İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı
Bolge
Oxunub: 589
27 noy 2018 | 18:19
İşıqlandırılmayan, işarələnməyən, təhlükəli Ağsu aşırımı
















Ekspert Bakı-Şamaxı-Yevlax yolundakı dolaylarda hərəkətin nizamlanmasına dair təkliflər verdi

Dünya İqtisadi Forumunun yeni dərc olunan “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən Azərbaycan yolların keyfiyyət indeksinə əsasən 34-cü yerdə qərarlaşıb.

Bu indeks üzrə ölkəmizin mövqeyi ötən illə müqayisədə 2 pillə yüksəlib və postsovet məkanında lider ölkə olub. Ötən il Azərbaycan hesabata əsasən 36-cı yerdə idi. Dünyanın 140 ölkəsi arasında yol infrastrukturunun keyfiyyəti indeksinə görə Azərbaycan bir sira Avropa dövlətlərini, o cümlədən Litva, Estoniya, Sloveniya, Norveç, İrlandiya, Belçika, İtaliya və digər ölkələri geridə qoymaqla əhəmiyyətli irəliləyiş əldə edib.

Bununla belə, Azərbaycanda problemli yollar da az deyil. Xüsusən dağlıq ərazilərdə, aşırımlarda yolların uyğunsuzluğu, yol nişanlarının, ayırıcı, yol kənarı işıq əks etdirən xətlərin yoxluğu sürücülərin böyük başağrısına çevirilir. Qış aylarında belə ərazilərdə hərəkət son dərəcədə təhlükəli olur.

Yol nəqliyyatı üzrə ekspert Elməddin Muradlı musavat.com-a deyir ki, qış aylarında sürücülərin görmə bucağı məhdudlaşır, xüsusən də axşam saatlarında, hava qaralandan sonra yollarda çox təhlükəli vəziyyət yaranır: “Yolların işıqlandırılması çox vacib bir məsələdir. Hansı yollarda normal işıqlandırma varsa, həmin yollarda qəzalar minimum həddədir. Yollarda günəş enerjisi ilə işləyən yol nişanları quraşdırılıb. Həmin yol nişanlarının üzərində günəş panelləri var. Gün ərzində günəş panelləri gün şüasını elektrik enerjisinə çevirir. Nəticədə alınan elektrik enerjisi yol nişanının və piyada keçidinin üzərində olan müxtəlif rəngli işıqların gecə ərzində yanmasına səbəb olur. Gecə saatlarında qaranlıq yolla hərəkət edən nəqliyyat vasitələrinin sürücüləri yol kənarlarında olan həmin nişanlara baxıb hərəkəti tənzimləyir. Müşahidələr onu deməyə əsas verir ki, qəza əsasən axşam saatlarında, işıqlandırılmayan, yol nişanları, yol xətləri olmayan ərazilərdə baş verir. Ağsu aşırımında, Gədəbəydəki Yasamal aşırımında, Şamaxıdan İsmayıllıya doğru eniş-yoxuşlu ərazilərdə belə yol nişanlarının, yol kənarı xətlərin olması, döngəni bildirən sayrışan işıqların quraşdırılması çox vacibdir. Duman-çən həmin ərazilər üçün çox təbii hadisələrdir. Bu da öz növbəsində nəqliyyat vasitələrinin sürücüləri üçün görməni məhdudlaşdıran amillərdəndir. Ağsu aşırımında ilin bu vaxtları dumanla müşayiət olunan çiskinli hava şəraiti bərqərar olur. Yolun islanması nəqliyyat vasitələrinin tormozlama məsafəsini bir neçə dəfə artırır, duman, da görmə bucağının bəzən 1 metrə qədər azalmasına gətirib çıxarır. Bu isə sükan arxasında olan sürücülər üçün olduqca əlverişsiz, hətta ən təhlükəli bir vəziyyətdir. Bu baxımdan Ağsu aşırımında və ümumilikdə ölkə ərazisindəki avtomobil yollarının keçdiyi aşırımlarda döngəni bildirən sayrışan işıqların, günəş enerjisi ilə çalışan yol nişanlarının, yol kənarlarında işığı əks etdirən yolkənarı xətlərinin çəkilməsi olduqca vacib, həyati əhəmiyyətli məsələdir. Ağsu aşırımlarında yolun uyğunsuzluğu, standartlardan uzaq olması illərdir ki, orada iri avtobusların hərəkətinin məhdudlaşdırılması ilə nəticələnib. Çünki ərazidə dəfələrlə yol-nəqliyyat hadisələri baş verib. Buna görə də avtobuslar alternativ yolla hərəkət edirlər. Bu da vaxt itkisi, yolun uzanması deməkdir”.

Elməddin Muradlı xüsusi olaraq vurğulayır ki, yollarda işıqlandırılma məsələsi təcili olaraq həll olunmalıdır: “Dünya praktikası var, harada yollar işıqlandırılırsa, orada qəzaların sayı minimuma, yox həddinə qədər enir. Ağır yol hadisələrinin əksəri sutkanın qaranlıq vaxtına təsadüf edir. Piyadalar sürücünün görmə bucağının hava qaralandan sonra azalmasını nəzərə almadan yolun hərəkət zonasına daxil olurlar. Düşünürlər ki, uzaqdan gələn nəqliyyat vasitəsinin sürücüsü yolda olan maneəni – yəni piyadanın özünü görəcək. Əslində isə belə deyil. Xüsusilə sürət olan yollarda piyada bilməlidir ki, sürət və görmə bucağı tərs mütənasibdir. Sürət artdıqca görüş bucağı daralır. Bu fiziki bir vəziyyətdir. Sürət artdıqca yolun sağ-solunda olan obyektlər, hərəkətlər və ya rənglər yavaş-yavaş itməyə başlayır. Sürücünün gözü uzağa yönəlir, yolun ətrafındakılar görünməz olur. Sanki bir tunelə daxil edilir və sürücü yalnız çox uzağı görür. Nəqliyyat vasitəsi saatda 70 kilometr sürətlə hərəkətdədirsə, görmə bucağı 75 faiz, saatda 100-lə hərəkətdədirsə, 45, 130-la hərəkətdə olanda isə 30 faizə qədər daralır. Piyadalar bu xüsusatları nəzərə almalıdırlar. Xüsusən də yağışlı, çiskinli hava şəriti görmə bucağını minimuma qədər azaldır. Sürücülər də sürət rejiminə riayət etməlidirlər ki, qəzadan sovuşa bilsinlər”.

Qeyd edək ki, “Qlobal Rəqabətlilik Hesabatı”na əsasən dünyada yolların keyfiyyəti indeksinə görə ilk 5-likdə Sinqapur, İsveçrə, Niderland, Honkonq və Portuqaliya qərarlaşıb. Məlumat üçün qeyd edək ki, bu ilki hesabata əsasən yolların keyfiyyəti indeksinə əsasən Türkiyə 33-cü, Azərbaycan 34-cü, Avstraliya isə 35-ci yerləri tuturlar. Yolların keyfiyyəti 1-7 bal üzrə qiymətləndirilib. Bununla belə, heç bir ölkə ən yüksək bal toplaya bilməyib.
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...