifadə edərək böyük fermerə çevrilib.

Onun və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, təsərrüfatı, ilxısı var. Xırda emal sexləri açıb özü üçün.

Hazırda bütün diqqətini biznesini genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə isə bu sahədə durum sözün əsl mənasında bərbaddır. Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur.

Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur.

Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar.

İddia olunur ki, icra başçısı şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni haqq ödəməyi tapşırıq verib. Faktiki olaraq rayonda korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür.

Xocavənd rayonu faktiki olaraq işğalçı Ermənistan Ordusunun əlindədir. Eyvaz Hüseynov isə Qarabağda vuruşduğunu əsas gətirərək rayonu “ikinci işğal”a məruz qoyub.

Məlumata əsasən, Xocavənd rayonunda 6280 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılıb.

Bildirilir ki, sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rəfael Mustafayev tərəfindən saxta sənədlər əsasında subsidiya yardımı siyahısına salınıb.

Məlumatda qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir.

Məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb.

Amma bu faktlar son deyil. Xocavənd şefi haqda yeni məlumatlar var ki, növbəti araşdırmalarda təqdim etməyə çalışacağıq.

Hörmətli icra hakiminin mövqeyini çap etməyə hazırıq.
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində