Rayon işğal altında, büdcəsi isə... - İTTİHAM
Bolge
Oxunub: 721
3 iy 2018 | 18:53
Rayon işğal altında, büdcəsi isə... - İTTİHAM
















2016-cı ildən Cəbrayıl rayonuna Kamal Həsənov rəhbərlik edir.
Bu müddət ərzində onun hansı fəaliyyəti diqqət çəkib?

Bu suala FİA.Az olaraq cavab tapmağa qərar verdik. Amma K.Həsənovun icra başçısı kimi hər hansı müsbət əməlləri haqda məlumatlar meydana çıxmadı.

Cəbrayıl RİH başçısı vəzifəsinə qədər Mərkəzi Bankda Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləmiş K.Həsənov 2 ildə cəbrayıllı köçkünlərin problemlərinə can yandırmayıb.

Cəbrayıl RİH-nin rəsmi saytında fəaliyyət bölümünə daxil olduqda da hansı işlərin görüldüyünə dair fakt yoxdur.

Sadəcə, ümumi informasiyalar yerləşdirilib ki, nə qədər məktəb, xəstəxana var, DSMF necə işləyir və s.

Qubadlı, Zəngilan, Şuşa, Xocavənd və digər işğal olunmuş rayonların icra başçıları kimi, Cəbrayılın şefi də fəaliyyətsizdir.

Kamal Həsənov Cəbrayıl rayonu Quycaq kəndində anadan olub. O, sovet dövründə komsomol katibi vəzifəsində çalışıb.

Son iş yeri isə Mərkəzi Bankda lisenziyalaşdırma şöbəsinin rəisi vəzifəsi olub. Yəni, baş bankir Elman Rüstəmovun kadrıdır.

K.Həsəniv medianın gündəminə güllələnmə ilə gəlib. Bir müddət əvvəl mətbuat yazırdı ki, Cəbrayılın icra başçısı ilə rayonun polis rəisi Araz Şahverdiyevin qardaşı Şahin Şahverdiyev arasında insident yaşanıb.

İddia olunurdu ki, şəxsi zəmində baş vermiş mübahisə nəticəsində Şahin Şahverdiyev tüfənglə icra başçısının başının üzərindən atəş açıb.

Məlumatda bildirilir ki, Şahin Şahverdiyev mərhum deputat Astan Şahverdiyevin qardaşı oğludur.

İddialara görə, elə deputatın məsələyə müdaxiləsindən sonra məsələnin böyüməsinin qarşısı alınıb. Bu haqda criminal.az yazmışdı.

Astan Şahverdiyev isə bu məlumatın əsassız olduğunu demişdi. “Cəbrayılın polis rəisi mənim qardaşım oğludur.

Bunu bilməyən yoxdur. Şahin Şahverdiyev isə onun ögey qardaşıdır. Özü də psixoloji problemləri var.

Onunla indiki icra başçısı arasında hər hansı problem olmayıb. Keçmiş icra başçısı ilə xırda problem olmuşdu.

Bu məlumatlar əsassızdır”, – deyə Astan Şahvverdiyev bildirmişdi. Psixoloji problemlərinin olduğunu deməsi isə işin mahiyyətini açır.

FİA.Az media üzərindən xəbər verir ki, icra başçısı cəbrayıllı sakinlərlə görüşmür, köçkünlərin problemləri ilə yaxından maraqlanmır. Onun əsas işləri bank sektoru ilə əlaqəlidir və qurduğu bizneslə məşğuldur.

Eyni zamanda bankir olması maliyyə maxinasiyalarını ustalıqla həyata keçirmək imkanı yaradıb. K.Həsənov Cəbrayıl maliyyə şöbəsi ilə şərikli iş qurmağı bacarır.

Faktiki olaraq Cəbrayıl sakinləri üçün bu 2 ildə nə işlər görüldüyü barəsində heç bir informasiya yoxdur. Bu fəaliyyətsizliyi ilə K.Həsənov narazılıq yaradır.

Halbuki, sabiq icra başçısı əhalini ayağa qaldıranda, artıq-əskik danışanda yerinə işləyən kadr təyin olunduğu ehtimal edilirdi. Amma ümidləri doğrultmadı.

İcra hakimiyyətləri əhalinin ən çox narazılıq etdiyi qurumlardır. Rəsmi məlumatlar da bunu deməyə əsas verir.

Belə ki, Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov ötən ilin yekunları ilə bağlı danışarkən ən çox şikayət olunan İcra hakimiyyətlərinin adlarını açıqlayıb.

Rəsmi məlumata görə 2016-cı illə müqayisədə müraciətlərin sayı Beyləqan, Cəbrayıl, Kəlbəcər, Laçın, Saatlı, Sabirabad, Şamaxı və digər rayonlarda artıb.

Maraqlı məqam ondadır ki, şikayətlərin artığı İcra hakimiyyətləri ilə bağlı mütəmadi olaraq neqativ məlumatlar yayılır. Adıçəkilən icra qurumlarında dəyişikliklərin olacağı da istisna deyil.

Cəbrayıl rayonuna başçılıq edən Kamal Həsənov da ən çox şikayət olunan icra başçılarındandır. Qeyd edək ki, K.Həsənov ixtisasça iqtisadçıdır.

Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov 1993-1996-cı illərdə “Çinar” Kommersiya bankında İdarə Heyətinin sədr müavini, sədr, Şuranın məsul katibi, 1996-cı ildən 18.04.2016-cı il tarixədək isə Azərbaycan Respublikasının Mərkəzi Bankında Baş müfəttiş, şöbə müdiri vəzifəsində işləyib. 18 aprel 2016-cı ildən etibarən isə Cəbrayıl rayonuna başçılıq edir.

Görünən odur ki, daim maliyyə sahəsində böyük təcrübəyə sahib olan K.Həsənov rayon idarəçiliyi o, qədər də ürəkaçan deyil.
Şikayətlərin sayının ildən-ilə artması da bunu deməyə əsas verir.

RİH-nin mövqeyini dərc etməyə hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO