Gədəbəydə Ramiz həkimin əmmaları
Bolge
Oxunub: 2 011
23 iy 2014 | 11:25
Gədəbəydə Ramiz həkimin əmmaları


Gədəbəyin MRX-da xəstələr Ramiz həkimin diqtəsi ilə soyulurlar.
O, isə sadalanan iradları qəbul etmir və hər işin öz axarınca getdiyini bildirir.
Görəsən, onun danışdıqları həqiqətdir, yoxsa cəfəngiyyat.


Hələ bir müddət bundan əvvəl, Gədəbəy rayon Mərkəzi Xəstəxanasında baş həkim vəzifəsini daşıyan Ramiz Pirverdiyevin qol qoyduğu qanunsuzluqlar barədə məlumatları informasiya mərkəzimizə təqdim edən mənbə bildirirdi ki, o, ona verilmiş səlahiyyətlərdən geninə-boluna yararlanaraq minbir hoqqalara qol qoymaqda davam edir. Onun iş başındakı həngamələri qalsın bir yana, məni nazirliyə çağırıblar adı altında tez-tez Bakıya gəlməsinin də, sən demə özəl səbəbləri olurmuş. Bu haqda həm bəzi KİV dərc olunan açıqlamalar, həm də yerli mənbənin verdiyi məlumatlar, bizim xeyli məlumatlara malikik olmağımıza səbəb olur.
Ramiz həkimin qol qoydugu əməllər barədə məlumatları informasiya mərkəzimizə çatdıran mənbə qeyd edir ki, bu gün mərkəzi xəstaxanadakı idarəçilik sanki müstəbid bir idarəçiliyə oxşayır. Yəni, baş həkim nəyi necə düşünürsə, idarəçiliyi də həmin qaydada həyata keçirir. Məsələn, həkim kollektivinin, tibb bacılarının və digər texniki işçilərin günün hansı saatlarına qədər iş başında olmalarını tənzimləyən qanunun mövcud olmasına baxmayaraq, baş həkim qanunun bu tələbini heç vecinə belə almır və hər işi bildiyi qaydada müəyyən edir. Elə ki, kollektiv üzvündən bir kimsə üzürsüz səbəbə görə işə gəlmədi, vay həmin kəsin halına! Dərhal, Ramiz həkimin əksəriyyəti zinhara gətirən cəza maşını işə düşür. Yəni, tabeçiliyində olanlara xoşagəlməz ifadələr işlətməsi qalsın bir yana, hətta onların aldıqları əmək haqlarının müəyyən hissəsinə də göz dikməsi, heç bir əndazəyə sığası məsələ olmur.
Mənbə onu da bildirir ki, bəlkə də Gədəbəy MRX-nın tarixində Raiz həkim kimi pula, vara-dövlətə həris ikinci bir vəzifə sahibi olmayıb. Elə bu səbəbdəndir ki, hal-hazırda xəstəxananın ştat cədvəlində neçə-neçə ölü canlar var ki, onların da əmək haqları, hər ay baş həkim tərəfindən həzmi-rabedən keçirililir. Bu haqda xəstəxanada çalışan və adının çəkilməsini istəməyən qadın həkimlərdən biri bildirir ki, belə ölü canları daha çox tibb bacısı işləyənlər təşkil edirlər. Onlar da baş həkimin dobro deməsindən sonra iş üzü tanımırlar və bankomat kartları da Ramiz həkimin cibində yuxulayır. Həmin qadın həkimin bildirdiyinə görə, belə tibb bacılarının sayı təqribən 12-13 nəfərə yaxındır.
Bundan əlavə onun daha çox diqqəti cəlbedən başqa bir marağı da var ki, o da mümkün qədər daha çox texniki işçilərin adlarını ştat cədvəlində saxlamaq və hər ay külli miqdarda var-dövlət əldə etməkdir. Xəstəxanadakı mövcud ab-hava da, xoşagəlməz durumdadır. Məsələn, xəstələrə verilməli olan ərzaq məhsulları, sanki kimlərinsə gözünə kül ufürmək xatirinə verilir. Dərman preparatlarının taleyi haqda danışsaq isə, yəqin ki əksəriyyət sətəlcəm olar. Gədəbəydə Ramiz həkimin əmmalarıÇünki, xəstələrə nə lazımınca dərman preparatları verilir, nə də ki, digər təminolunmalar ödənilir. Xəstəxanaya mebel dəstləri, texniki avadanlıqlar və digər ləvazimatlar alınarkən, dövlətin verdiyi vəsaitin çox hissəsi, Ramiz həkimin süzgəcindən keçirilir və qısa zaman kəsiyində də havaya sovurulur. Təəssüf doğuran hal odur ki, bu gün təkcə mərkəzi xəstəxananın balansında olan nəqliyyat vasitələrindən deyil, həmçinin digər səhiyyə ocaqlarında olan nəqliyyat vasitələrindən də, bəzi vəzifə sahibləri gecə-gündüz şəxsi məqsədləri üçün istifadə edirlər. Dövlətin vermiş olduğu yanacagın, sürtkü yağlarının, saysız-hesabsız avadanlıqların altından girib üstündən çıxmaq isə, artıq Ramiz həkimin çoxdan adət etdiyi vərdişə çevrilib. Xəstəxanaya üz tutan xəstələrin baş həkimin müəllifi olduğu konstitusiya əsasında soyulmaları da, bu gün tam əksəriyyətin müzakirə etdiyi mövzulardan birinə çevrilib. Bundan əlavə, səhhətində müəyyən problemi olan xəstələrin tibbi müavinət almalarında da, Ramiz həkim müstəsna rola malik olur.
Ümumiyyətlə baş həkimin bugünkü idarəçiliyi, sanki Gədəbəy səhiyyəsi üçün qara bir ləkədir. Çünki açıq-aydın görünür ki, o, böyük bir səhiyyə ocağında əməlli-başlıca at oynatmaqdadır. Onu da qeyd edək ki, bizim dediyimiz at heç də, nə Koroğlunun Qıratıdır, nə də ki, Düratıdır. Bu at tamam başqa bir atdır ki, onun da önündə hələ ki, cənab Ramiz doxtur öz xodu ilə getməkdədir.
Elə ki, müxtəlif yollarla eşitdiklərimiz və xəstəxanadaxili mənbənin verdiyi məlumatlar əsasında bir çox məsələlərdən agah oluruq və qol qoyulan qanunsuzluqlar haqda baş həkimə sual verib cavab əldə etmək istəyirik, dərhal o, daş atıb başını tutur ki, sizin danışdıqlarınızın hamısı şərdi-böhtandır deyir. Mənim rəhbərlik etdiyim xəstəxanada heç bir qanunsuzluq filan yoxdur. Bərəkallah, təki siz deyən olsun cənab baş həkim! Düzdür, Ramiz həkim həmişə çalışır ki, sudan duru çıxsın, hansısa mənimsəmədə, hansısa maxinasiyalarda adı hallanmasın. Amma, fakt budur ki, bu gün Gədəbəy MRX-nın adı çəkiləndə əksəriyyət həm vəlvələyə, həm də zəlzələyə düşür.
Xəstəxananın giriş hissəsində inşa olunan və Ramiz həkimə məxsus olduğu bildirilən yeməkxanada satılan ərzaq malları haqda da, hələ ki, geninə-boluna danışmırıq. Danışacağımız bircə o olacaq ki, həmin yeməkxanada rus arağı adı ilə satılan spirtli içkilərin aksız markası yoxdur və belə bir halın varlığı da onu sübut etməyə əsas verir ki, satılan spirtli içkilər respublikamıza qaçaqmalçılıq yolu ilə gətirilir. Bu da açıq-aydın vergidən yayınmaq, eyni zamanda dövlətə vergi, vətənə sevgi anlayışına xəyanət etməkdən başqa bir şey olmur.
Bundan əlavə, mərkəzi xəstəxananın bir neçə il bundan əvvəl inşa olunub istifadəyə verilməsinə baxmayaraq, artıq bəzi otaqlarda xoşagəlməz görkəm yaranmaqdadır. Belə bir halın əmələ gəlməsinin müəyyən səbəbləri var ki, bunu da yəqin ki, Ramiz həkim çox gözəl bilir. Xəstəxanaya, xüsusilə də doğum şöbəsinə ayaq basan hər kəsin isə, ilan qabığı kimi soyulmaları artıq müdhiş həddə çatıb.
Bütün bunlar Ramiz həkimin idarəçiliyinin görünən tərəflərdir ki, bunu da hər kəs görür, diqqətlə anlayır. Əslində idarəçiliyin belə bir qaydada həyata keçirilməsi, Azərbaycan səhiyyəsinə düşünülmüş şəkildə vurulan zərbədən başqa bir şey deyil.
Növbəti açıqlamamızda Ramiz həkimin sahib olduğu əmlakın dəyərindən, aylıq gəlirindən və digər maxinasiyalarından bəhs edəcəyik.

Elmar

Gədəbəydə Ramiz həkimin əmmaları
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...