Binəqədinin icra başçısına şok ittihamlar
Bolge
Oxunub: 1 556
17 mar 2015 | 14:41
 Binəqədinin icra başçısına şok ittihamlar

Binəqədinin icra başçısı Xaləddin İsgəndərov rayonun tikinti və digər sahələr üzrə məsul olan məmurlarını səlahiyyətlərindən rəsmən təcrid edib. Bu sözləri "Gündəm Xəbər" qəzetinə rayon məmurlarından biri deyib. Onun sözlərinə görə, icra başçısı hətta təsərrüfat şöbəsinin (memar) müdiri başda olmaqla, İcra Hakimiyyətinin bütün məsul vəzifə sahiblərinə hələ təyinatının ilk həftəsində xəbərdarlıq edib: «İcra başçısı toplantı keçirərək, tabeliyindəki hər kəsə «Hamı rəsmi öz işi ilə məşğul olsun. Və onu da bilin ki, əvvəlki kimi heç kim tikinti işlərinə müdaxilə edə bilməyəcək. Bu haqda 1-ci müavinim və təsərrüfat şöbəsinin müdirinə lazımı tapşırıq verilib. Əgər kiminsə tikinti işlərinə müdaxilə etməsi, kiminləsə sövdələşməsi xəbəri ortaya çıxarsa, o, vəzifəsini itirəcək. Və ən maraqlı proseslərdə bundan sonra başlayıb. Hər şeyi bir neçə ay əvvəl vəzifəsindən müəmmalı şəkildə qovulan 1-ci müavin Qəzənfər Novruzova həvalə edən icra başçısı sonradan yanıldığını fərq etdi. Hakimiyyətdə müəyyən nüfuz sahibi olanlara bağlı olan Qəzənfər Novruzov isə Xaləddin İsgəndərov və rayonda tikinti işlərini kurasiya edən dəstənin təzyiqlərindən çəkinərək, şifahi və rəsmi xəbərdarlıq etmədən vəzifəsini icrasından yayınaraq bir müddət yoxa çıxdı».

Bizi məlumatlandıran mənbə deyir ki, icra başçısı təxminən 15 gün 1-cü müavinin axtarışı ilə məşğul olmaqla yanaşı, ona həvalə etdiyi işləri təftiş etdirib. Bu zaman özünü sığortalamaq üçün icra başçısı Qəzənfər Novruzovun rayonda aparılan təmir və abadlıq işlərindən 2 (iki milyon) manatdan çox vəsaiti mənimsəməsi iddiasını irəli sürdü. Hətta o, bir ara Qəzənfər Novruzovu tutdurmağa da cəhd etdi. Ancaq bunu bacarmadı».

Müsahibimizin sözlərinə görə, Qəzənfər Novruzovdan sonra təmir-tikinti, abadlıq işlərinə nəzarəti gücləndirən icra başçısı icranın vəzifəli şəxslərini, Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəhbərliyini, bələdiyyə və ərazi icra nümayəndələrinə qədər hamını prosesdən təcrid edib: «Xaləddin İsgəndərov rəsmi qurumlar və onların rəhbərlərini rayonda zonalar üzrə qeyri-rəsmi hegemon statusu yiyələnmiş dəstəyə tabe olmağa məcbur elədi. Təsəvvür edin ki, bununla da rayonda qəsəbə və küçələrdən ibarət zonalar üzrə qeyri-rəsmi statuslu həmin adamların razılığı olmadan rayonun rəsmi şəxsləri daşı-daş üstə qoymaq və qoydurmaq səlahiyyətindən məhrum ediliblər. Baxın, bunu dəqiqləşdirmək çox sadədir. Siz Binəqədidə əgər ev tikmək istəyirsinizsə, bunu dəqiqləşdirməniz çox asan olacaq. Belə ki, rəsmi vəzifə sahiblərinə tikinti üçün müraciət edildikdə, onlar sizi birbaşa həmin qeyri-rəsmi adamlara yönəldilməyə başlayacaq. İş o yerə çatıb ki, rəsmi şəxslər ancaq ancaq söküntü işlərinə indeksləşdirilib. Yəni hər hansı bir söküntü ilə bağlı qərar verilərsə, rəsmilər orada peyda olur. Özü də qeyri-rəsmi dəstə başçısının tapşırığı ilə».

Tikinti işlərinə gəldikdə isə Rayon İcra Hakimiyyəti, qəsəbə icra nümayəndəliyi və bələdiyyə sədrləri vətəndaşı birbaşa rayonda qeyri-rəsmi fəaliyyət göstərən və cəmiyyət üçün hələ də kimlikləri qapalı saxlanılan şəxslərin üzərinə yönəldirlər: «Həmin qeyri-rəsmi şəxslər isə «salfetka»lara istədiyi «qiymət» yazaraq, iş aparanlara təqdim edirlər. Rüşvəti verməyən isə daşı daş üstə qoya bilməz. Hətta torpaq sahəsinin şəhadətnaməsi, tikintinin layihəsi olsa belə, həmin qeyri-rəsmi şəxslərin razılığı olmadan tikinti aparıla bilməz. Elə bir müddət əvvəl Binəqədidə bir generalın başına açılan oyun da bunu təsdiqləyir».

Müsahibimiz deyir ki, yaşanan xoşagəlməz hadisələrlə bağlı Xaləddin İsgəndərovun özü də açıq şəkildə çarəsiz olduğunu gizlətmir: «Görünür, qeyri-rəsmi statusda olan həmin şəxslərin topladığı «xərac»dan icra başçısına aylıq hesab verilir. Və bu səbəbdən də o, tikinti proseslərinə müdaxilə etmək səlahiyyətindən məhrum edilib. Sanki icra başçısı daxil, məmurlar həmin dəstənin girovudurlar. Təsəvvür edin ki, indi Binəqədi rayonunda ərazidən asılı olaraq birmərtəbəli evlər üçün 5-10, ikimərtəbəli evlər üçün isə 10-20 min manat arası rüşvət tələb olunur. Bu «süzgəc»dən keçə bilməyən isə tikinti apara bilməz».

Sonda mənbə onu da deyib ki, Xaləddin İsgəndərovun tabeliyində olan məmurların digər işi isə rayonun hər hansı bir ərazisində tikinti işlərinin aparılmasından dərhal xəbər tutmaq üçün «Agentura şəbəkəsi» formalaşdırmaqdan ibarətdir: «Məmurlar bu şəbəkə vasitəsilə rayonun hər bir qarışındakı tikinti prosesini yaxından izləyir və «haqqı verilməyən» tikinti haqda dərhal məlumatlandırılır. Həmin məlumat qeyri-rəsmi dəstəyə çatdırılır. Və verilən qərara əsasən, gün ərzində qəti tədbirlər həyata keçirilir».

Müsahibimiz deyir ki, məhəllələr üzrə bir-birindən xəbərsiz bir neçə «agent» saxlayan Xaləddin İsgəndərov və ona bağlı olan qeyri-rəsmi dəstə hər bir qanunsuz tikinti zənginə pul verirlər: «Həmin şəbəkəyə daxil olanlar qanunsuz tikinti haqda məmurları məlumatlandırdığı halda, 20 manat pul alır. Yəni hər bir «vızıv»ın qiyməti 20 manatdır. Bəli, Xaləddin İsgəndərov rayon camaatını belə çirkin vasitəyə də alət edib. Ona görə də məmurlar qorxularından kimlərəsə himayədarlıq edib, özbaşına tikinti apara bilmirlər».

Müsahibimiz onu da deyir ki, X.İsgəndərov rayonda idmançı dəstələr də saxlayır: “Onun idmançı dəstələri rayonda aparılan qanuni və qanunsuz tiklilər zamanı “hesab yığan” adamlarının cangüdənləri kimi çıxış edirlər. Eyni zamanda, həmin idmançılar bəzən tikinti aparan şəxsləri döyməyə məsul edilirlər: “Onların döydükləri elə ailələr olub ki, qorxularından səslərini çıxara bilmirlər. Çünki bu adamlar döyməklə yetinmirlər, eyni zamanda, döydüklərini polisə verərək, guya qanunsuz tikili aparmaqla cinayətə yol verdikləri ilə qorxudurlar. Savadsız insanlar da döyülmə ilə aldıqları xəsarətlərə rəğmən, faktla bağlı şikayət etməkdən çəkinirlər. Bu isə həmin qoçuların daha da qudurğan hərəkətlər etməsinə rəvac verir...”.
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...