Ağdamın icra başçısı narazılıq yaradır... - GİLEY
Bolge
Oxunub: 597
21 noy 2018 | 16:48
Ağdamın icra başçısı narazılıq yaradır... - GİLEY














Ağdam İcra hakimiyyətinin başçısı rayona kənar mikroavtobusların xidmət göstərməsinə qarşı çıxıb.Bu iddia ilə “Cümhuriyət” qəzetinə Bərdə sakini Nəriman Bəylərov çıxış edib. O, özünə məxsus 16 yerlik mikroavtobusla Bərdə rayonundan Ağdamın Quzanlı qəsəbəsindəki kollecə tələbə daşıyır. Özünün dediyinə görə, bu xidməti həmin tələbələrin valideynlərinin sifarişi ilə həyata keçirir:

“Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin daşımalarına aid "Fərqlənmə nişanı"nı Dövlət Avtomobil Nəqliyyat Xidmətindən (DANX) almışam. Qanunun tələblərinə uyğun olaraq mikroavtobusun bütün sənədləri qaydasındadır.Hətta tibbi müayinədən belə keçmişəm.Quzanlı-Bərdə xətti üzrə 8-9 avtobus fəaliyyət göstərir.Avtovağzalda dispetçer işləyən Tariyel adlı şəxs konkret olaraq mənim işləməyimə imkan vermir.

O, dəfələrlə DYP əməkdaşlarını əraziyə çağırıb mənə məxsus mikroavtobusun qanunsuz fəaliyyət göstərməyilə bağlı şikayət edib. Tariyel deyir ki, burada yalnız mənə məxsus marşrutlar işləməlidir, tələbələr də burdakı avtobuslarla daşınmalıdır.Təbii ki, yaranmış bu süni maneəyə valideynlər də, tələbələr də öz narazılığını bildirdilər.Dəfələrlə tələbələri Ağdamdakı kollecə aparanda Tariyel polisini əraziyə çağırıb mikroavtobusu cərimə meydançasına apartdırıb. Bir müddət tələbələri daşımağa ara versəm də, yenidən sifariş əsasında bu xidməti davam etdirdim. Bunu eşidən Tariyel zəng edib mənə hədə-qorxu gəlir. O, şər-böhtan atıb məni həbs etdirməklə hədələyir, hətta Ağdama gəlməyimə belə qadağa qoyub. Tariyel polis rəisi ilə əlbir olub mənə zəng vurdurub bölməyə çağırtdırıb deyir ki, icra başçısı göstəriş verib ki, kənar avtobuslar rayona gəlməsin”.

Mikroavtobusunun tez-tez polis şöbəsinə aparılmasından təngə gələn Nəriman Bəylərov deyir ki, polis rəisi onun sənədlərinə baxış keçirib:

“Bütün sənədlərimin yerində olduğu və qanunauyğun şəkildə fəaliyyət göstərdiyim sübut olunub. Polis rəisinin son sözü bu oldu ki, “Gedin avtovağzalla və icra başçısı ilə razılaşın.Onlar icazə verəndən sonra işləyin”.Oradan çıxıb avtovağzala Tariyelin yanına getdim.Ailə-uşağa bir parça çörək aparmaq, onların ehtiyaclarını ödəmək üçün Tariyellə hansı formada desə, razılaşmağa hazır idim.Tariyelə avtovağzala pul ödəyə biləcəyimi, ya da məni reysə yazmağını təklif etdim.Məqsədim ailəmin çörəyinin kəsilməməsidir.Lakin Tariyel çox bəhanə gətirdi, bu işin mümkün olmadığın deyərək razılıq vermədi.Üç övladım var, hamısı da kollec tələbəsidir.Ailədə tək işləyən mənəm. Sərnişindaşıma ilə az miqdarda olsa da, dolanışıq üçün gəlirim olurdu. Amma indi bu gəlir də tam kəsilib.Ailədə çox pis vəziyyət yaranıb. Kaş kimsə gəlib yaşadığım şəraitə baxaydı...”

Vəziyyətin düzəlməsini çox istədiyini deyən şikayətçinin sözlərinə görə, ortada qanunsuzluq yox, haqsızlıq var:

“Vəzifədən sui-istifadə, zorakılıq hökm sürür. Azərbaycanın hər bir yeri - Ağdam da,Bərdə də mənim vətənimdir.Mən niyə öz vətənimə qorxa-qorxa getməliyəm?Döyüşlərdə iştirak etmişəm, canımı qoymuşam ki, öz torpağımızda azad gəzə bilməyəm?!Amma qadağa qoyulub ki, Ağdama gələ bilməzsən.Bunu başa düşə bilmirəm.Ağdama gedən kimi polislər gəlib mikroavtobusu aparır”.

Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı “Cümhuiryət” qəzetinə bildirib ki, deyilənlər təsdiqini tapdığı halda icra başçısının belə bir addım atması qanunsuzdur:

“Ümumiyyətlə, İcra hakimiyyətinin sərnişindaşıma sahəsində hər hansı bir səlahiyyəti yoxdur. Yalnız Sumqayıt və Gəncə şəhər İcra hakimiyyətləri sərnişindaşıma fəaliyyəti ilə məşğul ola bilərlər. Onların öz qaydaları ola bilər və bu səlahiyyət onlara qanunla verilir. Ağdam rayon İcra Hakimiyyətinin isə belə bir səlahiyyəti yoxdur.Ona görə əgər avtovağzalda belə bir hal baş verirsə, bununla bağlı vətəndaş Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə (DANX) müraciət etməlidir.Çünki rayonlarda avtovağzallar xidmətin balansındadır və nəzarət də onlardadır.Ola bilsin dispetçer həmin sürücü ilə prinsip aparır.Hər halda DANX sözügedən məsələyə reaksiya verəcək.Çünki bu xidmətdə işinə məsuliyyətlə yanaşan rəhbər şəxslər işləyir və bu cür məsələlərə də dərhal münasibət bildirilir.Ola bilər kimsə düşünür ki, uzaq rayondur, heç kəs nəzarət etmir, amma belə deyil. Burada dispetçerin öz maraqları da ola bilər, bu baxımdan həmin sürücünü incidir. Digər tərəfdən, görünür sürücü müntəzəm sərnişindaşıma fəaliyyəti ilə məşğuldur.Buna görə də o, hansısa bir qrafik əsasında fəaliyyət göstərməlidir.Sərnişindaşımanın özünəməxsus tələbləri var”.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?