Xocavənd icra başçısının fəaliyyətində qaranlıq məqamlar
Bolge
Oxunub: 1 564
5 mar 2015 | 12:55
Xocavənd icra başçısının fəaliyyətində qaranlıq məqamlar

Yəqin çoxları xəbərsizdir ki, ölkənin ən çox vəzifə başında qalan məmuru Xocavənd rayonu icra başçısı Eyvaz Hüseynovdur

Bəli, məhz Eyvaz Hüseynov. Mövzu ilə bağlı ölkə mətbuatında çoxsaylı araşdırmalar aparılıb, hansı nazirin və ya nazir müavininin neçə il vəzifə başında qalması araşdırılıb, amma nədənsə bu zaman diqqətdən qaçıb ki, Eyvaz Hüseynov nə az, nə çox – düz 23 ilə yaxındır ki, Xocavənd rayon icra hakimiyyətinin başçısı postunda əyləşib. Maraqlıdır, bəs Ölkənin ən “stajlı” məmuru olan Eyvaz Hüseynov kimdir? Azerinfo.azbildirir ki, biz bu yazımızda cumhuriyyet.az olaraq onun fəaliyyətində görünməyən və özünün də ciddi-cəhdlə ört-basdır etməyə çalışdığı qaranlıq məqamlara aydınlıq gətirəcəyik. Məlumat üçün bildirək ki, Eyvaz Hüseynov hələ 1992-ci ildə o zaman Milli Məclisin sədri postunu tutan İsa Qəmbər prezidentin səlahiyyətlərini icra edəndə onun sərəncamı ilə Xocavəndə icra başçısı təyin olunub. Ondan sonra Əbülfəz Elçibəy prezident olanda da onu vəzifəsində saxlayıb. Sonrakı illərdə də bu dəyişməz qalıb və beləliklə Eyvaz Hüseynov bu minvalla ölkənin ən uzunömürlü məmuru ünvanını qazanmış olub. Bununla bağlı bir çox xəbər portallarının verdiyi məlumata görə, Eyvaz Hüseynovun siyasi keçmişi kifayət qədər şübhəli məqamlarla zəngindir. Məlumatlarda vurğulanır ki, özünü Qarabağ döyüşçüsü kimi təqdim etməyi xoşlayan Eyvaz Hüseynov əslində müəmmalı hərbi-siyasi oyunların əsas iştirakçılarından biri olub. Belə ki, onun qiyamçı polkovnik Surət Hüseynovla, eləcə də separatçı Ələkrəm Hümbətovla çox sıcaq münasibətlərinin olması haqda təkzibolunmaz məlumatlar var. Elə həmin məlumatlardaca iddia olunur ki, Eyvaz Hüseynovun adı çəkilən dövlət düşmənləri ilə işbirliyi torpaqlarımızın erməni qəsbkarları tərəfindən işğal olunmasında da müəyyən rola malik olub. Hazırda bununla bağlı əməkdaşlarımız ciddi araşdırmalar aparır və həmin araşdırmamızın yekunu olan daha geniş materialı yaxın günlərdə dərc etməyi düşünürük. Hələlik isə digər məqamlara işıq salaq… İcra başçısı yoxsa, qoyun sürülərinin hakimi mütləqi…. Əldə etdiyimiz məlumatlarda daha sonra bildirilir ki, icra başçısı olduğu 22 il ərzində Eyvaz Hüseynov vəzifəsindən istifadə edərək böyük fermerə çevrilib. Bununla bağlı cumhuriyyet.az-ı bilgiləndirən mənbənin sözlərinə görə E.Hüseynovun və qardaşlarının minlərlə qoyun-quzusu, mal-qarası, təsərrüfatı, ilxısı var. Hüseynovların xırda emal sexləri açması haqda da xəbərlər dolaşır. Hazırda bütün diqqətini biznesini genişləndirmək olan icra başçısının rayonu necə idarə etməsinə gəlincə isə bu sahədə durum sözün əsl mənasında bərbaddır. Eyvaz Hüseynov rayonu talamaqla məşğuldur. Belə ki, rayondakı dövlət idarələrini çapıb-talayan Hüseynov heç bir şikayətə, xahişə məhəl qoymur. Əksinə, yaxın adamlarına da şərait yaradır ki, məcburi köçkün taleyi yaşayan insanları ağır şərtlər altında soyub-talasınlar. İddia olunur ki, icra başçısı şəxsən rayondakı dövlət idarələrinə hər ay qeyri-qanuni haqq ödəməyi tapşırıq verib. Faktiki olaraq rayonda korrupsiya, rüşvətxorluq və məmur özbaşınalığı hökm sürür. Xatırladaq ki, Xocavənd rayonu faktiki olaraq işğalçı Ermənistan Ordusunun əlindədir. Eyvaz Hüseynov isə Qarabağda vuruşduğunu əsas gətirərək rayonu “ikinci işğal”a məruz qoyub. Onun varlanmaq ehtirası o qədər alovlanıb ki, hətta böyük saxtakarlıqlara imza atmaqdan belə çəkinmir. Yazımızın növbəti yarımbaşlığında məhz onun bu yaxınlarda həyata keçirdiyi maliyyə maxinasiyası barədədir. Başçının subsidiya oyunu və gün işığına çıxan həqiqətlər… Xocavənddən daxil olan məlumata görə, rayon icra başçısı Eyvaz Hüseynov Kənd Təsərrüfatı naziri Heydər Əsədovla qarşı-qarşıya gəlib. Belə ki, Kənd Təsərrüfatı naziri bir çox rayonlarda taxıl əkilməsi üçün dövlət tərəfindən verilən subsidiya yardımının araşdırılmasına göstəriş verib. Bu rayonlardan biri də Xocavənddir. Məlumata əsasən, Xocavən rayonunda 6280 hektar torpaq sahəsi subsidiya yardımına yazdırılıb. Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə, sənədlərdə qeyd olunan 6280 hektar torpaq sahəsinin təxminən 4 min hektara yaxını rayon icra başçısı Eyvaz Hüseynov və onun müavini, aqrar məsələlər üzrə şöbənin müdiri Rəfael Mustafayev tərəfindən saxta sənədlər əsasında subsidiya yardımı siyahısına salınıb. Məlumatda qeyd olunur ki, artıq uzun illərdir ki, Eyvaz Hüseynov 4 min hektar torpaq sahəsinə subsidiya yazıdırır və hər il bu yolla adı altında dövlət büdcəsindən yüz min manatlarla vəsaiti mənimsədiyi bildirilir. Bu barədə məlumatlı mənbə iddia edir ki, Kənd Təsərrüfatı naziri Heydər Əsədov Xocavənd rayonuna buğda məhsullarının əkini və biçini üçün ayrılmış 500 min manat, həmçinin bu torpaqlarda məhsuldarlığı artırmaq üçün dövlət tərəfindən verilən yarı qiymətinə azot gübrələrinin istifadəsinin araşdırılmasına göstəriş verib. Bu isə icra başçısı Eyvaz Hüseynovu və müavinini çətin vəziyyətə salıb. Məlumatda qeyd olunur ki, Eyvaz Hüseynov müavini ilə əlbir olaraq 4 min hektar torpaq sahəsinə verilən 700 tona yaxın azot gübrəsini müxtəlif şəxslərin əli ilə Beyləqan, Ağcabədi və İmişli bazarlarına satdırıb. Eyvaz Hüseynov niyə bəzi məmurları himayə edir, bəzilərini isə gözümçıxdıya salıb? Rayondan daxil olan informasiya da o da vurğulanır ki, icra başçısı tabeçiliyində olan məmurlara qarşı ayrı-seçkilik siyasəti yürüdür. Belə ki, onun dövlətə və dövlətçiliyə bağlı olan bir sıra məmurlara qarşı əsl müharibə başlatması doğurdan da bəzi şübhələrə yol açır. Bununla bağlı da əlimizdə şok məlumatlar var və yaxın günlərdə diqqətinizə təqdim edəcəyik. Hələlik isə Eyvaz Hüseynovun himayəsi altında rayon səhiyyəsinin necə talanmasının mexanizminə nəzər salaq. Beləliklə , 2005-ci ildə Agcabədi Rayon Prokurorlugunda haqqında ciddi korrupsiypa faktları ilə bağlı cinayət işi açılan və Xocavənd rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynovun hamilik etməsi nəticəsində cəzadan yayınmağı başaran və bundan sonra da Xocavənd Rayon Mərkəzi Xəstəxanının baş həkimi vəzifəsində çalışmaqda davam edən Nurəngiz Bəşirovanın korrupsiya əməlləri ilə tanış olaq. Daxil olan məlumatda bildirilir ki, yenə də Eyvaz Hüsenovun hamiliyi nəticəsində «Tərəqqi» medalına layiq bilinən Nurəngiz Bəşirova Xocavənd səhiyyəsinin ocağını tamamilə söndürüb. Belə ki, rayonda xəstələnən insanlar Nurəngiz Bəşirovanın rəhbərlik etdiyi xəstəxanadan taun xəstəliyindən qaçan insanlar kimi qaçırlar. Bunun səbəbi isə çox sadədir. Xocavənd Mərkəzi Xəstəxanası başda olmaqla rayonun bütün tibb ocaqları xaraba vəziyyətdədir. Buna baxmayaraq heç bir şəraiti və tibb avadanlıqları olmayan xəstəxanalarda həkimlər xəstələrdən elə pul istəyirlər ki, həmin qiymətə Avropanın və Amerikanın özəl klinikalarında belə müalicə olunmaq olar. Elə bu üzdən də xəstələr sakitcə qonşu rayonlara və İrana üz tutmağa üstünlük verirlər. Məlumatda Nurəngiz Bəşirovanın böyük korrupsiya əməllərindən də bəhs olunur. Belə ki, bu il xəstəxanaya 350 min manatdan artıq vəsait ayrılmasına baxmayaraq Mərkəzi Xəstəxanada ən adi bint və yodu belə tapmaq mümkün deyil. Mənbə bildirir ki, icra başçısı Eyvaz Hüseynovla şəxsi münasibətlərinin olmasından yaralanan baş həkim Xocavənd səhiyyəsinə ayrılan bütün maliyyə vəsaitlərini mənimsəməklə Xocavəndin korrupsioner məmurları arasında liderlik edir. Bildirilir ki, özünə məxsus olan firmalar və fiziki şəxslər vasitəsi ilə 200 mindən artıq vəsait baş həkim tərəfindən mənimsənilib. Belə ki, dəftərxana ləvəzimatlarının, bərk və yumşaq inventarların, ərzaq məhsullarının, avtomobil hissələrinin, mətbəə xidmətlərinin və s. satın alınması adı altında Nurəngiz Bəşirova külli-miqdarda vəsaiti silərək nəqdləşdirdiyi iddia olunur. Və sonda… Təbii ki, Xocavənd rayonundan daxil olan şikayətlər o qədər çoxdur ki, bütün məsələləri bir yazıya yerləşdirməyin özü qeyri mümkündür. Odur ki, biz yaxın günlərdə əlimizdə olan faktların araşdırılmasını yekunlaşdırdıqdan sonra mövzuya yenidən qayıdacağıq.
Bu gün, 16:10
Azərbaycan Prezidenti: “İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız var”
Bu gün, 16:00
Başkənd oyunu: Düyməyə basan kimdir? - FAKTLAR
Bu gün, 15:30
Son 5 ayda Azərbaycanla iki mühüm saziş… - Paşinyan
Bu gün, 14:22
Böyük Britaniyanın Ermənistandakı hərbi nümayəndəsi Azərbaycanla sərhəddə... - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 14:00
Cənubi Qafqazda yeni mərhələ başlayır - GƏLİŞMƏ
Bu gün, 13:39
İrandan 4 kəndlə bağlı razılaşmaya - Reaksiya
Bu gün, 12:24
“İranda yaşayan azərbaycanlılar təqib olunur” – ABŞ Dövlət Departamenti nəhayət DİLƏ GƏLDİ
Bu gün, 11:41
Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - RƏSMİ
Bu gün, 11:36
Əvəz Zeynallı ilə bağlı qərar verildi
Bu gün, 11:24
Rusiyanın “5-ci kalon”u Qazaxın 4 kəndi olan ərazini ermənilərin üsyan ocağına çevirməyə çalışır… - “Haykakan Jamanak”
Bu gün, 10:42
Qızıl qiymətlərində son 2 ilin ən böyük GÜNLÜK İTKİSİ
Bu gün, 10:38
Kadırovda ciddi xəstəlik yaranıb?
Bu gün, 10:35
General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
Bu gün, 10:31
Azərbaycanda zəlzələ olub
Bu gün, 10:27
Avro və lirə ucuzlaşdı - Məzənnələr
Bu gün, 10:22
Kəndlərimizdə şou göstərlərin ifşası: Qarabağdan görüntüsü ortaya çıxdı - VİDEO
Bu gün, 10:03
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Bu gün, 09:59
Qırğızıstan prezidenti Ağdama gedəcək
Bu gün, 09:56
Hər şeyə Ərdoğan qərar verir, Qərbin "əl-qolu bağlanıb"
Bu gün, 09:28
Ermənilərin Qarabağa qayıtması real deyil - Paşinyan
Bu gün, 09:20
Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından bir il ötür
Bu gün, 09:10
Paşinyan: Bəzi gizli razılaşmalar hesablanıb
Dünən, 16:00
Sülh müqaviləsi Astanada və ya Tiflisdə bağlana bilər - İNCƏLƏMƏ
Dünən, 15:30
Ruben Vardanyana Nobel mükafatı verilməsi təşəbbüsünün arxasında kim dayanır? - AKTUAL
Dünən, 14:22
Kənlərimizin AZADLIĞI... - həm də buna görə MÜHÜMDÜR!
Dünən, 14:00
Qarabağdan çıxarılan sülhməramlılar birbaşa Ukraynaya göndərilir? - "Bild"
Dünən, 13:19
Şəhərlər Türkiyə bayrağına büründü: 13 ildən sonra KRİTİK SƏFƏR - FOTO