Samir Şərifovun Elmar Vəliyevə biət edən maliyyə rəisi kimdir? - İddialar...
Bolge
Oxunub: 1 025
4 iy 2018 | 11:50
Samir Şərifovun Elmar Vəliyevə biət edən maliyyə rəisi kimdir? - İddialar...














Gəncəbasar zonasında təkcə bəzi icra hakimləri yox, o cümlədən bəzi təhsil şöbələri müdirləri, maliyyə idarəsi rəisləri bir nəfərə biət edirlər

FİA.Az-ın yerli mənbələrə və mediaya istinadla yaydığı xəbərdə iddia olunur ki, həmin şəxs Gəncənin icra başçısı Elmar Vəliyevdir. E.Vəliyev təhsil şöbəsi müdirlərini və maliyyə idarəsi rəislərini idarə edir.

Ona görə həmin məmurlar maliyyə naziri Samir Şərifovla təhsil naziri Ceyhun Bayramovdan daha çox, Gəncənin merinə baş əyirlər.

Onlardan biri də Yevlax maliyyə idarəsi rəisi Rza Əliyevdir. Bu haqda mətbuatda müxtəlif informasiyalar dolaşır. Deyilir ki, R.Əliyev E.Vəliyevə etibar edir.

Nazir Samir Şərifova tabe olmasına baxmayaraq, onun gözləntiləri daha çox E.Vəliyevdəndir.

Hətta bir müddət əvvəl Kürdəmir, sonra Samux icra başçısı olmaq üçün dəridən-qabıqdan çıxan R.Əliyev E.Vəliyevin dəstəyini gözləyirmiş.

Amma icra hakimlərinin təyinatının prezidentin səlahiyyətində olduğunu görünür, unudub. Amma Gəncə meri ona dayaq olmağa söz versə də, istəkləri baş tutmayıb.

E.Vəliyevlə uzaq qohumluğu çatan Yevlaxın maliyyə rəisi bu postunda qalmasına da ona borcludur. Yəni, S.Şərifovdan daha çox E.Vəliyevə güvənir.

Yevlax rayon Maliyyə İdarəsinin rəisi Rza Əliyev 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsində çalışıb.

Mətbuatın yazdığına görə bir neçə il əvvəl V.İsayevlə R.Əliyevin münasibətlərinin pozulması Rza Əliyevin Yevlaxa transfer olunması ilə nəticələnib.

Onun yerinə, Bərdə rayon Maliyyə İdarəsinin rəisi vəzifəsinə isə Elmar Vəliyevin xalası oğlu təyinat alıb.

FİA.Az-ın yerli mənbələrə və mediaya istinadla yaydığı xəbərdə iddia olunur ki, Hesablama Palatasının yoxlaması zamanı R.Əliyevin ciddi maliyyə pozuntuları üzə çıxıb.

Məbləğ o qədər böyük olub ki, bu rəqəmi iki dəfə azaltdıqda da R.Əliyevin cəzasız qalacağı müşkülə düşüb.

Bu olayla bağlı bilgiləndirən mənbənin sözlərinə görə, o zaman Hesablama Palatasının rəhbərliyinə Gəncə şəhər icra Başçısı Elmar Vəliyev minnətçi düşüb.

R.Əliyev Bərdədən Yevlaxa köçürülməklə canın qurtara bilib. Amma adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.

Maliyyə İdarəsinin rəisi Bərdəni çapıb talamaq hesabına bu rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub.

Yevlaxda "vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. Onun varidatının günbəgün genişlənməsi heç də idarə rəisi kimi aldığı əmək haqqı ilə reallaşmayıb.

Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb. O, Bərdədə bütün dövlət layihələrinin icrasında maliyyə maxinasiyalarını ustalıqla həyata keçirib.

Abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən 30 milyon manata yaxın pul vəsaiti ayrılıb.

Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub.

Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir.

R.Əliyev büdcə vəsaiti hesabına görülmüş işlərə ödəniş həyata keçirərkən, görülmüş işlərə komissiya tərəfindən baxış keçirilib aktlaşdırmasını təmin etməli və sonra pulun ödənilməsinə sərəncam verməli idi. Lakin o, bu işlərin heç birini etməyib.

Qarşı tərəfi dinləməyə hazırıq.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO