Beyləqanda təhsil adına rəzalət
Bolge
Oxunub: 1 630
14 mar 2015 | 14:45
 Beyləqanda təhsil adına rəzalət

Son illər ölkədə təhsil sisteminin inkişafı ilə bağlı bir sıra önəmli addımlar atılıb, təhsilin müasir tələblər səviyyəsində tərəqqisini təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar yaradan mühüm dövlət proqramları qəbul edilib. Lakin buna baxmayaraq, hələ də bəzi təhsil ocaqları yeniləşməyə, müasirləşməyə meyl göstərmədikləri üçün həm təhsilin səviyyəsinə, həm də maddi-texniki bazanın zənginliyinə görə digərlərindən xeyli geridə qalır. Məsələn, bu gün Beyləqan rayonunda təhsil sisteminin son dərəcə acınacaqlı vəziyyətdə olması yəqin ki, çoxlarına bəllidir.Məhz Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri Tofiq Musa oğlu Sadıqovun işində yol verdiyi ciddi nöqsanlar, həmçinin şəxsi keyfiyyətləri ucbatından son illər rayonda təhsilin səviyyəsi zəifləməkdə davam edir. Əldə etdiyimiz məlumatlara görə, bu gün Beyləqan məktəblərində tədrisdən əsər-əlamət qalmayıb, şagirdlərin dərsə davamiyyəti isə bir xeyli aşağı düşüb. Bu barədə mətbuatda araşdırma xarakterli müxtəlif yazılar dərc olunsa da, Beyləqan Rayon Təhsil Şöbəsinin müdiri nədənsə sadalanan problemləri aradan qaldırmaqda maraqlı görünmür. Görünür, o, kimlərinsə himayəsində olduğu üçün özünə çox arxayındır. Əks halda, rayon təhsilində bazar prinsiplərinin yayılmasına imkan verməzdi...Tofiq Sadıqovun Təhsil Nazirliyinin əmrinə əsasən təqaüd yaşı çatmış müəllimlərin hamısını işdən azad etdiyini deyən mənbənin bildirdiyinə görə, onların yerinə işə götürülməli olan cavan kadrlar isə Beyləqanda süründürməçiliyə məruz qalıblar: "Tofiq Sadıqov yuxarı dairələrdə tanışlarının olmasını az qala camaatın gözünə soxaraq, istədiyini edir. Heç bir müəllimi pulsuz işə götürməyən şöbə müdiri, nazirin əmrini belə, saymır. Rayonun əksər kənd məktəblərində isə müəllim çatışmır. Buna baxmayaraq, Tofiq Sadıqov müəllimləri təmannasız işə götürmək niyyətində görünmür". Əldə etdiyimiz məlumatda o da qeyd olunur ki, Tofiq Sadıqov şəhər 1 saylı orta məktəbdə direktor vəzifəsində çalışarkan belə, ciddi nöqsanlara yol verib: "Beyləqan Rayon Təhsil Şöbəsində hər ay böyük məbləğdə pullar qazanılır. Əgər aidiyyəti qurumlar burada ciddi araşdırma aparsalar, o zaman bir çox mətləblərə aydınlıq gələ bilər. Təkcə rayonun orta məktəblərindəki "attestat məsələsi"lə bağlı yoxlamalar aparmaqla çox şeyi müəyyənləşdirmək olar. Məsələn, şagirdlərin bir qisminin attestat ala bilməmələrinin səbəbini araşdırdıqda bəlli olacaq ki, buna səbəb həmin şagirdlərin valideynlərinin məktəb direktorlarının onlardan tələb etdikləri məbləği verə bilməməsidir".Rayondakı əksər məktəblərdə əsl bazar ab-havasının hökm sürdüyünü deyən mənbənin sözlərinə görə, Tofiq Sadıqov heç kimdən və heç nədən çəkinmədən müxtəlif yollarla imkanlarını artırmağa çalışır: "Müəllimlərin dərs saatlarını kəsərək, öz əlində cəmləşdirən Tofiq Sadıqov həmin saatları məktəb direktorlarına paylayıb, ayın axırında pulunu tələb edir. Məlumdur ki, məktəblərdə fakultativ məşğələlər, sinifdən xaric dərslər əksər yerlərdə keçirilmir. Həmin dərsləri də direktorlar müəllimlərin arasında razılıq əsasında bölür. Təbii ki, həmin puldan rayon təhsil şöbəsinin müdirinə də çatır.Beyləqan təhsili bu gün ən ağrılı günlərini yaşayır. Onu bu vəziyyətdən çıxarmaq üçün mütləq köklü islahatlar aparmaq, eyni zamanda Tofiq Sadıqovun əməllərinə hüquqi qiymət verilməsi lazımdır.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi