Əliyev İH-lərdə sədaqətli komanda formalaşdırır: Ağcabədi şefi yol üstə...
Bolge
Oxunub: 544
19 noy 2018 | 11:30
Əliyev İH-lərdə sədaqətli komanda formalaşdırır: Ağcabədi şefi yol üstə...














Ağcabədi RİH başçısı Şahin Məmmədov yola salınacaq məmurlar arasında adı keçir

Cahan.info dia.az-a istinadla xəbər verir ki, Beyləqandan sonra növbə bu rayona çatıb.

Prezident gənclərdən təşəkkül tapan və sədaqətli komanda formalaşdırır. Ona büdcə pullarını hava sovuran, mərkəzə tabe olmayan məmurlar lazımsızlaşır. Bu icra hakimləri yerlərdə vətəndaşları ayağa qaldırırlar, sakinləri intihara çatdırırlar.

Artıq birbaşa prezident İlham Əliyevlə işləyən, enerjili gənc kadrlar vəzifələrə çəkilir. Səbayel və Şamaxıya təyinatlar bunun bariz nümunələridir. İ.Əliyev qocalmış, əli qırışlı, internetdən bixəbər, sovet nomenklaturasından qalan məmurlarla vidalaşır.

Onların fəaliyyəti köhnə rüşvət mexanizmi üzərində qurulub. Bu da əyalətlərdə yerli hakimiyyətlərə olan inamı sarsıdıb. İnsanlar prezidentin təyin etdiyi bir çox İH-lərdən narazılıq edirdilər. Onlardan biri Ağcabədinin icra başçısı Şahin Məmmədovdur.

Ş.Məmmədov çoxdan yola salınmalıydı. Lakin bəzi güclər onun gedişini əngəlləyirdi. İlin sonuna qədər vəzifəsini itirəcək bir sıra İH başçıları arasında onun da olduğu deyilir.

Ş.Məmmədovdan Gədəbəyin keçmiş başçısı kimi yol verdiyi maxinasiyaların haqq-hesabı soruşula bilər. Bundan qabaq PA rəhbərinin iclasında Ş.Məmmədova xəbərdarlıq edilib.

PA rəhbəri yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə, xüsusən də məhkəmə sədrlərinə sərt xəbərdarlıq edib.
R.Mehdiyev onlardan işə məsuliyyəti artırmağı, rüşvət hallarına son qoymağı, vətəndaşlarla sıx işləməyi, problemləri yerində həll etməyi tələb edib.

Ş.Məmmədov haqda müxtəlif şikayət və kompromatlar PA-ya göndərilib. Üstəgəl, onun rayondakı talançılığı, büdcə pullarını mənimsəməsi, biznes şəbəkəsi qovluğa tikilib. İcra başçısının dotasiyasının da kəsildiyi deyilir.

Şahin Məmmədov Ağcabədi rayonunun Sarcalı kəndinə məxsus olan 3 min hektar qış otlaq sahəsinin təyinatı dəyişdirərək camaatdan alıb hansısa şirkətə satıb.

Ş.Məmmədov belə güman edir ki, o bütün Ağcabədini sata bilər. Ağcabədi rayonun Kəbirli kəndindən də 2800 hektar torpaq satıb.Şahin abadlıq üçün ayrılan pulları mənimsəmişdir.

Abadlıq işlərini sahibkarlara, mağaza sahiblərinə, idarə və təşkilatlara, məktəblərə, xəstəxanalara və s. gördürərək Prezident tərəfindən milyonlarla ayrılmış pulları mənimsəmişdir.

2013-cü ildə Ağcabədi rayon İcra Hakimiyyətinin fondundan saxta tender yolu ilə külli miqdarda pullar mənimsənilmiş və ayrı-ayrı kənd icra nümayəndələrinə saxta sənədlər tərtib etdirmişdir. Şahin Məmmədov vəzifəsindən istifadə edərək Ağcabədidə, Bərdədə və Gəncədə pay torpaqlarında böyük evlər tikdirib.

Cahan.info xəbər verir ki, onun adı MTN işində də hallanıb. Şahin Məmmədovun iş prinsipinə uyğun olaraq, torpaq icarədarları olan hüquqi və fiziki şəxsləri müəyyən yollarla torpaq icarələrindən imtina etdirərək, iri fermer təsərrüfatı yaradılması qət edilmişdir.

1. Ağcabədi rayonu ərazisində layihənin həyata keçirildiyi ünvan:Ağcabədi rayonu Dəlləkli Muğanlı kəndi.
2. Layihənin məqsədi:İri fermer təsərrüfatı.
3. Həcmi və ya gücü 1600 ha.
4. Layihə üzrə yeni iş yerlərinin sayı:53.
5. Layihənin icra vəziyyəti: İstifadəyə verilib. Bütün bunlar yaradılan iş yerlərindən çox ləğv olunan iş yerləri üstünlük təşkil edir.

Bütün bunlar MKT adlanan pambıq zavodunun güya ki, daxilində yaradılmışdır. Bunun da başında Eldəniz Quliyev və yerdəki rəhbəri onun qardaşı Azər Quliyevdir. Azər Quliyev vaxtı ilə MTN-də məlum məsələlərə görə vurulmuş şəxsdir.

Müavinləri də onun gedişində maraqlıdırlara, dəridən-qabıqdan çıxırlar. Bu haqda azerbaycaninfo.az yazıb ki, Ş.Məmmədova qarşı komandasında formalaşan trio onun sonunu yaxınlaşdıran əməllərlə məşğul olmaqda ittiham edilirlər.

Qeyd olunur ki, bütün iclaslarda müavinlər tərəfindən başçıya verilən məlumat və hesabatlar həqiqətə söykənmir. Burda məqsəd onun axırına çıxmaqdır.

Başçının çevrəsində elə bir üçbucaq yaradılıb ki, rəhbərliyin rayon barədə məlumat almaq imkanları məhdudlaşdırılıb. Ş.Məmmədov ətrafında yaranan bu “üçlük" hüquq şöbəsi müdiri Hafiz Hüseynov, müavinləri Xaliq Mirzəyev və Naibə Mustafayevadır.

Onların fəaliyyət və hesabat məlumatları PA-ya çatır və kurator bu arayışa istinadla Ağcabədidəki vəziyyəti prezidentə məruzə edir.

Yalan məlumatlarla başçını aldadan “üçlük” görülən işlərin, tapşırıq və göstərişlərin nəticələrini şişirdərək Şahin Məmmədovu aldatmaqla onun etibarını qazanmağa müvəffəq olublar.

Şahin Məmmədovun rayonda apardığı quruculuq işləri bu üçlüyün əməlləri sayəsində gözdən salınır. Pambıq əkini ilə bağlı başçının aldadıldığını qeyd edilir.

Xaliq Mirzəyev başçıya özünü əvəzolunmaz işçi, yalançı çalışqan kimi göstərməklə qardaşını Suvarma Sistemləri İdarəsinə rəis təyin elətdirməyə belə nail olmağı bacarıb.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi