Ağdamda narazılıq var... - "Bunu biz etməmişik, özləri ediblər"
Bolge
Oxunub: 775
28 iy 2018 | 15:00
Ağdamda narazılıq var... - "Bunu biz etməmişik, özləri ediblər"














Ağdam rayonu ərazisində məcburi köçkünlər üçün salınmış Baharlı qəsəbəsinin sakinləri su problemi ilə üzləşiblər.

Yenicag.az xəbər verir ki, Baharlı qəsəbəsinə verilən su xəttini Azərsu təchizatın Sabirabad rayon şöbəsi tenderdə udaraq yeniləyib. Əvvəlki xətt dəmir boru ilə çəkilmişdisə, yeni xətt plastik borularla əvəz edilib. Qəsəbə sakinlərinin sözlərinə görə, bu yenilənmə Baharlını suya həsrət qoyub.

Sakinlərin sözlərinə görə, köhnəldiyi deyilən dəmir boru xətti ilə su demək olar ki, hər həyətə gəlib çatırdı. Ancaq yeni xətt çəkildikdən sonra onlar suyu götürmək üçün krantın altında quyu qazmağa məcbur olublar. Buna səbəb suyun təzyiqinin az olmasıdır.

Araşdırmamız nəticəsində məlum olub ki, suyun təzyiqinin az olmasının səbəbi heç də yeni plastik borular deyil. Məsələ bundadır ki, artezian suyunun çəkilməsi üçün diametri 120 mm olan borulardan istifadə etmək nəzərdə tutulsa da, diametri 80 mm olan borulardan istifadə olunub. Bu isə qəsəbəyə verilən suyun təzyiqinə çox ciddi təsir göstərib. Bundan əlavə, 80 metr dərinlikdə qazılması nəzərdə tutulan artezianlar 40 metr dərinlikdə qazılıb. Beləcə, işi görən qurum dövlət büdcəsindən ayrılan pulun bir qismini borular vasitəsi ilə “cibinə çəkib”.

Artezian quyularının qazılmasını görən şahidlərin bildirdiyinə görə, quyuların 40 metr dayazlaşdırılması ilə yanaşı, borular da köhnə olub. Artezian quyusunun dayazlığı suyun keyfiyyətinə də mənfi təsir göstərib.

Hazırda içməli suyu çətinliklə təmin edən qəsəbə sakinləri həyətlərini suvara bilmirlər. Baharlı sakinləri bildirir ki, havanın isti keçməsi ilə yanaşı, suyun da gəlməməsi həyətlərinə əkdikləri ağac və tərəvəzi məhv edib.

Qəsəbə sakinlərinin səsləndirdiyi ittihamlara Azərsu təchizatın Sabirabad rayon şöbəsinin rəhbəri Bəybala Ağayev cavab verib:

“Layihəyə uyğun işimi görmüşəm. Suyu nizamlayan Ağdam Su Kanal İdarəsidir. Orada əhali verilən sudan suvarma kimi də istifadə edir. Oraya sayğac qoyulsa, hər bir evə su çıxar. Ağdam Su kanal İdarasi guya əhalini nəzərə alıb içməli suya suvarma suyunu da qarışdırıb ki, həyətlərə gələn sudan suvarmada da istifadə edilsin. Baharlı 836 evlik qəsəbədir. Layihədə oranın suvarma sistemi var idi. Lakin onu layihədən kim çıxarıb, kim arxasına keçib bilmirəm. Faktiki olaraq qəsəbəyə suvarma sistemi çəkilməyib. 2006-cı ildə o qəsəbənin su təchizatını biz çəkmişik. Hər bir evə su gedib. Suvarma suyu ilə içməli suyu qarışdırdıqları üçün bu cür problem yaranıb”.

Artezian quyularının borularının satılması iddiasına gəldikdə isə Bəybala Ağayev bunları deyib:

“Vaxtilə orada 16 artezian quyusu qazdıq. Onlardan 14-ü içməli su, ikisi isə suvarma üçün idi. Biz suyu 65 kubmetr həcmində vermişdik. Qəsəbədə suvarma suyu içməli suya qarışmamış, həcmi yoxlamışdıq. Yoxlama zamanı 90 kubmetr həcmində su verirdik. Hər şey suvarma suyunun içməli suya qarışmasından sonra oldu. Layihənin özü də çox pis çəkilib. İşə başlayanda dedim ki, gəlib bu layihəni dəyişim. 2006-cı ildə Baharlıya su çəkəndə layihəni götürüb Bakıya getdim, bir həftə üstündə işləyib bütün çənlərin yerini dəyişdim. Bu dəfə təzə nasos qoyublar. Bunu biz etməmişik, özləri ediblər. Bu, layihədə yox idi. Bizə boru da vermirdilər. Əslində bu düzgün deyildi. Nasos və boru versəydilər, bunu özüm dəyişərdim və belə problem də ortaya çıxmazdı. Suyun verilməsini nizamlamaq olmur. Su kanal idarəsində əlavə işçilər lazımdır ki, işləyə. Ağdam Su kanal idarəsində isə işçinin sayını artırmaq əvəzinə ixtisar ediblər. Ancaq artezian vuranı saxlayıblar ki, suyu vursun. Xəttə nəzarət yoxdur. Artezianların sanitar zonası var. Layihədə bu nəzərdə tutulmamışdı. Dava-qırğınla sanitar zonanı yaratdım. Sanitar zonada adamlar gəzirdi, heyvanlar otlayırdı. Artezianların ətrafında göl qazmışdılar, içində qaz ördək üzürdü. Oradan da su əhaliyə gedirdi. Böyük çətinliklə həmin ərazini hasara aldıra bildim. Layihə nədirsə, ona uyğun işləmişəm”.

Qəsəbə sakinlərinin daha bir şikayəti də toy və yas mərasimləri zamanı daimi suyla təmin edilməməklərilə əlaqədardır. Belə ki, qəsəbədə toy və yas mərasimləri zamanı suyun daimi verilməsi təşkil edildiyi halda, artıq son zamanlar buna da əməl edilmir. Sakinlərin sözlərinə görə, Krantlaşdırma idarəsinin rəhbəri Vüqar Qəhrəmanov bu problemin həllilə bağlı müraciət etsələr də, o qarşılığında vətəndaşlara təhqirlə cavab verib.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...