Sabirabadda sosial yardımın verilməsi sistemi iflic vəziyyətə düşüb
Bolge
Oxunub: 1 592
27 fev 2015 | 16:06
 Sabirabadda sosial yardımın verilməsi sistemi iflic vəziyyətə düşüb

Əhalinin maddi rifahının yüksəldilməsi, sosial müdafiənin daha təminatlı şəkildə təşkili istiqamətində həyata keçirilən islahatlar reallaşdıqca bu sahədə hələ də mövcud olan problemlər ketdikcə daha çox çox çılpaqlığı ilə diqqəti cəlb edir.
Azerinfo.az dia.az-a istinadən xəbər verir ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən Əhalinin Sosial Müdafiə Mərkəzlərində baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Redaksiyamıza daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur.Məlum olduğu kimi bir müddət bundan əvvəl Sabirabad ƏSMM-nin keçmiş rəhbərliyi fəaliyyətində yol verdiyi ciddi nöqsanlara görə tutduğu vəzifədən azad olunmuşdu. Bundan sonra müvəqqəti olaraq mərkəzə rəhbərlik edən digər bir kadrın da bu postda “debütü” heç də uğurlu alınmadı. Nəhayət ki, Sabirabad ƏSMM-yə rəhbərlik Vüsal Talıbova həvalə olundu. Lakin yerli mənbələrin iddialarına görə, aradan ötən müddət ərzində mərkəzin fəaliyyəti əvvəl olduğundan da bərbad hala gətirilib. Məsələn, rayon sakinləri tərəfindən təqdim olunmuş məlumatlarda göstərilir ki, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması üsulu bu gün də Vüsal Talıbov tərəfindən geniş tətbiq edilir. Məhz bu yolla Sabirabad ƏSMM-nin yeni direktoru aztəminatlı vətəndaşların külli miqdarda pul vəsaitlərini mənimsəməkdə davam edir. Daxil olan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, hazırda Sabirabad rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Biz mövzuya dair ötən materiallarda da dəfələrlə vurğulamışıq ki, ölkədə korrupsiyaya qarşı mübarizənin getdikcə daha böyük vüsət alması fonunda ayrı-ayrı məmurların hələ də tam cəzasızlıq şəraitində öz cinayət əməlləri ilə məşğul ola bilmələri onların yuxarı dairələrdə olan güclü himayədarlarının nüfuzundan xəbər verir. Rayondakı mənbələrdən aldığımız məlumatlarda iddia olunur ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda keçirilmiş yoxlamalar zamanı Vüsal Talıbov tərəfindən saxlanılmış əhaliyə məxsus çoxsaylı sosial yardım kartları aşkar edilmşdir. Lakin ƏSMM direktoru nəinki heç bir cəza almamış, hətta vəzifəsindən belə uzaqlaşdırılmamışdır.Xatırlayırsınızsa, bir müddət əvvəl dərc etdiyimiz materiallardan birində biz qeyd etmişdik ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturlarında həyata keçirilən islahatlar artıq öz müsbət nəticələrini verməkdədir. Ən azından bu barədə redaksiyamıza bəzi bölgələrdən daxil olan məlumatlarda xəbərlər yer almağa başlayıb. Bu xüsusda yerlərdən aldığımız məlumatlarda bildirilir ki, nazir Səlim Müslümovun apardığı kadr islahatları nəticəsində əhaliyə ünvanlı sosial yardımların verilməsində indiyə qədər mövcud olan bir çox nöqsanların aradan qalırılacağına ümid yaranıb. Təbii ki, bu proseslər hələlik islahatların yalnız gözləntisində olan digər rayonların sakinlərini də ümidləndirib. Bu xüsusda Sabirabaddan daxil olan məlumatlarda da yerli ƏSMM-nin direktoru Vüsal Talıbovun özbaşınalıqlarına son qoyulması məqsədilə təcili tədbirlərin görülməsi tələbi irəli sürülür. Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan məlumatlar ətrafında müvafiq araşdırmalar aparılacaq və rayon sakinlərinin də böyük narazılıqlarına səbəb olmuş bütün bu məsələlərə tam aydınlıq gətiriləcək.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...