Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Bolge
Oxunub: 12 570
29 in 2018 | 17:27
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi















Qazax rayonunun gözəl və zəngin təbiəti, əlverişli coğrafi şəraiti var. İlin bütün fəsillərində göz oxşayan bu torpaq özünəməxsusluğu ilə həmişə fərqlənmiş, diqqət mərkəzində olmuşdur. Bütün özünəməxsusluğu ilə zəngin olmasının nəticəsidir ki, istər elm və sənət, istərsə də hərb və incəsənət sahəsində bir-birindən tanınmış insanlar, alimlər, şair və yazıçılar, elm və hərb xadimləri yetişdirmişdir bu torpaq. Və son nəticədə nümunə olmuşdur bütün Azərbaycana. Təsadüfi deyildir ki, ilk xalq şairi, ilk xalq yazıçısı, ilk hərbi təyyarəçi, ilk top allahı, ilk hərbi topoqraf, ilk pedaqoji elmlər doktoru, ilk şəfqət baçısı. Ilk...ilk. Bu ilklərin sayını istənilən qədər artırmaq və Qazağın bir nümunə olduğunu faktlarla bir daha nəzərinizə çatdırmaq olar.

Bu gün... Bu gün isə Qazax rayonu öz zəngin tarixi ilə yanaşı, öz tuikinti-quruculuq işləri ilə də respublikamızda bir nümunə olmuşdur. Bunu rayonun son illər bütün sahələrdə əldə etdiyi bir-birindən yüksək göstəricilərdən də aydın şəkildə görmək olar. Deyilənləri görmək üçün nəinki Qazaxın mərkəzini, eləcə də kəndlərini, sərhəddə yerləşən və daim atəş altında olan yaşayış məntəqələrini gəzmək kifayətdir.

Bu məqalədə Qazaxda aparılan tikinti-quruculuq işlərinin tərkib hissəsi olan bir məsələdən - uşaqlara göstərilən diqqət və qayğıdan, onların sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı həyata keçirilən məqsədyönlü tədbirlərdən danışmaq istəyirəm. Çünki Qazax rayonunda İcra Hakimiyyətinin Başçısı Rəcəb Babaşov tərəfindən gələcəyimiz olan uşaqların sağlam və xoşbəxt böyüməsi üçün hərtərəfli və məqsədyönlü işlər görülür.

Bunun nəticəsidir ki, bu gün Qazax rayonu körpələrə göstərilən diqqət və qayğı ilə də diğər bölgələrimizdən əsaslı şəkildə fərqlənir. Bunun yalnız və yalnız bir səbəbi var. Rayon rəhbərliyinin böyüməkdə olan fidanlara olan qayğısı, rəhbər diqqəti və ən nəhayəti baba sevgisidir. Bu üç amil son nəticədə bağçalara və orada tərbiyə alan körpələrə olan münasibəti kökündən dəyişmiş, işlər dövrün və zamanın tələblərinə uyğun olan bir hala salınmışdır. Və bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda bağçalar günün tələblərinə tam uyğun şəkildə fəalyyət göstərir. Tam əminliklə deyə bilərik ki, Qazax bağçalarındakı şərait, qidalanma, qayda-qanun ən yüksək səviyyədədir və ölkəmizdəki bütün bağçalarına bir nümunədir.

Bəs necə oldu ki, bağçalarda şərait köklü çəkildə dəyişdi və nümunəvi bir hala düşdü? Bu sualın bir sadə cavabı var. Bu vacib işi ilk gündən İcra Başçısı öz üzərinə götürdü. Bəlkə də ilk günlər rayon rəhbərinin tez-tez başçalara getməsi, uşaqlara baş çəkməsi, təminatları ilə müntəzəm olaraq maraqlaması, qarşıya çıxan məsuliyyətsiz hərəkətlər barədə ən ciddi tədbirləri görməsi, soyuducunun yoxlanılması, gecə gözətçisinə nəzarət olunması çoxlarına qəribə gəlirdi. Və İcra Başçısı buna öz dəyərli vaxtını, zamanını sərv edirdi. Amma... bu, belə də olmalıydı. Belə olmalıydı ki, illərdən bəri bağçalarda kök salmış “Adı sənin, dadı mənim” prinsipinə birdəfəlik son qoyulsun. Belə olmalıydı ki, oğurluq, məsuliyyətsizlik və bi kimi mənfi hallar birdəfəlik aradan götürülsün. Və götürüldü də.

Fəaliyyətə başladığı ilk gündən Qazax rayonunda azyaşlı körpələrin sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən məqsədyönlü işlər həyata keçirilmişdir. Yeni uşaq bağçaları tikilmiş, əsaslı şəkildə yenidən qurulmuş, müasir inventar və avadanlıqlarla təmin olunmuşdur. Bu deyilənlərə istənilən qədər nümunə göstərmək olar və bu nümunələrin sayı yetərincədir.

Əsaslı şəkildə təmir edilən Kosalar kəndindəki 2 və 3 saylı körpələr evi-uşaq bağçaları, Xanlıqlar kənd körpələr evi-uşaq bağçası, Daş Salahlı kəndindəki 2 saylı uşaq bağçası və 3 saylı körpələr evi-uşaq bağçası, Cəfərli kənd uşaq bağçası, Qazax şəhərində yeni tikilmiş 100 yerlik 1 saylı körpələr evi-uşaq bağçası və bu günlərdə istifadəyə verilmiş şəhər 2 saylı uşaq bağçası bu deyilənlərin ən bariz nümunəsidir. Özü də bu qədər böyük miqyaslı işlər çox az bir vaxtda həyata keçirilmişdir. Onu da qeyd edim ki, bütün bağçalarda həyata keçirilən işlər İcra Başçısının bir prinsipi “Biz işi gözdən pərdə asmaq üçün görmürük. Biz işi Ölkə Başçısının tələblərinə uyğun şəkildə görürük” prinsipi əsasında görülmüşdür. Ona görə də istər yeni tikilən, istərsə də əsaslı şəkildə təmir olunub yenidən qurulan bağçalar sözün əsl mənasında göz oxşayır. Birmənalı şəkildə və əminliklə demək olar ki, Qazaxdakı başçalar Bakıdakı bağçalardan heç nəyi ilə geridə qalmır, əksinə üstələyir. Bu gün düşmənlə sərhəddə yerləşən Cəfərli, Xanlıqlar, eləcə də adlarını qeyd etdiyim digər bağçalarda da şərait ən yüksək səviyyədədir.
A bitcoin-related gaming and discussion platform with a great range of amazing quests and games. Consequently, a http://topbitcoincasino.info is a type of casino which implements. Along with interesting features like a huge arena and offerwalls, it provides immediate withdrawal of units through FaucetHub.
How does https://blockchaincasinos.online/ work? Very soon the FairWin company will!
A relatively new BTC-related discussion and entertainment platform that is quickly winning over users. Its huge plus is a no-fee withdrawal system. However, the game range deserves attention and could be topped up with new units.


Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rəhbərliyi altında yeni istifadəyə verilmiş başçaların açılış mərasimləri bir toy-bayrama, el şənliyinə çevrilmişdir. Keçirilən açılış tədbirlərində çıxış edən valideynlər, kənd və şəhər sakinləri, ağsaqqallar rayonumuzda həyata keçirilən genişmiqyaslı abadlıq işlərinə, eləcə də uşaqlar üçün yaradılan bu gözəl şəraitə görə Respublika Prezidenti İlham Əliyevə,

rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova müəllim və valideynlər, bütün rayon sakinləri adından öz dərin minnətdarlıqlarını bildirmiş, ən xoş arzularını çatdırmışlar. Bağçalarda yaradılan yüksək şəraiti görən insanlar gözlərinə inanmadıqlarını qeyd etmiş, təəccüblərini gizlətməyərək “Bizim kənddə də belə bağça olarmış” demişlər.

Bağçalarda görülən işlər bununla bitmir. Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun tapşırığına əsasən bağçaların və kollektivlərin yaradıcılıq imkanlarının, dünyagörüşlərinin artırılması istiqamətində görülən işləri qiymətləndirmək, sağlam rəqabəti və bunun fonunda uğurlu inkişafı təmin etmək istiqamətində də əsaslı işlər görülmüşdür. Bu məqsədlə şəhərdə fəaliyyət göstərən uşaq bağçaları arasında “İlin bağçası” müsabiqəsi keçirilmişdir. Müsabiqədə körpə fidanlar öz bilik və bacarıqlarını nümayiş etdirmişlər. Və sonda “İlin bağçası” seçilmişdir.

Məqaləyə Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun bağçaların birinin açılış mərasimində dediyi sözlərlə yekunlaşdırmaq istəyirəm. Rayon rəhbəri qeyd edib ki, “Fəaliyyətə başladığım ilk gündən körpə balaların daha yaxşı şəraitdə təlim-tərbiyə almaları üçün əlimdən gələni edirəm. Çünki mən bütün uşaqları sevirəm. Onların hər biri mənim doğma övladımdır. Çalışmışam və bu gün də çalışıram ki, bu gül balalar daha müasir standartlara cavab verən bağçalarda tərbiyə olunsunlar. Artıq rayonumuzda bağçaların xeyli hissəsi əsaslı şəkildə yenidən qurulub və bu proses artan sürətlə də davam edəcəkdir. 2018-ci ilin sonuna kimi bütün körpələr evi-uşaq bağçaları əsaslı şəkildə yenidən qurulacaq, rayonumuzda təmir olunmamış bağça qalmayacaqdır”.

Deyilən sözlər söz olaraq qalmamışdır. 2017-ci ildə başlamış bu proses bu gün də davam edir. Şəhər 2 saylı körpələr evi əsaslı şəkildə yenidən qurulduqdan sonra uşaqların istifadəsinə verilmişdir. İndi isə şəhər 3 saylı körpələr evi-uşaq bağçası üçün ayrılmış yeni binada əsaslı şəkildə işlər görülür, bina yenidən qurulur. Sonra bu işlər digər bağçalarda da həyata keçiriləcəkdir. Görülən işlər belə deməyə əsas verir ki, Rəcəb Babaşovun rəhbərliyi altında ilin sonuna kimi Qazax rayonunda bütün bağçalarda körpə fidanlar müasir tələblərə cavab verən ən yüksək şəraitdə tərbiyə alacaqlar.


Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov gəlməmişdən əvvəlki vəziyyət

Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi



































Qazax rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun gəlişindən sonra vəziyyət
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Körpələrə diqqət və qayğının QAZAX nümunəsi
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"