Neftçalada ÖZBAŞINALIQ - Sakinlər narazılıq edir...
Bolge
Oxunub: 671
13 iy 2018 | 12:10
Neftçalada ÖZBAŞINALIQ - Sakinlər narazılıq edir...















Bu gün səhər saatlarında Neftçala şəhər Qoltuq kəndinin sakinləri icra başçısının göstərişinə öz narazılıqlarını bildirmək üçün toplanıblar.


Bizimxeber.az-a kənd sakinləri tərəfindən verilən məlumata görə, bir neçə gündür icra başçısını göstərişi ilə kəndin örüş sahəsində dərin kanalların qazılması prosessinə start verilib. Belə ki, Qoltuq kəndi ilə Həsənəbad qəsəbəsini birləşdirən boş ərazi əsrlərdir örüş sahəsi kimi istifadə olunur. Bu ərazi Qoltuq kəndi sakinlərinin heyvanlarını otlatmaq üçün yeganə örüş sahəsidir.

Məlumatda qeyd olunur ki, artıq Həsənəbad qəsəbəsinə yaxın olan örüş sahəsinin demək olar ki, əksər hissəsi şumlanaraq ərtafına kanal çəkilib. Son iki gündür şümlanma və kanal çəkilmə əməliyyatı Qoltuq sakinlərinin heyvanlarının yeğanə otlaq sahəsi olan əraziyə çatıb. Ərazinin əksər hissəsi şumlanıb və kanalla hasarlanıb. Kəndin örüş sahəsi məhv edilir. Hazırda kənd sakinləri heyvanlarını harda otaracaqlarını bilmirlər.

Kənd sakinləri bildirir ki, ilk günlər rayon icra aparatının nümayəndələri kənd sakinlərinə bildiriblər ki, bu ərazi dövlət əhəmiyyətli obyektlərin tikilməsi üçün hazırlanır. Burada hansısa zavod və ya fabrik tikiləcək. Daha sonra isə deyilib ki, rayonun kanalizasiya sisteminin bu ərazidən keçməsi planlaşdırılıb. Ən sonda isə bəlli olub ki, ərazidə heç bir dövlət obyekti tikilməyəcək. Ərazinin şumlanması və kanala alınması burda hansısa sahibkarın şəxsi əkin sahəsinin (araşdırdıqdan sonra dəqiq məlumat verəcəyik) olacağından xəbər verir.

Bu gün səhər saatlarında kəndə lap yaxın əraziyə ekskovator və kamaz markalı texnikaların gəldiyini görən kənd sakinləri buna etirazlarını bildiriblər. Kəndin ağsaqqaları, uşaqlı, kişili qadınlı rayon rəhbərliyinin baş verənlərə aydınlıq gətirilməsini tələb ediblər. Bu səbədən də icra başçısını sakit şəkildə kəndə dəvət edib, açıqlama istəyiblər. Lakin nə icra başçısı, nə də hansısa nümayəndə kənd sakinləri ilə danışığa gəlməyib. Sadəcə bir nəfər gələrək sakinləri sakitləşdirməyə çalışıb. Daha sonra isə texnika təcili olaraq ərazidən uzaqlaşdırılıb, iş dayandırılıb

Bizimxeber.az-a verilən məlumata görə, kənd sakinləri bu işlərin dayandırəlmasını xahiş edib və kəndin yeganə örüş sahəsinin məhv edilməməsini istəyiblər. Əks təqdirdə insanlar əllərinə bel götürərək qazılan kanalları dolduracaqlarına, etirazlarının daha yuxarı instansiyalara çatdırılması üçün çalışacaqlarını bildiriblər.

Bu dəqiqələrdə icra başçısının kəndə gəldiyi və insanlarla danışıq apardığı bildirilir. İcra başçısı ismayıl Vəliyev iddia edib ki, ərazidə iş yerinin yaradılması üçün obyektlər tikiləcəkmiş. Amma sakinlər etiraz etdiyi üçün daha heç nə tikilmir.
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb
Dünən, 10:56
Sülhməramlılar hara gedir? - "Bild"
Dünən, 10:32
Bakı vaxtı ilə Moskva - "Kommersant"
Dünən, 10:26
Erməni mediası Rusiya-Türkiyə problemini qabardır - Kreml sorğu göndərdi
Dünən, 10:22
İsrail 6 məqamda çıxılmaz vəziyyətdə: ABŞ əməkdaşlıq etməsə... - İsrail mediası
Dünən, 09:33
Ağ Ev Ukraynanı məxfi sülh masasından necə geri çəkdi: ABŞ Avropa Birliyini iqtisadi intihara məcbur edir
Dünən, 09:30
"El Klasiko"da 5 qol: "Real" son dəqiqələrdə qələbə qolunu vurdu - VİDEO
Dünən, 09:20
Füzuli şəhərinə daha 39 ailə yola salınıb - FOTO
Dünən, 09:15
Ermənilər nə istəyir? - Kəndimizin yolunu bağlamaqda israrlıdırlar, Paşinyan isə...
20-04-2024, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş