Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov tərifəlayiq icra başçı deyildir
Bolge
Oxunub: 1 600
15 noy 2018 | 10:22
Hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov tərifəlayiq icra başçı deyildir















Qusar rayon sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu Qaynar xətt az xəbərlər portalının təsisçisi və baş redaktoru Ruslan Nəbibəyliyə öz iradını Siam.az saytı vasitəsilə müraciət etmişdir:

Hörmətli Ruslan müəllim !

Rəhbərlik etdiyiniz Qaynar xətt az saytında 17.10.2018-ci il tarixdə dərc edilərək, geniş oxucu kütləsinə çatdırdığınız, Qusar RİHB-sı Şair Alxasov barəsində yazılmış, hətta onu Peyğəmbərə bərabər tutulması barədə, müəllifi məlum olmayan vətəndaş tərəfindən saytınıza göndərilərək dərc edilmiş, " Tanrı qismətindən yazılanömür-icra başçısı Şair Alxasov... "sərlövhəli, həqiqəti əks etdirməyən yazını oxuduqdan sonra çox məyus oldum və öz-özümə dedim :
Vətəndaşların yaşayış evlərini məhkəmənin qərarı olmadan sökdürərək, bütün əmlaklarını qəsdən məhv etməklə, cinayət tərkibli hərəkət edən Qusar RİHB-sı Şair Alxasovu tərifləyən Qusar rayon vətəndaşı kimdir ?
12 noyabr 2018-ci il tarixdə Qusar RİHB-sı Şair Alxasovun fəaliyyətini tərifləyərək, az qala peyğəmbərə bərabər tutulması barədə yazı ilə tanış olduqdan sonra, Qaynar xətt az xəbərlər portalın təsisçisi və baş redaktoru Ruslan Nəbibəyli cənabları ilə telefon əlaqəsi yaratmaqla, həmin yazını oxuduqdan sonra çox məyus olmağım barədə ona öz narazılığımı bildirdim.
Mən bir qusar sakini kimi hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov həmin yazıda qeyd edildiyi qədər, peyğəmbərə bərabər tutula biləcək icra başçı deyildir.


Qusar RİHB-sı Şair Alxasov Qusar rayonun Samur qəsəbəsi ərazisində 1992-1993-cü illərdə əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdirdiyim yaşayış evimi 02.06.2010-cu il tarixdə məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, söküntü vaxtı iştirakım təmin olunmadan, heç bir əsas-səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə ekskavatorla sökdürərək, bütün əmlakımı qəsdən məhv etdirməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulumun oğurlanmasına şərait yaratmaqla cinayət tərkibli hərəkətin baş verməsinə şərait yaratmışdır.


Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələb etdikdə isə, o, öz nüfuzundan, vəzifə səlahiyyətlərindən sui istifadə etməklə, Qusar rayonun sabiq prokuroru Zahid Vəliyev cənablarına qanunsuz tapşırıq verməklə, zərərçəkiş vətəndaşın pozulmuş hüquqlarının bərpası əvəzinə, zərərçəkiş vətəndaş barəsində suni ittihamlar yaratmaqla cinayət işi başladaraq materialları Qusar rayon məhkəməsinə göndərmişdir.

3il ərzində yüzlərlə lüzumsuz məhkəmə baxışından sonra, Qusar rayon məhkəməsinin 11 iyul 2013-cü il tarixli hökmü ilə mənə bəraət verilmiş, həmin hökm yuxarı instansiya məhkəmələri müvfiq qərarları ilə öz qüvvəsində saxlanılmaqla, Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə organlarını qanunsuz hərəkətləri barədə mövcud qanunvericiliyə əsasən, Maliyyə Nazirliyi vasitəsilə, Azərbaycan Respublikasının Dövlət büdcəsindən mənə qanunsuz olaraq vurulmuş madd-mənəvi zərərə görə 1700 manat məbləğində vəsait təzminat şəklində ödənilmişdir.

Qusar RİHB-sı Şair Alxasov başçı təyin edilən vaxtdan 9-10 il keçməsinə baxmayaraq, Qusar rayonunda abadlıq-quruculuq işləri ilə məşğul olmamış, rayon vətəndaşları ilə təvəzökar davranmamış, rayonun işsiz əhalisinin işlə təmin edilməsi məqsədilə rayona investisiya cəlb edə bilməmiş, rayonda mövcud parklarda, uşaqların istirahət-əyləncə üçün ayrilmış torpaq sahələrdə, hətta qəbristanlıq torpaqlarında kommersiya təyinatlı obyektlərin tikintisinə razılıq vermiş, rayonda mövcud strateji torpaq sahələri özünə yaxın, öz qohum-qardaşların adlarına özəlləşdirməyə müvəffəq olmuş, mövcud meşə fondunun torpaqlarını qanunsuz satılmasına göz yummuş, Azərbaycan Respublikasının prezdenti, hörmətli İlham Əliyev cənabları tərəfindən ünvanlı olaraq Qusar rayonun abadlaşdırılması məqsədilə buraxılmış milyonlarla vəsaiti səmərəli xərcləməmiş, hətta, yeyinti hallarına yol verməklə, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olmaqla, öz biznesinin həcminin genişləndirilməsi ilə məşğul olmuşdur.

İnformasiyanın doğru, ya da yalan olmasına şübhə ilə yanaşmağıma baxmayaraq, Qusarlıların deməsinə görə, hal-hazıra qədər Qusar RİHB-sı Şair Alxasovun qanunsuz hərəkətlərini müdafiə edərək, ona hərtərəfli dəstək verən vəzifəli şəxs Prezdent Administrasiyasının rəhbəri, hörmətli Ramiz Mehdiyev cənablarının adı, vəzifəsi mənə məlum olmayan kürəkəni hesb edilir.

Qusar şəhər sakini kimi hesab edirəm ki, qanunsuz yollarla Dövlətimizin büdcə vəsaitlərini gizlincə talayaraq, özlərinə imarətlər tikərək, cah-cəlal yaradan. rayon camaatı ilə təvəzökar davranmayan, işsiz rayon camaatın işlə təmin edilməsi məqsədilə heç bir təşəbbüs göstərməyən, rayona investisiya cəlb etmək bacarığına malik olmayan, savadsız, qanunsuz olaraq kommersiya fəaliyyəti ilə məşğul olaraq zənginləşmiş, Azərbaycan Respublikasının Prezdenti, hörmətli İlham Əliyev cənabları tərəfindən rayona ünvanlı olaraq buraxdığı milyonlarla vəsaiti səmərəli xərcləməyərək, hətta, külli miqdarda vəsaitin mənimsənilməsi ilə məşğul olmuş Qusar RİHB-sı Şair Alxasov və qanunsuz hərəkət etməkə zənginləşmiş digər icra başçıların fəaliyyəti audit olunmaqla, həmin vəzifəli şəxlər tərəfindən mənimsənilmiş vəsait Dövlət nəfinə mədaxil edilməklə, onlar barəsində cinayət işlərin başlanılması barədə qərarlar qəbul edilməlidir.

Yuxaröda qeyd etdiklərimi nəzərə alaraq, bir daha Qusar şəhər sakini kimi hesab edirəm ki, Qusar RİHB-sı Şair Alxasov 17.10 2018-ci il tarixdə Qaynar xətt az saytında tərifləndiyi qədər alicənab, tərifəlayiq, savadlı, öz vətəndaşları ilə təvəzökar davranan , rayon camaatı arasında böyük hörməti , nüfuza malik olan, az qala Peyğəmbərə bərabər tutula bilən icra başçı deyildir.

Qeyd : Məlumat prezdent administrasiyasına və KİV-nə göndərilir.

Qusar rayon sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu. əlaqə : 070 710 18 21
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?
Dünən, 09:00
İsrail zərbə endirdi: İranda partlayış, ABŞ isə...
18-04-2024, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
18-04-2024, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
18-04-2024, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
18-04-2024, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
18-04-2024, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
18-04-2024, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE