Tovuzda TSEK sədrindən “bəyənat”
Bolge
Oxunub: 1 504
2 mar 2015 | 11:57
 Tovuzda  TSEK sədrindən “bəyənat”

Adətən eşidib görmüşük ki, bəyənatı rəsmi dövlət qurumları, beynəlxalq təşkilatlar və onların səlahiyyət verdiyi vəzifəli şəxslər səsləndirmək, rəsmi qaydada elan etmək hüququna malik olurlar. Amma, Tovuz TSEK-nın bugünkü sədri də, deyəsən belə bir ixtiyara sahib olmaq eşqinə düşüb. Çünki, həmin qurum haqda işıq üzü görən tənqidi açıqlamalarımızdan, ictimaiyyətin diqqətinə çatdırdığımız bəzi məqamlardan sonra o da bəlli oldu ki, həqiqətən də Arif həkim zaman-zaman “arif” addımlarını atmaqda davam edib. Məsələn, o, sahib olduğu vəzifəyə yiyələndikdən sonra, əksər TSEK-nın sədrlərindən fərqli olaraq, Tovuz avtovağzalında özü üçün “mini filial” da açmışdı. Və həmin “filial”da səlahiyyət sahibliyini, avtovağzalda “dispeçer” vəzifəsini daşıyan Akif adlı şəxsə həvalə etmişdi. Başlıca məqsədi o idi ki, fəaliyyətinin qaranlıq məqamlarını mətbuat səhifələrinə çıxarmaq istəyən KİV nümayəndələrini, Akif adlı şəxsə verdiyi qəpik-quruşla susdura bilsin. Bəli o, bir müddət belə bir istəyinə nail olsa da, amma atdığı sonrakı addımlar zaman keçdikcə əks effekt verməyə başladı. Nəticədə Arif həkim, bir müddət bundan əvvəl fəaliyyətə başlaıyan “mini filial”ının fəaliyyətini “dondurmağa” məcbur oldu.
TSEK sədrinin digər bir addımı isə, əldə etdiyi “qəpik-quruşu” iş otağında deyil, informasiya mərkəzimizə daxil olan məlumatlara görə rayonun Qaraxanbəyli kəndinə gedən yolun kənarındakı kafedə almasıdır. Yəni, Arif həkimin atdığı “arif” addımlardan biri də odur ki, o, aldığı “qəpik-quruşları” komissiya üzvlüyündə çalışan həkimlərdən birinin vasitəsilə əldə edir. Bu haqda kifayət qədər məlumatlara malik olan mənbə onu da bildirir ki, sədr başda olmaqla komissiya üzvləri, arabir “müdrik” addımlarını da atmağı bacarırlar. Məsələn, bir kimsə əllillik statusuna sahib olmaq istəyərsə, mütləq Arif həkimin “bığ”ının altından “keçməyə” məcbur olur və çox keçmir ki, həmin şəxs niyyətini də “çin” etməyi bacarır. Əldə etdiyimiz digər məlumatlara görə, təkcə rayonun Mülkülü kəndində bir neçə nəfər kənd sakini, komissiya üzvlərinin “humanist”liyi sayəsində belə bir ixtiyara sahib olublar.
Maraqlı məqam odur ki, TSEK-nın sədri belə bir məsələlərdə özünü heç cür günahkar hesab etmir və kəskin “bəyənat” verərək “mənim haqqımda yazan hər kəsi, o cümlədən sizi də prokurorluğa verəcəyəm” deməklə, hədə-qorxu gəlməkdən belə çəkinmir. Hətta bu azmış kimi, ona bağlı olduğu (ola bilər ki, qohumu olsun) ehtimal olunan hüquqşunasın da, hüquqi köməkliyindən yararlanmağa çalışır. Amma bilib başa düşmür ki, cənab Səlim Müslümov bu cür “bəyənat”lar verən TSEK-sı sədrlərinin çoxuna, zaman-zaman “yaxşı yol” deyib. Çünki, rəhbərlik etdiyi strukturda maxinasiyaların baş qaldırmasına heç cür imkan verməyən S.Müslümov, bu gün çalışır ki, ona göstərilən etimadı doğrultsun. Bu belə olduğu halda, görəsən Arif həkimin səsləndirdiyi “arif bəyənatlar”a nə ad vermək olar?
Hörmətli oxucular! Növbəti açıqlamamızda sizləri daha müfəssəl məlumatlarla məlumatlandırmağa çalışacağıq.
Elmar
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB