Qubadlının icra başçısı da narazılıq yaradır - 17 ildir işləyir, amma ortada işi yoxdur
Bolge
Oxunub: 693
22 in 2018 | 18:15
Qubadlının icra başçısı da narazılıq yaradır - 17 ildir işləyir, amma ortada işi yoxdur

















Torpaqları işğal altında olan Qubadlı rayonunun icra başçısı Malik İsaqov əslən elə bu rayondandır. Amma nə fayda... Bunu DİA.AZ-a yazan Qubadlı sakinləri bildirir. Onlar deyirlər ki, icra başçısını lap elə Mozambikdən gətirsinlər, amma camaatın halına yansın.

Dia.az-a yazan Sumqayıtdakı 11-ci və 12-ci mikrorayonda və Dəmiryolu vağzalının ətrafında məskunlaşan Qubadlıdan olan məcburi köçkünlər bildirir ki, RİH rəhbərliyi onların durumu ilə maraqlanmır: "Ara-sıra hesabat xətrinə başının guya ki, görüşü olur. Görüşə camaatı buraxmırlar. Elə öz adamları zalı doldurur. Danışırlar, sonra da dağılışırlar. Daha qaçqından soruşan yoxdur ki, hansı problemin var.

Ümumiyyətlə, Malik İsaqov nə işlə məşğuldur? Bizi də maraqlandırır. Heç bir fəaliyyəti yoxdur, yalandan özü haqqında işgüzar obrazı yaradır, əslində isə rayona ayrılan pullar hesabına özünə biznes qurmaqla məşğuldur.

Biz dia.az vasitəsilə cənab prezidentə müraciət edirik. Malik İsaqovun fəaliyyəti araşdırılsın. Bu adam ancaq maklerlik edir. Qaçqınkomun işini də arada öz adına çıxır. Bir hesabat versin, görək nə edib. Camaatı bu şəkildə ələ salmaq olmaz. Başqa qaçqın rayonların icra başçılarının fəaliyyəti görünsə də, Malik İsaqovun fəaliyyəti nədir, özü belə görünmür.

Xahiş edirik ki, bizimlə maraqlanmayan başçını, işi-gücü öz biznesini inkişaf etdirmək olan Malik İsaqovu bir camaata can yandıracaq şəxslə əvəzləsinlər".

Dia.az bildirir ki, müraciət müəllifləri icra başçısına qarşı ağır ifadələrin yer aldığı ittihamları da səsləndiriblər. Amma həmin yazılanları təqdim edə bilmədik. Həm etik baxımdan uyğun olmadığından, həm də əldə sübutların olmaması səbəbindən. Şikayəti isə çatdırdır. Qarşı tərəflə əlaqə cəhdlərimiz baş tutmadı. Amma yenə də hörmətli Malik müəllimi dinləməyə hazırıq.

Dia.az xatırladır ki, Malik Xizir oğlu İsaqov 26 sentyabr 1953-cü ildə Qubadlı rayonunun Çərəli kəndində anadan olub. 1970-ci ildə Hal kənd orta məktəbini bitirib. 1974-1976-cı illərdə hərbi xidmətdə olub. 1979-cu ildə Azərbaycan Neft Kimya İnstitutunda ali təhsilini başa vurub. Sumqayıt Elektrik Dəstləşdirmə zavodunda çilingər, təhlükəsizlik üzrə mühəndis, mühəndis konstruktor, mühəndis-texnoloq və baş mühəndis vəzifələrində çalışıb. 1984-2001-ci illərdə elə həmin zavodun direktoru olub.
2001-ci ildən Qubadlı rayon icra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...