Beyləqanın icra başçısının “əlil, qaçqın və şəhid ailələri” biznesi
Bolge
Oxunub: 1 997
5 mar 2015 | 11:18
 Beyləqanın icra başçısının “əlil, qaçqın və şəhid ailələri” biznesi

Azərbaycan prezidentinin sərəncamına görə, 2014-2018-ci illərdə Azərbaycanda 6 minə yaxın əlil və şəhid ailəsinin mənzillə təmin olunması nəzərdə tutulub.

Bu işlərə isə ölkə mətbuatında 10 milyon manatdan çox vəsaitin ayrıldığı deyilir. Bina tikintiləri əsasən İmişli, Beyləqan, Tərtər və Şamaxı rayonları ərazisində həyata keçiriləcək. Bu işlərin necə və nə qədər şəffaflıqla keçirildiyi, harda nə qədər vəsaitin xərcləndiyi (və ya xərclənmədiyi) barədə dəqiq məlumatımız yoxdur. Azerinfo.az Dia.az-a istinadən xəbər verir ki, Beyləqan İcra Hakimiyyətinə yaxın mənbələrdən daxil olan məlumata görə, rayonun rəhbəri Vaqif Abdullayevin son 3 ildə özünün “şərikləri” ilə birlikdə yuduğu məbləğin həcmi elə 10 milyona bərabərdir. Mənbə V.Abdullayevin əlil, qaçqın və şəhid ailələri üçün nəzərdə tutulan dövlət proqramlarında, sosial təminatın yaxşılaşdırılması üçün nəzərdə tutulan layihələrdə öz əməllərini gerçəkləşdirmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Natiq Məmmədovla da sıx əməkdaşlıq etdiyini qeyd edir. Belə ki, bu ilin fevralında açılışı olmuş Beyləqan və Fizuli rayonları üzrə 37 saylı Tibbi-Sosial Ekspert Komissiyaları (TSEK) yeni inzibati binasının tikintisindən və kənardan alınmış köhnə avadanlıqların “təzə” adı ilə rəsmiləşdirilməsindən “şərik”lərin 1 milyon manatdan çox vəsaiti “yedikləri” iddia olunur. Həmçinin mənbə istər bu TSEK-in, istərsə də digər analoji idarələrin binaları üçün ayrılmış torpaq sahələrin yarıdan çoxunun satıldığını və başqa məqsədlər üçün istifadə edildiyini deyib. 2012-ci ildən bu yana qaçqın və şəhid ailələri üçün nəzərdə tutlan binaların, inşa olunan xüsusi qəsəbələrdəki mənzillərin icra başçısı tərəfindən “öz malı” kimi satıldığını, pulsuz verilməli olan mənzillərə görə şəhid ailələrindən yüksək məbləğin alındığını idida edir. “Kimsə yuxarı şikayət etmir, çünki rayonda hər kəs Vaqif Abdullayevin “toxunulmaz” olduğuna inanır. Əgər onun istədiyi məbləğ ödənilməzsə, o mənzillərə müştəri tapmaq icra başçısı üçün heç də çətin olmayacaq. Bundan başqa, onun və yaxın ətrafının nəzarət etdiyi bir sıra obyektlər rayonda ona loyal olan əlil, qaçqın və şəhid ailələrinin adına rəsmiləşdirilib. Məsələn, özü bir daxmada yaşayan əlilin adına bu rayonda iki və üç mərtəbəli villalar tapa bilərsiniz. Həmin villalarda isə Vaqif Abdullayevə yaxın olan sap-sağlam adamlar yaşaya bilər”, - deyə mənbə vurğulayıb. Mənbə qeyd edib ki, əlil və şəhid ailələrinin 2014-2018-ci illərdə mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulub: “Hazırda bu təbəqələrdən olanlar üçün Beyləqan rayonunda 30-a yaxın 6 mərtəbəli, 54 mənzilli binaların inşaatı gedir. Artıq bir neçə bina tikilib, amma ordakı mənzillərdən yararlanan əlil və şəhid ailələri barmaqla sayılar. O mənzillər dövlət başçısının sərəncamı ilə, dövlət hesabına tikilsə də, icra başçısı həmin mənzilləri özəl şirkətin mənzilləri kimi qeyd olunan kateqoriyadan kənar insanlara, sadəcə pulu çox olan adamlara satır. Əldə etdiyi məbləğdən də nazirlikdə və başqa qurumlarda olan dostları ilə bölüşür”. Mənbə onu da əlavə edib ki, yaxınlarda Beyləqanda açılışı olmuş Veteranlar Parkının da inşasından icra başçısının “gizli hesabına” yüz minlərlə manat vəsait keçib. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə, əlavə məlumatları işıqlandırmağa hazırıq.
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE