Xızının icra başçısının “qəmlo" taktikası
Bolge
Oxunub: 1 415
4 mar 2015 | 12:27
 Xızının icra başçısının “qəmlo" taktikası


"Mən kənddən çıxan kimi"...Xızının icra başçısı tərəfindən rayonu problemlər içində belədən-beləyə sürükləyən qanunsuz əməllər bitib-tükənmir

Azerinfo.az dia.az-a istinadən xəbər verir ki, bütün strateji sahələrdə geriləmələr var. Yaşıllıqlara hələ də divan tutulur, yüzlərlə hektar qoruq sahələri Xəzər Aslanovun yaxın ətrafı tərəfindən hərraca qoyulub.

Başçının "bazar"ına müavinləri Azər Əlizadə və Arzu Əzizov dura-dura Xızıda sahibkarlıq iddiasında olan heç bir iş adamı iddialı ola bilməz. Buna qəti şəkildə yol verilmir. Belə biabırçılığın davam etməsi rayonda ciddi narazılıqlar yaradıb. Bəzi fikirlərini bizimlə bölüşən oxucularımızın yekdil rəyi isə belədir ki, Azərbaycan dövlətinin rəhbərliyi tərəfindən Xızı rayon rəhbərliyinin qarşısına qoyulmuş vəzifələr yerinə yetirilmir. Bütün bunlar acınacaqlı haldır ki, rayonda bir sıra təcrübəli yerli mütəxəssislərin "vurulması" ilə müşayiət olunur. Yadınızdadırsa, bir müddət öncə icra aparatı başçısının müavini Azər Əlizadənin rayon TKQ-nın rəisi Adil Aldostovu vəzifəsindən kənarlaşdırmasının qəribə tarixçəsi barədə məlumat vermişdik. Qeyd etmişdik ki, Azər müəllim İqtisadi İnkişaf Nazirliyi nümayəndəsinin də iştirakı ilə keçirilən iclasdan az öncə rayon idarə və müəssisə rəhbərlərini bir yerə toplayaraq məsləhət görüb ki, yaxın dostu olan qonağı artıq-əskik suallarla yormasınlar.Lakin telekommunikasiya qovşağının rəisi dilini dinc qoymayıb qonağa söhbət əsnasında sual verib. Bu isə Azər Əlizadəni özündən çıxarıb. İclasdan dərhal sonra rayon TKQ rəisinə "şəpir-şüpürünü yığışdır get" deyib. Təcrübəli rabitə işçisi kimi nəinki Xızıda, eləcə də respublikanın rabitə işçiləri arasında böyük hörmət və izzətlə adı çəkilən rəis başçının müavininin tələblərini yerinə yetirmək məcburiyyətində qalıb. Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Zakir Şıxəliyevin vəzifəsini bir neçə həftə əvvəl tərk etməsi də təxminən oxşar "üslubda" baş verib. Lakin bu dəfə "şəpir-şüpür" sifarişçisi rolunda başçının aqrar sahə üzrə müavini, Xızıda peşə məktəbinin direktoru qismində uzun illər formal tələbələrin təqaüdünə və dövlət vəsaitinə ortaq olmuş tarix müəllimi Arzu Əzizov çıxış edib. Deyilənə görə, şöbə müdirinə Heydər Əliyev Mərkəzinin binasında sındırılmış pəncərə şüşəsinin dəyişdirilməsi tapşırığını verən Arzu müəllim cavabında "qoy kim sındırıbsa, getsin düzəltsin" sözlərini eşidib. Zakir Şıxəliyevin söylədiyi bildirilən bu sözləri başçının müavini siyasi səhv kimi dəyərləndirib. Nəticədə Zakir müəllim tutduğu vəzifəylə vidalaşıb. Halbuki, Arzu Əzizovun özü uzun illər rayonda hakimiyyət partiyasının yorulmaz "tənqidçisi" və qatı müxalifətçi kimi tanınıb. Söylədiyimiz kimi, Xızı rayonunda dövlətə və dövlətçiliyə sədaqətli, yerli əhalinin hörmət və ehtiramını qazanmış kadrlara qarşı misli görünməmiş "yürüş" artıq öz acı "bəhrəsi"ni verməkdədir. Rayon icra aparatında və digər mühüm postlarda icra başçısının kadr "islahatı" sanki məşhur "qəmlo" filmindəki taktikanı xatırladır. Bu xoşagəlməz taktika artıq neçə-neçə xızılı mütəxəssisin başında çatlayıb.
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO