Şamaxının gerçək başçısı odur... - İTTİHAM
Şamaxı rayon İcra Hakimiyyəti başçısının I müavini Qasım Qasımovun narazılıq yaradan əməlləri tükənmir. Adamın iddiaları vəzifəsi ilə müqayisədə çox böyükdür. İddianın miqyası o qədər böyükdür ki. sanki Qasım müəllim şahənşahlıq iddiasındadır. Bir müddət öncə Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə xüsusi aşbaz belə təyin edən I müavin, xidmətin ən üst mərtəbəsini də bacarır. Məsələ bununla da bitməmişdi. Aşpaza xidməti maşın da təhkim olunmuşdu.
Bu da son deyil. Şamaxı Təhsil şöbəsini fasiləsiz nəzarətində saxlayan Qasım Qasımov, yaxın qohumu Eyvaz Eminalıyevi həmin müəssisəyə rəhbər təyin etdirməklə tam nəzarətə nail olub. Xatırladaq ki, ölkə miqyasında ən iyrənc hadisə - az yaşlı şagirdin öz müəllimindən sinif otağındakı əlaqədən sonra uşaq dünyaya gətirməsi bir o qədər də uzaq tarix deyil. Həmin hadisə belə şərti olaraq “xalaoğlu” adlandırdığımız qohumların istefasını gündəmə gətirmədi.
Oxucuların nəzərinə onu da çatdıraq ki, artıq 5-6 ildir Şamaxı rayon icra hakimiyyətində memar vəzifəsi boşdur. Bu o demək deyil ki. Kremili belə tikən şamaxılı olduğu halda, rayonda memar yoxdur. Əsla belə deyil. Sadəcə Qasım Qasımovun əmrlərinə etirazsız boyun əymək istəyən memar yoxdur. Bir müddət öncə Rüstəm adlı memar iki dəfə bu posta müxtəlif zaman fasilələri ilə təyin edilsə də, lakin işləmə tarixi bir neçə ayla sərhədləndi. Çünki mənbənin bildirdiyinə görə Qasım Qasımovun bu istiqamətdə yeganə “tapşırığı” budur – “Nə istəyirsən yaz və qol çək. Möhürü özüm vuracam.” Möhür sevdalısı olan bu şəxsin əməlləri bununla bitmir.
Artıq illərdir ki, Şamaxı rayonunun 17 məktəbində direktor vəzifəsi boşdur. Yəni vakant elan edilib. Lakin rayondakı mənbədən daxil olan məlumata görə Qasım Qasımov – Eyvaz Eminalıyev cütlüyü həmin məktəblərə direktor əvəzləri “təyin” ediblər. Və bu formalı təyinat məhz bu cütlüyə sərf edir. Çünki həmin “əvəzedicilərin” kresloları tikanlı məftili xatırladır. Yəni hər an yol yaxındır prinsipi. Bundan əlavə adamlar tapşırığı müzakirəsiz icra etməyə məhkum edilirlər və s.
Bir neçə gün öncə ölkə başçısı Qasım Qasımovu “Dövlət Qulluğunda Fərqlənməyə görə” medalı ilə təltif etdi. Biz Qasım müəllimi medala görə təbrik edirik. Lakin onu da düşünürük ki, “Bəxt üzüyü” filimində Moşu Göyəzənlinin uşaqlarının anasının təbirincə desək “Mayıf Qasımın qəstumunun yaxası medal istəyəndə...”
Mövzuya qayıdacağıq.
Redaksiya məlumatda adı çəkilən müəssisə və şəxslərində mövqelərini dərc edə bilər.
Bu gün, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Bu gün, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Bu gün, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Bu gün, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Bu gün, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Bu gün, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Bu gün, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Bu gün, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Bu gün, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Bu gün, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Bu gün, 10:31
“İrana raket hücumu olmayıb”
Bu gün, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Bu gün, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Bu gün, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Bu gün, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Bu gün, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Bu gün, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Bu gün, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Bu gün, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Bu gün, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!