Ağcabədinin icra başçısı müavinlərinin hədəfində - İTTİHAM
Bolge
Oxunub: 736
27 in 2018 | 13:09
Ağcabədinin icra başçısı müavinlərinin hədəfində - İTTİHAM















Azerbaycaninfo.az yazır ki, mətbuatın gündəmini zəbt edən Ağcabədi səhiyyəsi və təsilindəki xoşagəlməz məqamlar barədə başçıya yalan məlumatlar verilir. Qeyd olunur ki, bütün iclaslarda müavinlər tərəfindən başçıya verilən məlumat və hesabatlar həqiqətə söykənmir.

Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb.

Şahin Məmmədov ətrafında yaranan bu “Üçlüyə” hüquq şöbəsinin müdiri Hafiz Hüseynov, Xaliq Mirzəyev və Naibə Mustafayevanın daxil olduğu verilən məlumatlar sırasındadır.

Yalan məlumatlarla başçını aldadan “üçlük” görülən işlərin, tapşırıq və göstərişlərin nəticələrini şişirdərək Şahin Məmmədovu aldatmaqla onun etibarını qazanmağa müvəffəq olmuşlar. Mənbə bildirir ki, Şahin Məmmədovun rayonda apardığı quruculuq işləri bu üçlüyün çirkin əməlləri sayəsində gözdən salınır. Mənbə pambıq əkini ilə bağlı başçının aldadıldığını qeyd edir. Belə ki, pambığın əkin statistikası sənədlərdə bir cür, əsil həqiqətdə isə sənədləşdirmədə yazılan rəqəmlərdən qat-qat aşağı olduğu bildirilir. RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri Xaliq Mirzəyevin bu yalanlarını saymaqla qurtarmır (bu barədə araşdırma bitdikdən sonra məlumat veriləcək – azerbaycaninfo.az). Xaliq Mirzəyev başçıya özünü əvəzolunmaz işçi, yalançı çalışqan kimi göstərməklə qardaşını Suvarma Sistemləri İdarəsinə rəis təyin elətdirməyə belə nail olmağı bacarıb.(Bu barədə sonra) Xaliq Mirzəyev o adamdır ki, qısa müddət ərzində memarlıqdan başçının köməkçisi sonra isə RİHB-nın müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılma şöbəsinin müdiri kim daha yüksək vəzifəyə təyin olunur. Göründüyü kimi, vəzifə hərisliyi Xaliq Mirzəyevə o qədər də yüngül başa gəlməyib. Başçının etibarını qazanmaq, məqsəd və məkrli niyyətləri həyata keçirmək üçün belə bir “üçlüyün” iş birliyi gələcəyə hesablanmış bir siyasət və başçının ən inanılmış adamına çevrilmiş simalardan biri olmaqdır. Şahin Məmmədovun adından istifadə edən, başçının qan qohumuyam deyən Xaliq Mirzəyevin Ağcabədidə bütün idarə, müəssisə müdirlərinə “sənin iliyini vuraram”, “mən deyən olmalıdır” kimi hədə və təhdidləri hər kəsə bəllidir. Hələ ötən dərs ilində Ağcabədi şəhər 11 saylı məktəbin ikinci sinfində oxuyan oğlu ilə digər bir şagird arasında yaranmış mübahisəyə dərhal müdaxilə etmiş və həmin şagirdi döymüşdür. Hətta, bu yaxınlarda “kamxoz”un fəhləsini prokurorluğun binasının yanında döyərək təhqir etdiyi barədə də məlumatlar verilmişdir. Rayon sakinləri hesab edirlər ki, başçının adından istifadə edib rayonda sağa-sola at oynadan “ərkəsöyün” müavinə Şahin Məmmədovun dur deməsinin vaxtı çoxdan çatmışdır. Naibə Mustafayevanın da çiyninə şahlıq quşu tez-tez qonur. Belə ki. əvvəllər YAP qadınlar şurasının sədri, daha sonra isə RİHB-nın müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri kim daha mötəbər bir vəzifəyə gətirilir. Həmçinin, bu “Üçlüyə” Naibə Mustafayevanın rəhbərlik etdiyi bildirilir.

"Müavin olasan, digər iki müavini təsir altına salıb idarə edəsən və başçının da bundan xəbəri olmaya. Şahin Məmmədovun quruculuq və inkişaf yolundakı işlərinə zərbə vuran da elə bu "Üçlüyün" qurduğu oyunlardır"- deyə mənbə bildirir.

Naibə xanımın “üçlüyə” daxil etdiyi müavinlərlə olan münasibəti özündə suallarla dolu müəmmalı məqamları daşıyır. Bu suallar və müəmmalı məqamları Naibə xanım elə ustalıqla qoruyur ki, hətta Şahin Məmmədov belə, xəbər tuta bilmir. Reallıqda isə rayon sakinləri bu münasibətlərin nədən ibarət olmasını daha yaxşı bilirlər.

Əslində biz redaksiya olaraq suallar və müəmmaları özündə cəmləşdirən bu məqamların yazılmasında və çözülməsində marağımız yoxdur. Əsas məsələ ondan ibarətdir ki, başçının bir addımlığında özü də icra hakimiyyətində Azərbaycan əxlaqına və mənəviyyatına yaraşmayan bu hərəkətlərdən başçının məlumatsız olmasıdır. Elə məsələnin maraqlı tərəfi də budur. Bu “üçlər”in aralarında olan münasibət, iş yoldaşı parametrlərini aşaraq birliyin tələb və prinsiplərinə uyğun olmaqla daha da irəliyə getmişdir. Birliyi birləşdirən səbəbləri tam çılpaqlığı ilə yazıb məhkəmə çəkişmələrinə yol açan ip uclarını kimlərəsə verməyə niyyətimiz yoxdur. Kim kiminlə dostdur, kim kiminlə iş yoldaşıdır, və yaxud nədir bunun redaksiya olaraq bizə aidiyyatı yoxdur.
Araşdırmalar davam edir.

P.S. Biz isə mətbuat ictimai rəy yaradır prinsipini rəhbər tutaraq qarşı tərəfdən yazılan məlumatlara fikir öyrənməyə çalışdıq.
Qarşı tərəf cavab vermək əvəzinə susmağı qərar verdi
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"