Beyləqandan Bakıya saxta hesabat
Bolge
Oxunub: 1 377
3 mar 2015 | 15:09
Beyləqandan Bakıya saxta hesabat

Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Sadıqovun son bir neçə ildə ölkə mətbuatında barəsində dərc olunan tənqidi materialların sayına görə artıq çoxdan rekord vurduğunu söyləsək, yəqin ki, yanılmarıq. Məlum olduğu kimi bu məmurun öz işində yol verdiyi qanun pozuntuları və müxtəlif özbaşınalıqlar həm ciddiliyi, həm də müxtəlifliyi ilə diqqəti cəlb edir. Mövzuya dair dərc etdiyimiz ötən materiallarda biz artıq qeyd etmişdik ki, Beyləqan RTŞ-nin müdirinə ali təhsil aldığı pedaqoji universiteti bitirmək üçün nə az, nə də çox düz on bir il il tələb olunub. Təbii ki, bu faktın özü artıq T. Sadıqovun ümumilikdə təhsilə hansı münasibət bəsləməsini aşkar nümayiş etdirir. Lakin təəssüflər olsun ki, dörd illik ali təhsil proqramını Tofiq müəllimin belə uzun müddətə başa vurmasına təkcə onun savadsızlığı səbəb olmamışdır. Bu yubanma daha çox başqa, kriminal səbəblərdən baş vermişdir. Belə ki, bir çox mənbələrin təqdim etdikləri məlumatlarda Tofiq Sadıqovun tələbəlik illərində ağır cinayət hadisəsi törətdiyi bildirilir. Belə ki, həmin məlumatlara əsasən tələbə-inşaat dəstəsinin tərkibində Özbəkistan respublikasında olarkən T. Sadıqov digər tələbələrdən birinə onun ölümünə səbəb olmuş xəsarətlər yetirmişdir.Qeyd etdiyimiz kimi, müxtəlif mətbu orqanlarının səhifələrində Beyləqan rayon təhsil sistemində mütəmadi olaraq baş verən ciddi qanun pozuntuları barədə dəfələrlə müxtəlif səpkili tənqidi məqalələr dərc edilmişdir. Təbii ki, bütün bu materialların əsasında ilk növbədə yerli mənbələr tərəfindən təqdim olunan məlumatlar və bu əsasda aparılan jurnalist araşdırmaları durur. Daxil olan məlumatlar isə müxtəlif səpgilidir. Məsələn, bəzi mənbələr iddia edir ki, RTŞ müdiri hər ay məktəb direktorlarından pul yığır. Yığdığı rüşvəti isə hər dəfə icra başçısı Vaqif Abdullayevin adına bağlayır. Məsələn, Tofiq Sadıqov belə bir bəhanə gətirir ki, güya icra başçısı rayonda hansısa bir dövlət əhəmiyyətli binanın tikintisi üçün bütün təşkilat rəhbərlərinin, o cümlədən də onun üzərinə müəyyən məbləğdə pul ödənişi öhdəliyi qoyub. Kütləvi informasiya vasitələrinə müraciət edən rayon sakinləri isə bildirirdilər ki, Tofiq Sadıqov icra başçısı Vaqif Abdullayevin adından istifadə edərək, öz məqsədlərini reallaşdırmağa, daha çox gəlir əldə etməyə hər dəfə müvəffəq ola bilir. Bu müraciət əsasında yayımlanan məlumatlarda qeyd olunur ki, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri müxtəlif məclislərdə dəfələrlə açıq şəkildə Vaqif Abdullayevlə yaxın olduğunu və buna görə də ona heç kimin gücünün çatmadığını bəyan edib.Digər tərəfdən isə, bu yaxınlarda Tofiq Sadıqovun səyləri nəticəsində “Ən yaxşı müəllim””müsabiqəsinin qalibi olmuş Elvin Abbasov adlı “müəllimin” əslində saxta diploma sahib olmasının aşkarlanması və bu xüsusda yaranmış qalmaqal Beyləqan RTŞ müdirinin karyerasında son maxinasiyasaı ola bilər. Məsələ bundadır ki, bir müddət bundan əvvəl Tofiq Sadıqov tərəfindən Azərbaycan Müəllimlər İnistitutun Zaqatala filialından Abbasov Elvin Sevindik oğlunun adına saxta diplom (seriya nömrəsi: 084264, qeydiyyat nömrəsi: 03425) alınmışdır. Bundan sonra isə Elvin Abbasov Prezident İlham Əliyevin 17 dekabr 2014-cü ildə imzaladığı sərəncama əsasən keçirilmiş 2013/2014-cü tədris ilində “Ən yaxşı müəllim””müsabiqəsinə qatılmışdır. Aldığımız məlumatda ən çox diqqəti çəkən məlumat isə bu oldu ki, Elvin Abbasov yenə də Tofiq Sadıqovun və Beyləqan Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Abdullayevin dəstəyi ilə həmin müsabiqənin qalibi də olub. Belə çıxır ki, Tofiq Sadıqovun bu dəfəki maxinasiyası sayəsində artıq birbaşa dövlət başçısının təşəbbüsü ilə keçirilən müsabiqənin nəticələri saxtalaşdırılmışdır. Bu isə razılaşın ki, artıq Təhsil Nazirliyinin göz yuma biləcəyi, sıradan bir özbaşınalıq deyil...

Dia.az
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO
Dünən, 13:15
Paşinyandan Azərbaycanla bağlı qərar
Dünən, 13:10
İlham Əliyev Rusiyada səfərdədir
Dünən, 12:10
Azərbaycanda bu məhsullar ucuzlaşacaq - AÇIQLAMA
Dünən, 12:05
Əhaliyə şad xəbər: Bu müddətdən sonra pensiyalar...
Dünən, 11:05
Hava hücumundan müdafiə bölmələri ilə döyüş atışlı taktiki təlim keçirilib
Dünən, 11:01
ABŞ-nin hərbi bazasına 5 raket atılıb