Deputat seçiciləri eşitmir, laçınlılar feysbukda prezidentə haray edir
Bolge
Oxunub: 755
28 in 2018 | 13:10
Deputat seçiciləri eşitmir, laçınlılar feysbukda prezidentə haray edir














Laçının deputatı Mahir Abbaszadə məcburi köçkünləri virtual aləmdə şikayətlərini yazmağa məhkum edib

FİA.Az-ın verdiyi xəbərə görə, laçınlı seçicilərin səsi nə icra hakimiyyətinə, nə millət vəkilinə çatır deyə problemlərini sosial şəbəkələrdə yazırlar.

M.Abbaszadənin laçınlı seçicilərlə görüşməməsi, onların şikayətlərini icra hakimiyyətinə və yuxarılara çatdırmaması məcburi köçkünləri narazı salıb.

Onlar millət vəkilinin vəzifəsinin seçicilərlə görüşmək, vasitəçilik etmək olduğunu xatırladırlar.

Son vaxtlar feysbukda qaçqınların tez-tez icra başçısı Aqil Nəzərli və deputat Mahir Abbaszadədən gileylənməsinə rast gəlmək olar.

Məcburi köçkünlük həyatına məhkum olunmuş, 58 rayona səpələnən bu insanların ən böyük problemi ev, məişət, işsizlik problemləridi.

Bəzi insanların sağlamlıq problemləri var. Ancaq deputat bu rayonların hansına səfər edərək, laçınlı seçiciləri ilə görüşüb? Mahir Abbaszadə aktiv fəaliyyət göstərməyən deputatlardan biridir.

Düzünü desək, Mahir Abbaszadəni millət vəkili seçki kampaniyasında mətbuat vasitəsilə yayınlanan, adının mənfi xəbərlərlə çəkilməsi ilə tanımışıq.

Milli Məclisdə əyləşən deputatın fəal olması onun vəzifə borcudur. Bundan əlavə, deputat gərək, öz fəallığı ilə daima ictimaiyyət arasında ola və mətbuatla əməkdaşlıq edə.

Nə yazıq ki, onun haqqında olan bütün məlumatlar yalnız seçki ərəfəsində olan məlumatlardır.

Mahir Abbazadə ilə "Google" vasitəsilə tanış olmaq mümkündür.ı Fəaliyyətini də görsəydik, sevinərdik.

FİA.Az-ın verdiyi xəbərə görə, laçınlılar feysbukda şikayətlərini yazmadan yorulublar. Onların artıq başqa ifadə imkanları qalmayıb. Köçkünləri nə RİH, nə deputat sayır.

Deputat seçicilərindən qaçır. Şübhə doğurmur ki, həmin müraciət edənlər də deputatı güc-bəla yasda-toyda tutub dərdini deyənlərdir.

Üstəlik, biznes şəraitinin olmamasından gileylənən deputatı anlamaq mümkündür. Çünki onun ticari əlaqələri Dubay-Bakı reysi ilədir.

Xarici pasportundakı möhürlər kifayət edir ki, onun biznesinin hansı ərazidə olduğu müəyyən edilsin.

Bir müddət əvvəl Laçın RİH sabiq şöbə müdiri Laçının icra başçısı Aqil Nəzərlini və rayonun deputatı Mahir Abbaszadəni “topa tutmuşdu”.

O, A.Nəzərlinin və M.Abbaszadənin laçınlıların deyil, öz qohum-əqrəbalarının başçısı ilə deputatı olduqlarını xatırlatmışdı. Əslində isə keçmiş məmurun söylədikləri çoxdan bəllidir.

Dəfələrlə mətbuat Laçının icra başçısı və deputatının seçicilərə, məcburi köçkünlərə laqeyd münasibətindən yazıb, öz şəxsi bizneslərini inkişaf etdirdikləri vurğulanıb.

F.Tanirverdiyev feysbukda bu statusu paylaşmışdı: “Laçın rayon icra başçısı postuna yüksəlməsinə baxmayaraq 74 min laçınlının deyil, yaxın qohum-əqrabasının, Nəzərlilərin və Abbaszadələrin başçısı olan Aqil Nəzərli tərəfindən uyduruq bir oyunla karyerasına son qoyulan ixtisasca hüquqşünas, ehtiyatda olan zabit Fizuli Tanirverdiyev olaraq dəyişməmiş fəxr ediləsi bir ünvanlı titulda qaldın”.

Bir qrup Qarabağ əlilləri də A.Nəzərlinin və M.Abbaszadənin əməllərindən dövlət başçısı İlham Əliyevə yazmışdı.

“Biz Qarabağ əlilləri Laçın rayon Vağazin sakinləri Qasimov Mirələm Əhliman oğlu , Əhmədov Nadir Şükür oğlu, İsmayilov Yusif Əli oğlu,şəhid bacisi Hümbətov Bilqeyis Süleyman qizi, Laçın rayon Qarakeçdi kənd sakini və Xanlarov Mais Haci oğlu torpaqlarimiz uğrunda Qarabağ əliliyəm.

Laçın Rayon İcra Hakimiyyətinin Başçısı Aqil Nəzərli və onun ailə üzvlərinin, Laçın Rayonundan seçilmiş millət vəkili Mahir Abbasovun və onun ailə üzvlərinin ,Laçın Rayon Təhsil Şöbəsinin Müdiri Nicat Həsənovun biz laçınlı məcburi köçkünlərə etdiyi zülm və qanunsuzluqları sizin diqqətinizə çatdırmaq istəyirik.

İcra başçısı Aqil Nəzərli əlini göyə açıb bizə sən çörəyini Allahdan istə dedi. Hörmətli cənab prezident biz millət vəkili Mahir Abbasova eyni qaydada müraciət etdik, o isə bizə bildirdi ki,sizin 2-ci qrup əlil olmağının mənə aidiyyatı yoxdu,siz öz borcunuzu yerinə yetirmisiniz.

Görəsən bizimlə təxminən həmyaşıd olan cənab Aqil Nəzərli və cənab Mahir Abbasov öz borclarını yerinə yetiriblərmi və yetirirlərmi”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?