145 minlik “Rance Rover, saxta diplom, restoran müdiri-Biləsuvar icra başçısı haqda ilginc faktlar
Bolge
Oxunub: 2 434
24 iy 2018 | 12:01
145 minlik “Rance Rover, saxta diplom, restoran müdiri-Biləsuvar icra başçısı haqda ilginc faktlar











Biləsuvar rayon icra başçısı haqda mediada çox məlumatlar yazılıb. Onun rayonda qurduğu “kiçik xanədan” haqda geniş materiallar dərc edilib. Azerinfo.az-a daxil olan bir məlumat isə artıq başçı Mahir Quliyevin qırmızı xətti keçdiyini deməyə əsas verir.

Korrupsiya halları, pis idarəçilik bir qırağa, icra başçısının övladının bahalı “Rance Rover”-də rayonda “oyun çıxarması” vətəndaşları narazı salır. Halbuki prezident dəfələrlə məmurları belə hallara yol verməməyə çağırıb.

Mahir Quliyevin oğlu 145 minlik avtomobili axı necə alıb. Kim olub Mahir Quliyev icra başçısı olanadək?

Biləsuvar rayon İcra Hakimiyyətinin rəsmi saytından bir link -(http://www.bilesuvar-ih.gov.az/page/20.html). Linkin üstünə vurursan, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Hacı oğlu Quliyevin tərcümeyi-halı açılır. Oxuyursan, adamı dəhşət bürüyür. Niyə? Yaxşısı budur özünüz də oxuyun, dəhşətin səbəbini anlayın. Beləliklə, RİH-in rəsmi saytından oxuyuruq: Mahir Hacı oğlu Quliyev, 28 noyabr 1958-ci ildə Kəlbəcər rayonunda anadan olmuşdur. 2000-ci ildə Bakı şəhərində“Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib. 1975-1976-cı illərdə Kəlbəcər rayon kolxoz tikinti idarəsində fəhlə, 1976-cı ildə “Yenilik” qəzeti mətbəəsində mürəttib, 1976-1977-ci illərdə Kəlbəcər rayon İstehlak cəmiyyətində satıcı, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1980-1981-ci illərdə “Azərnəqliyyat” tikinti trestində usta, 1981-2005-ci illərdə “26 Bakı Komissarı” adına rayonun İctimai iaşə idarəsində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri, 2005-2006-cı illərdə Səbail bələdiyyəsində sədr müavini, 08.09.2006-cı ildən 26.04.2011-ci ilədək Astara rayon İcra Hakimiyyətinin Başçısı vəzifəsində işləmişdir. 26.04.2011-ci il tarixdən Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı vəzifəsində işləyir. YAP-nın bütün qurultaylarında iştirak etmişdir. Evlidir 3 övladı var”. Bu tərcümeyi-haldan da göründüyü kimi, həyatının ən məhsuldar illərində satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən Mahir Quliyevin, icra başçısı olmazdan əvvəlki ən böyük vəzifəsi bələdiyyə sədrinin müavini olub, o da vur-tut 2 il. Yəni dövlət idarəetməsində 1 gün belə işləməmiş bir şəxs, hansısa himayədarın sayəsində icra başçısı kimi mühüm posta təyinat alıb.

Lakin hörmətli Mahir müəllimin (!!!) kafe, restoran biznesindən birbaşa icra başçılığına sıçrayışını da hardasa başa düşmək, “bura Azərbaycandır” deyib, üzərindən keçmək olar.Amma bu adamın heç ali savadı da yoxdur axı! Deyilir ki, “2000-ci ildə Bakı şəhərində “Naxçıvan” universitetinin İnzibati İdarəetmə ixtisasını bitirib”. Yəni 42 yaşında. Bakı şəhərində “Naxçıvan” universiteti… Bu nə universitetdir belə?Azərbaycanda “Naxçıvan” universiteti adlı özəl ali məktəb var, amma bu universitet Bakıda yox, Naxçıvanda yerləşir. Özü də, aşağıda universitetin rəsmi saytından təqdim etdiyimiz “skrinşot”dan da göründüyü kimi, 1999-cu ildə yaradılıb. Bəs elə isə hörmətli icra başçısı, 95 741 nəfərin böyüyü olan Mahir müəllim 42 yaşında hansı universiteti bitirib? Axı Bakıda belə bir universitet olmayıb?! Olubsa da, orda təhsil-tədrisdən başqa nə desən olub ki, indiyə izi-tozu da qalmayıb! Yaxşı, bəs, 47 yaşınadək satıcı, inzibatçı, kafe müdirinin müavini, restoran müdiri işləyən, 42 yaşında “Naxçıvan” adlı donqili “universitetdən” diplom alan bu zat-ı möhtərəm, necə olub ki, böyük bir rayona başçı təyin oluna bilib?

Ardı var
Qarşı tərəfin də mövqeyini dərc eməyə hazırıq.
Bu gün, 13:16
ABŞ də qərarını verdi: “Patriot”lar Ermənistana göndərilir? – Türkiyədən əks-həmlə
Bu gün, 12:49
Toivo Klaar ədaləti yox... xristian həmrəyliyini ÜSTÜN BİLDİ... - FAKT BUDUR!
Bu gün, 12:15
Azərbaycan və Ermənistan parlament sədrləri mayda görüşə bilər
Bu gün, 11:41
Xronika: Türkiyə İrəvandan Zəngəzura Kalininqrad modelinə bənzər xüsusi statusun verilməsini istəyib
Bu gün, 11:00
Pensiya və müavinətlər artırıla bilər - VİDEO
Bu gün, 10:46
Juninyo Fransa klubunda?
Bu gün, 10:32
Ermənistanda “8 kənd” isterikası – Azərbaycan Ordusu “quldurları təmizləyin” əmri gözləyir
Bu gün, 10:21
Azərbaycan Mərkəzi Asiya ilə Avropanı birləşdirən təbii əlaqədir - Hikmət Hacıyev
Bu gün, 10:14
Nağdsız ödənişdən yayınanlar barəsində tədbir görüləcəkmi? - Ekspertlər danışır...
Bu gün, 10:00
Ermənistanda “dövlət içində dövlət” qurulur: Paşinyan erməni separatçıları hərbi əməliyyatla hədələyir
Bu gün, 09:39
Zelenskidən müttəfiqlərə: Yaxın aylarda Rusiyanın hücumu başlayacaq, kömək edin...
Bu gün, 09:17
“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - VİDEO
Bu gün, 09:11
Təhlükəsizlik orqanlarının 105 illiyi ilə bağlı tədbir keçirildi - Fotolar
Bu gün, 09:00
“Crocus City” dəhşəti və Rusiyadakı erməni lobbisi - VİDEO
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"