Görəsən “Baxıcı Fazil”in atdığı addımlar hansı Qanunla tənzimlənir?
Bolge
Oxunub: 8 268
20 in 2018 | 14:45
Görəsən “Baxıcı Fazil”in atdığı addımlar hansı Qanunla tənzimlənir?














Çox zaman bu şəxs yaşlı qadınların yaxın, yaxud da uzaq məsafədən gəlmələrinə məhəl belə qoymadan, ya istirahətini edir, ya da ki, bir neçə saatlıq nahar fasiləsində olur

Neçə illərdir ki, Tovuz rayonunun Qaraxanlı kənd sakini olduğu bildirilən Fazil Həsənov adlı-soyadlı baxıcının əməlləri ilə bağlı dolaşan söz-söhbətlər, artıq dillər əzbəri olmaqdadır. Adı çəkilən bu şəxsin tərcümeyi-halı, eyni zamanda atdığı addımlarla bağlı Azerinfo.az-a daxil olan məlumatlarda bildirilir ki, 1964-cü ildə anadan olan Fazil Həsənov düz 33 ildir ki, baxıcılıqla məşğul olur. Bəzi şəxslərin danışdıqlarına görə “Baxıcı Fazil” adı ilə məşhurlaşan bu şəxs, əgər əvvəllər kimlərinsə bəxtinə “Saz”la baxırdısa, bu gün bir addım da irəli gedərək “Quran”la baxmağa üstünlük verir. Deyəsən “Baxıcı Fazil”in “cahilyanə addım” atmasının müəyyən səbəbləri var və həmin səbəbləri kimlər bilməsə də, illər uzunu bu şəxsin “ulduza çevrilməsi” yolunda zəhməti olan, bir növ “saç-saqqalını bu yolda ağardan” Rakif adlı köməkçisi, atılan belə bir addımın mahiyyətini daha yaxşı bilir. Çünki, bir kimsə “Baxıcı Fazil”in hüzurunda olmaq məqsədilə onun Qaraxanlı kəndindəki evinə üz tutarsa, o halda həmin şəxsi ilk əvvəl sakit nəzər-diqqətlə Rakif adlı köməkçisi qarşılayacaq. Hətta həmin an o, “Baxıcı Fazil”in səhhəti ilə bağlı qısa və “incə məlumatlar”ı müştəriyə çatdırmaqla bərabər, müştərinin ya geri qayıtmalı, ya da ki, gözləməl olduğunu da bəyan edir.

Düşündürücü hal odur ki, Qaraxanlı kəndində “Baxıcı Fazil”ə məxsus mənzilinin eni-uzunu bilinmir və müştərilərlə aparılan ilk danışıqlara birbaşa onun özü “girişmir”. Yəni, belə bir işi Rakif adlı köməkçisi yerinə yetirir. Məsələnin maraqlı tərəfi odur ki, adı çəkilən bu şəxsə məxsus yaşayış evi tam əksəriyyət tərəfindən tanınır və hər gün də, evin gözləmə zalında daha çox yaşlı qadınlar növbə gözləyirlər. Təəccüb doğuran hal odur ki, çox zaman “Baxıcı Fazil” adı ilə məşhurlaşan bu şəxs yaşlı qadınların yaxın, yaxud da uzaq məsafədən gəlmələrinə məhəl qoymadan, ya istirahətini edir, ya da ki, bir neçə saatlıq nahar fasiləsində olur. Elə ki, atılan addımlarla bağlı KİV nümayəndələri maraqlanmaq istəyirlər, o halda əsas səbəbkar qalır bir yanda, köməkçi vəzifəsini daşıdığını bəyan edən Rakif adlı şəxs media nümayəndələrinə “buynuz göstərmək”dən əlavə, hədələr gəlməkdən də ehtiyat etmir. O halda sual oluna bilər ki, “Baxıcı Fazil” adı ilə məşhurlaşan bu şəxsin belə bir fəaliyyət növü lə məşğul olması hansı Qanunla tənzimlənir? Yaxud da tənzimlənirmi? Eyni zamanda bu şəxs belə bir fəaliyyət növü ilə məşğul olursa, o halda o, atdığ addımların qarşılığında vergi ödəyicisidirmi?

Məsələnin maraqlı və təəssüf doğuran tərəfi ondan ibarətdir ki, adı çəkilən bu şəxslərin əməlləri ilə bağlı yerli hüquq-mühafizə orqanı əməkdaşları lazımınca məlumatlı olsalar da, onlar hələ də seyrçi mövqe tutmaqda davam edirlər. Əslində “Baxıcı Fazil” adı ilə məşhur olan bu şəxsin əməllərində cinayət tərkibli addımlar var və həmin addımlar da, yalnız hüquqi əsaslarla həllini tapmalıdır. Çünki, bildiyimizə görə bugünkü Qanunvericilik adı çəkilən şəxslərin belə bir işlərlə məşğul olmalarına heç də haqq qazandırmır.

Onu da bildirək ki, bu şəxs təkcə Tovuzda deyil, eyni zamanda paytaxt Bakıda da falçılıqla məşğul olur və o, fala sazla baxır. Təəccüblü haldır ki, Tovuz elinin saf ilqarlı övladlarının, həmçinin digər şəxslərin müqəddəs hesab etdikləri bu musiqi aləti, bu gün belə bir möhtəkirin əlində qarət vasitəsinə çevrilib. Adı çəkilən bu şəxsin Bakının “Nizami” metrosunun həndəvərində olan iqamətgahına təkcə savadsız, kasıb təbəqənin nümayəndələri deyil, eyni zamanda hədsiz dərəcədə varlı, imkanlı şəxslərin həyat yoldaşları, övladları, yaxınları, dost-tanışları və s-də təşrif buyururlar. “Baxıcı Fazil” onlara gələcəklə olacaqla bağlı “məsləhətlər”ini mərhələ-mərhələ çatdırır və bu proses ərzində onlardan bacardığı qədər daha çox pul əldə edir. Mücərrəd açıqlamalarla, dumanlı vədlərlə, xurafatla müştərilərini çaş-baş salan “Baxıcı Fazil”, hətta fəaliyyət göstərdiyi əraziyə nəzarət edən hüquq-mühafizə orqanı əməkdaşları ilə də “dil tapmağı” bacarır. Eşitsək o hala heç də təəccüblənmərik ki, bu şəxsin “yuxarı”da güclü havadarı var və həmin şəxsin kimliyi haqda müəyyən söz-söhbətlər dolaşsa da, hələ ki, həmin şəxsin kimliyini açıqlamağa tələsmirik. Yəqin ki, həmin şəxs Fazil Həsənovu təkcə dövlət qurumlarından deyil, KİV-i nümayəndələrinin qınağından qorumağı öz öhdəsinə götürüb. Sözsüz ki, butun bunlar daxil olan məlumatlardandır. Mövzunu diqqətdə saxlayacağıq.


Görəsən “Baxıcı Fazil”in atdığı addımlar hansı Qanunla tənzimlənir?
Görəsən “Baxıcı Fazil”in atdığı addımlar hansı Qanunla tənzimlənir?
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş