Mübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEY
Bolge
Oxunub: 727
13 iy 2018 | 14:16
Mübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEY














Deyirlər, yol mədəniyyətdir. Amma Zaqatala rayonunun Hövtala kənd sakinləri başqa cür düşünürlər. Onlar üçün yol mədəniyyəti məfhumu, tamamilə yaddır. Kənd əhalisi illərdir yol üzünə həsrət qalıb desək, yanılmarıq.

Sputnik Azərbaycan-ın bölgə müxbirinə danışan kənd sakini Vahid İmranov deyir ki, illərdir bu problem öz aktuallığını qoruyub saxlayır: "İllərdir ki, kəndimizin yolları bərbad durumdadır. Mən öz hesabıma çınqıl tökdüm. Amma bu, çınqılla həll olunacaq məsələ deyil. Bura normal yol çəkilməlidir".

Kənd sakinlərinin iddia etdiklərinə görə, məsələ ilə bağlı məsul şəxslərə müraciət etsələr də, şikayətlərinə baxan olmayıb.

Məhəmməd Xurmayev bildirir ki, o, şəxsən bir neçə dəfə aidiyyatı quruma müraciət edib: "Bu yolla uşaqlar hər gün məktəbə gedirlər. Yağış yağanda yol tamamilə keçilməz olur. Kimə deyək dərdimizi? Bələdiyyə sədrinə dedim, dedi ki, "bizim səlahiyyətimizdə deyil". İcra hakimiyyəti də vəziyyətdən xəbərdardır. Amma nə gəlib baxan var, nə də məsələni həll edən".

May ayında baş vermiş sel daşqınları kəndin yolunu daha da bərbad vəziyyətə salıb. Ramazan Qabaçov da mövcud durumdan narahatlığını dilə gətirir: "Bir gənc olaraq öz kəndimi tərk eləmək istəyirəm. Belə yolu olan kənddə yaşamaq olar? Biz də bu ölkənin vətəndaşıyıq. Bəyəm bizim buna haqqımız yoxdur? Müraciətimizin də xeyri yoxdur".

Kənd sakini Kərəm İmranov da yolla bağlı gileyini bölüşür: "Həyat yoldaşım xəstədir, bəzən təcili tibbi yardım çağırırıq. Ambulans kəndin girəcəyinə qədər gəlir, kəndin içinə girmir. Taksi sürücüləri də gətirəndə 5 qat pul alırlar bizdən. Niyə düşünmürlər ki, kənddə bu qədər əhali yaşayır, bunun xəstəsi var, qocası var, hamiləsi var? Bu problem nə vaxta qədər davam edəcək?"

Analoji problem rayonun Vöhtala, Yolayrıc kəndlərində də yaşanır. Sakinlər deyirlər ki, hər dəfə sel gələndə yol daha da bərbad hala düşür. Bu dəfəki sel daha dağıdıcı olduğundan kəndlərin yollarının asfalt örtüyünü yuyub aparıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəflinin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, hazırda Zaqatala rayonunun bəzi kənd yollarında yenidənqurma işləri aparılır: "Ümumiyyətlə, adıçəkilən kəndlərdə Sovet dönəmində asfalt-beton örtüyü olmayıb. Əsasən, torpaq və çınqıl örtüklü olub".

"Son 2-3 ildir ki, ölkə rəhbərinin diqqətində saxladığı əsas məsələlərdən biri də bu tipli kəndlərdə yolların çəkilməsidir. Hansının yenidən qurulmasına ehtiyac varsa, o kəndlərə müasir asfalt və beton örtüyünün salınması üçün addımlar atılır" – Nəcəfli deyib.

Qurum rəsmisi onu da bildirib ki, hazırda Zaqatala rayonunda 40 km-ə yaxın Əliabad-Muğanlı-Faldarlı-Qandax-Yengiyan-Əliabad avtomobil yolu yenidən qurulur.

Mübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEYMübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEYMübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEYMübariz Əhmədzadənin yəqin bundan xəbəri yoxdur - GİLEY
Bu gün, 16:00
Sabah 32 dərəcə isti olacaq
Bu gün, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Bu gün, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Bu gün, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Bu gün, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Bu gün, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Bu gün, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Bu gün, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Bu gün, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Bu gün, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Bu gün, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Bu gün, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Bu gün, 11:22
COP29-un əhəmiyyəti
Bu gün, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Bu gün, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Bu gün, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Bu gün, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Bu gün, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Bu gün, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Bu gün, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Bu gün, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Bu gün, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Bu gün, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Bu gün, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO