Zəngilan təhsil rəisi əvəzçi maaşlarını mənimsəyir: inanılmaz cinayət dosyesi...
Bolge
Oxunub: 965
5 iy 2018 | 12:45
Zəngilan təhsil rəisi əvəzçi maaşlarını mənimsəyir: inanılmaz cinayət dosyesi...















Zəngilan təhsili ağır dövrünü yaşayır

Rayon Təhsil Şöbəsi ciddi nöqsanlara yol verir.

Zəngilan təhsili uçuruma yuvarlanmaqdadır. RTŞ-nin müdiri Ənvər Məmmədovun bu vəzifəyə gəlişi əvvəlkilərinin fəaliyyətindən fərqlənmir.

İddialara görə, Ə.Məmmədov müxtəlif maliyyə maxinasiyaları ilə də əhalinin diqqətini cəlb edir.

Mətbuat yazıb ki, Zəngilan RTŞ-nin Bakı və Sumqayıt şəhərlərində, habelə Şirvanda, Sabirabad və Abşeron rayonlarında yerləşən təhsil müəssisələrində əslində keçirilməmiş dərs saatlarına görə əmək haqqlarının hesablanması və digər üsulların tətbiqilə dövlət vəsatlərinin mənimsənilməsi artıq adi hal alıb.

Məlumdur ki, Nazirlər Kabinetinin məlum qərarı ilə hər bir müəllim həftədə 24 saat dərs yükü ilə təmin olunmalıdır.

Müəllimə bundan əlavə dərs saatı vermək olmaz. Bu barədə Təhsil Nazirliyi də dəfələrlə məlumat verib, qərar qəbul edib.

Lakin ixtisas müəllimləri olmadığı təqdirdə, daha doğrusu, məktəbdə kadr çatışmazlığı olduğu halda, müəllimlər yerdə qalan dərsləri əvəzçiliklə deyə bilərlər. Və buna görə müəllimə əlavə maaş yazılır.

Zəngilan RTŞ-də isə həmin dərsləri müəllimlər əvəzçiliklə tədris etsələr də, buna görə ayrılmış məvacibləri ala bilmirlər. Halbuki bu gün əksər rayonlarda əvəzçiliklə verilən dərslərin məvacibi ödənilir.

Ancaq Zəngilan rayonunda özəl qaydalar olduğundan təhsil şöbəsinin müdiri Ə.Məmmədov bu pulların heç vaxt ödənilməyəcəyini bildirir.

Bir sözlə, rayon təhsil şöbəsinin müdiri isə nə Nazirlər Kabinetinin, nə də ki, Təhsil Nazirliyinin qərarlarına məhəl qoyur.

FİA.Az-ın verdiyi məlumata görə, Zəngilanınn təhsil müəssisələri bu gün ölkəmizin müxtəlif rayonlarında fəaliyyət göstərməkdədirlər.

Ümumilikdə isə Zəngilan RTŞ-nin tabeliyində fəaliyyət göstərən bu təhsil ocaqlarında 4112-dən çox şagird təhsilə cəlb edilib.
Zəngilan təhsilinin aktivinə yazılan uğurların çoxu isə "legioner şagird transferi” hesabınadır.

Məsələ bundadır ki, paytaxt Bakıda övladlarını ali təhsil müəssisələrinə hazırlaşdıran valideynlər onların adlarını "nəzarətdən uzaq” Zəngilan məktəblərinə yazdırırlar.

Beləliklə, adları Zəngilan məktəblərinin yuxarı sinif şagirdləri sırasında gedən gənclər Bakıda, Sumqayıtda repetitor kurslarına gedirlər.

Sonra onlar test imtahanlarından uğurla çıxıb Zəngilan təhsilinin müsbət statistikasını formalaşdırırlar.

Artıq qeyd olunduğu kimi hal-hazırda Zəngilan rayonu üzrə məktəblərin 34-ü tam orta, 2-si əsas, 1-i ibtidai olmaqla 26-sı Bakı şəhərində, 6-sı Sumqayıtda, 2-si Şirvan, 2-si Sabirabad, 1-i isə Abşeron rayonundadır.

Eləcə də Zəngilan RTŞ-nin tabeliyində uşaq və yeniyetmələrin təlim-tərbiyəsinin inkişafına xidmət edən 3 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

Zəngilan Təhsil Şöbəsinə kadrların seçilməsi zamanı da heç bir qanuna riayət olunmur. Təhsil sistemindən anlayışı olmayan bəzi şəxslər hazırda təhsil şöbəsində mühüm vəzifələri tutublar.

Artıq dəfələrlə kütləvi informasiya vasitələrində də bildirilib ki, RTŞ-də və rayonun təhsil müəssisələrində pedaqoji işi bilməyən kadrlar yer alıblar.

Külli miqdarda dövlət vəsaitlərinin mənimsənilməsinə yol açan qanun pozuntularına isə şöbənin işində addımbaşı rast gəlmək olur.

O cümlədən Ə.Məmmədov tərəfindən rəvac verilən qeyri-qanuni əmək haqlarının yazılması, məktəbdənkənar müəssisələrdə əlavə qrupların yaradılması, ödəniş dərəcələrinin düzgün müəyyən edilməməsi, siniflərdə qəsdən komplektləşmə aparılmaması və digər bu kimi hallar olduqca böyük məbləğlərin silinməsinə şərait yaratmaqdadır.

Bir müddət əvvəl RTŞ-nin müdiri rayon məktəblərinə 500-1000 manat məbləğində aylıq “haqq” təyin olunması yolu ilə də külli-miqdarda pul yığımları həyata keçiribmiş.

Ona qədər isə RTŞ müdiri Zakir İbrahimov Zəngilan təhsilini bərbad günə qoymuşdu. Deyəsən, Ə.Məmmədov onun yolunun layiqli davamçısı olmağa həvəslidir.

Bununla belə, hörmətli Ə.Məmmədovun mövqeyini işıqlandırmağa hazırıq.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi