Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... - GİLEY
Bolge
Oxunub: 739
17 iy 2018 | 14:39
Xızıda həkimlər Hippokrat kimdir, bilmirlər... - GİLEY















“Atam Geno Quliyev illərdir epilepsiya xəstəsidir. Lakin heç bir xəstəxana ona epilepsiya diaqnozu qoymur”.

Bu barədə Publika.az-a Xızı rayon sakini Yeganə Quliyeva müraciət edib.

Hazırda Sumqayıt şəhərində kirayə yaşadıqlarını deyən Y.Quliyev rəsmi olaraq Xızı rayonunda qeydiyyatda olduqlarını bildirib.

Onun sözlərinə görə, atasında vaxtaşırı epilepsiya tutmaları olsa da, Sumqayıt və Xızı rayon mərkəzi xəstəxanası ona epilepsiya diaqnozu qoymaq istəmir:

“Atamda ilk dəfə epileptik tutmalar 2006-cı ildə olub. O vaxtdan zaman-zaman tutmalar olurdu. Lakin tutmalar arası interval çox olduğundan və müəyyən qədər də imkansızlıqdan həkimə müraciətdə səhlənkarlıq etdik. İnterval qısaldığını müşahidə edəndən sonra Akdemik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında stasionar müalicə aldı və bu barədə epikrizlər var, Sumqayıt şəhər 1 saylı xəstəxanasına tutma zamanı müraciət etmişik, sonuncu dəfə isə Xızı rayon Mərkəzi Xəstəxanasında müalicə alıb və sonuncu epikriz də həmin xəstəxanadan verilib. Həmin xəstəxanalarda epikrizlərdə məhz epilepsiya diaqnozu qoyulmayıb. Sumqayıt şəhər xəstəxanası Xızı rayonunda rəsmi qeydiyyatda olduğumuzu əsas gətirərək diaqnoz qoymurlar. Xızı rayon mərkəzi xəstəxanasında isə atamın Sumqayıtda yaşadığını və tutmalarını da həmin ərazidəki həkimlərin izləyib diaqnoz qoymalı olduğunu deyir. Bütün xəstəxanalardan verilən epikrizlərdə ağırlaşma halı olmadığını deyirlər”.

Y.Quliyeva deyir ki, yeganə istəyi atasına düzgün diaqnoz qoyulub, xəstəliyi üzrə dərmanla təmin edilməsidir:

“Atamda epilepsiya tutmaları olanda hər dəfə Sumqayıt şəhər təcili yardıma müraciət etmişik. Bütün müraciətlərimiz barədə təcili yardım stansiyalarından stastistikanı almışam.

Mən mütəxəssis deyiləm, istəyirəm ki, atamın diaqnozu düzgün qoyulsun. Xəstədirsə, xəstəliyi yazılsın, sağlamdırsa, sağlam olduğu bildirilsin. Əsas istəyimiz odur ki, epilepsiya xəstəsi kimi dövlət tərəfindən verilən dərmanları alması üçün ona bu diaqnoz qoyulmalı, əlil olduğu təsdiqlənməlidir. Problem həllini tapmazsa, haqlarımı hüquqi müstəvidə tələb edəcəm. Bu barədə atamın həkimi Şahin Məmmədova da müraciət etmişəm. O da sonradan başqa bir şəxsi yanıma göndərib ki, heç kimə müraciət etməyim. Məsələ ilə bağlı bir dəfə Səhiyyə Nazirliyinə müraciət etmişəm. Nazirliyin cavabında bildirilir ki, “vətəndaşın qaldırdığı məsələ araşdırılsın, vətəndaşın özünə və Səhiyyə Nazirliyinə məlumat verilsin”. Lakin Nazirliyin bu tələbi yerinə yetirilmir. İkinci dəfə təkrar Nazirliyə müraciət etmişəm”.

Xızı rayon Mərəzi Xəstəxanasının baş həkimi Bəhdaş Nəbiyev Publika.az-a açıqlamasında bildirib ki, ekspertiza rəyində həmin şəxsin xəstəliyinə görə əlillik dərəcəsinin düşmədiyi qeyd olunur:

“Xəstə yaxınları onun Respublika Klinik Xəstəxanasında müalicəsinin nəticəsi barədə bizim xəstəxanaya epikriz gətirib. Biz də müayinələrimizin nəticəsini əlavə edərək Tibbi Sosial Ekspert Komissiyasına göndərmişik. Komissiya həmin şəxsin xəstəliklərinin ağırlaşmasına əlillik düşmədiyi ilə bağlı rəy verib. Yəni Geno Quliyevin xəstəliklərini nə qədər ağır yazsaq da, ona əlillik dərəcəsi verilə bilməz. Bu barədə cavab ailəyə verilib.

Respublika Klinik Xəstəxanasında, eləcə də bizim xəstəxanada 8 gün stasionarda müalicə aldığı müddətdə bir dəfə də olsun qıcolma olmayıb. Biz gətiriən epikrizlərə görə epileptik tutma diaqnozu təsdiq etmişik”.

Baş həkim onu da əlavə edib ki, G.Quliyevin təkrar müayinə edilib, epilepsiya diaqnozunun təsdiqlənməsi üçün ailə təkrar xəstəxanaya müraciət etməlidir:

“Xəstənin dövlət tərəfindəın pulsuz verilən dərmanları alması üçün o, ixtisaslaşmış şəhər xəstəxanasında yatmalıdır. Bunun üçün qızı bizim xəstəxanaya müraciət edib göndəriş almalıdır. Müraciət etsin biz ona göndərişi verəcəyik. Məsələn, xəstə Respublika Klinik Xəstəxanasının nevroloji şöbəsində yatmalıdır, dövlət tərəfindən verilən dərmanların onun mütəmadi qəbul etməsinin mütləq olduğu təsdiqləndiyi halda biz həmin dərmanları verəcəyik. Lakin onu da əlavə edim ki, ayda bir dəfə tutmalara görə epilepsiya xəstələri üçün yazılan dərmanın qəbul edilməsindənsə, ayda bir dəfə həmin tutmaların olması və ona tibbi yardımla problemin həll edilməsi daha yaxşıdır”.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!