Raqub Məmmədovun qardaşı həbs olundu: SABİQ İCRA BAŞÇISININ YAXINI UÇAN KÖRPÜNÜN "ALTINDA QALDI"
Bolge
Oxunub: 782
22 in 2018 | 12:45
Raqub Məmmədovun qardaşı həbs olundu: SABİQ İCRA BAŞÇISININ YAXINI UÇAN KÖRPÜNÜN "ALTINDA QALDI"















Məlum olduğu kimi, Göyçayda körpünün uçması ilə əlaqədar bir qrup şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi ilə bağlı rəsmi məlumat yayılıb. Baş Prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar, Ekologoya və Təbii Sərvətlər nazirliklərinin mətbuat xidmətlərinin birgə məlumatında qeyd olunur ki, 2018-ci il iyun ayının 2-də Göyçay rayonu ərazisində baş vermiş güclü leysan zamanı Bakı-Şamaxı-Yevlax yolunun 217-ci kilometrində Göyçay çayı üzərində yerləşən körpü qum-çınqıl yataqlarında aparılan qanunsuz istismar işləri səbəbindən uçaraq yararsız vəziyyətə düşmüş, nəticədə dövlətə 3 milyon manatdan artıq ziyan dəyib.

Savash.org xəbər verir ki, bununla əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, ayrı-ayrı şəhər və rayonlarda fəaliyyət göstərən 250-yə yaxın qum-çınqıl karxanasından 81-də monitorinq aparılıb. Müəyyən edilib ki, son dövrlər bəzi dövlət orqanları və sahibkarlıq subyektləri tərəfindən yer təkinin qorunması, xüsusən çay yataqlarının istifadəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş standartlar, normativlər, qaydalar və lisenziyalaşdırma şərtləri kobud surətdə pozulduğundan ətraf mühitə, infrastruktur obyektlərə, su təchizatı şəbəkələrinə, hidrotexniki qurğulara və sahil bərkitmə bəndlərinə ciddi təhlükə yaranmış, çay məcraları kəskin eroziyaya məruz qalıb.

İstintaq araşdırmaları göstərmişdir ki, karxanalardan 14-ü lisenziya və digər müvafiq sənədlər olmadan qanunsuz şəkildə qum-çınqıl istehsalı ilə məşğul olmuş, daha 41 karxana yataqların istismarının dayandırılması barədə Nazirlər Kabinetinin qərarına zidd olaraq fəaliyyətini davam etdirmiş və nəticədə dövlətə 16 milyon manatdan çox ziyan vurulub.

Hüquqazidd əməllərə yol verdiklərinə görə "ATF” MMC-nin təsisçisi və faktiki rəhbəri Fəxrəddin Muradov, "Azpod” MMC-nin qum-çınqıl zavodunun direktoru Nəcməddin Əliyev, "Elnicat” MMC-nin direktoru Bəhruz Sadayev, "Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov, fiziki şəxslər Natiq Zakirov, Nazim Qasımov, Nəriman Yəhyayev Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək məhkəmənin qərarı ilə həbs olunublar. "Azəraqrartikinti” ASC-nin Göyçay qum-çınqıl filialının istehsalat rəisi Allahverdi Allahverdiyev və "Gülövşə” MMC-nin təsisçisi Mahir Allahverdiyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. "Attinak” MMC, "Bayburt Qrup” Anonim Şirkəti, habelə bir sıra digər hüquqi və fiziki şəxslər barəsində araşdırmalar davam etdirilir.

Savash.org-un araşdırmalarından sonra isə bəlli olub ki, həbs olunmuş 7 şirkət rəhbərindən biri, "Titanik-5” MMC-nin təsisçisi və faktiki rəhbəri Şahin Məmmədov Ağdam rayon icra hakimiyyətinin sabiq başçısı Raqub Məmmədovun qardaşıdır.
Dünən, 22:32
Prezident İlham Əliyev Qarabağda möhtəşəm tunelin açılışını etdi: qürurverici GÖRÜNTÜLƏR
Dünən, 22:23
Prezidentdən Şuşada TARİXİ ÇIXIŞ: dövlət başçısı mühüm MESAJLAR VERDİ
Dünən, 16:00
Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq
Dünən, 15:45
Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar
Dünən, 15:33
Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək - YENİLƏNİB
Dünən, 15:30
"Azərbaycan daha uzunömürlülər diyarı deyil" - Ekspert
Dünən, 15:29
Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub
Dünən, 14:24
Putin 102-ci bazanı çıxarmaq təklif edib, Nikol isə… - "Ola bilsin ki, Putin özü..."
Dünən, 13:55
Kərki və Başkəndlə bağlı qərar belə olacaq... - Torpaq dəyişdirilməsi...
Dünən, 13:49
Putinin andiçmə mərasiminə getməyən Paşinyan Rusiyadan şikayətlənir - “Nezavisimaya qazeta”
Dünən, 13:36
Ceyhun Bayramov qazaxıstanlı həmkarı ilə görüşüb
Dünən, 13:29
İlham Əliyev Füzulidə
Dünən, 13:02
Putin komandasını yenidən formalaşdırır
Dünən, 12:58
Şuşada "ASAN xidmət" mərkəzi açılacaq
Dünən, 12:53
ABŞ-dən Türkiyəyə qarşı gözlənilməz jest
Dünən, 12:49
İrəvandakı aksiyalar: Bakı və Ankaranın müdaxiləsi olacaqmı? - TƏHLÜKƏLİ SSENARİLƏR
Dünən, 11:35
Slovakiya-Azərbaycan əlaqələrinin tarixində əlamətdar gün
Dünən, 11:26
Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar
Dünən, 11:20
Prezident və birinci xanım Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər - FOTO
Dünən, 10:06
Azərbaycan XİN Heydər Əliyevlə bağlı paylaşım edib
Dünən, 10:01
Süni intellekt silaha çevrilir: gizlin qalmadı
Dünən, 09:55
Əliyevin enerji diplomatiyası real təhlükəsizlik və cazibə faktorudur: Avropa tədricən Azərbaycana inteqrasiya olunur
Dünən, 09:50
Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb
Dünən, 09:40
Mədəniyyət ictimaiyyəti Mehriban Əliyevanı təbrik etdi
Dünən, 09:34
Ukraynada ordudan yayınanlara qarşı sərt cəza
Dünən, 09:30
Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım
Dünən, 09:00
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür