31-03-2015, 15:18 Oxunub: 1 351

Zərdab rayon icra başçısının birinci müavini vəzifəsindən azad edildi

 Zərdab rayon icra başçısının birinci müavini vəzifəsindən azad edildi

Zərdab rayon icra başçısının birinci müavini Allahverdi Səfərov tutduğu vəzifəsindən azad edilib. Azerinfo.az bildirir ki, bu barədə Trend-ə Zərdab rayon İcra Hakimiyyətindən məlumat verilib.

Qeyd edək ki, onun oğlu Ceyhun Səfərov bu ilin martın 22-də saat 16.00 radələrində sükan arxasında içkili vəziyyətdə olarkən polis zabitinin sənəd təqdim edilməsi tələbinə tabe olmaqdan imtina etdiyinə görə saxlanılıb.

İcra Hakimiyyətindən öncə Trend-ə bildiriblər ki, Zərdab rayon Məhkəməsi tərəfindən C.Səfərov barəsində İnzibati Xətalar Məcəlləsinin 310.1-ci maddəsi ilə inzibati qaydada 5 sutka müddətinə həbs cəzası tətbiq edilib.

Martın 27-də C. Səfərov həbs müddəti başa çatdığı üçün sərbəst buraxılıb.
Zərdab sakini həmyerlisini bıçaqlayıb Zərdab sakini həmyerlisini bıçaqlayıb Kriminal Qazaxda Qarabağ əlilinə haqsızlıq Qazaxda Qarabağ əlilinə haqsızlıq Bolge İŞİD-in tərəfində döyüşən zərdablıya hökm oxundu İŞİD-in tərəfində döyüşən zərdablıya hökm oxundu Hadise Gəncədə İcra Hakimiyyəti başçısının döyülməsi ilə bağlı - RƏSMİ MƏLUMAT Gəncədə İcra Hakimiyyəti başçısının döyülməsi ilə bağlı - RƏSMİ MƏLUMAT Hadise