Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələbi
Bolge
Oxunub: 958
3 dek 2018 | 15:06
Qusar RİHB-sı Şair Alxasovdan kompensasiya tələbi















Qusar RIHB-sı Şair Alxasov
cənablarına

Qusar şəhər sakini Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu tərəfindən

Ərizə əlaqə: 070 710 18 21

Hörmətli Şair müəllim !

1992-1993-cü illərdə Qusar rayonun Samur qəsəbəsi ərazisində, mövcud qanunvericilik əsasında, əzab-əziyyətlə, külli miqdarda vəsait xərcləməklə tikdiyim 5 otaqlı yaşayış evim, 2 otaqlı hamam binası, 2 otaqlı yardımçı bina, 02.06.2010-cu ildə Sizin qanunsuz şifahi tapşırığınız əsasında, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən, söküntü vaxtı iştirakım təmin olunmadan, heç bir əsas-səbəb olmadan, tamah məqsədilə, mülkiyyətimdəki 0, 46 ha torpaq sahəmi zorla əlimdən almaq niyyətilə, Qusar RİHB-nın 1-ci müavini Şahid Fərəməzov, İH-in sabiq əməkdaşları Elşad Əlimuradov, Nadirşah Məmmədov, Mahir Mustafayev tərəfindən ekskavatorla sökülərək, bütün əmlakım qəsdən məhv edilməklə, evimdəki 30000 manat, 8000 ABŞ dollar pulum oğurlanmasına şərait yaradılmaqla cinayət tərkibli hərəkətə yol verilmişdir.

Qusar RIH-in bütün əməkdaşları mənə şifahi olaraq bildirib ki, biz yaşayış evinizin söküntü tapşırığını şəxsən Qusar RİHB-sı Şair Alxasovdan aldıqdan sonra evinizi sökdürmüşük. Sən bizdən nə istəyirsən, sənə vurulmuş maddi və mənəvi zərəri ondan tələb edə bilərsiniz. Demək olar ki, bir neçə vəzifəli şəxsin dediklərini telefonumun yaddaşına köçürtmüşəm.

10 ilə yaxındır ki, şüurlu olaraq, vəzifə səlahiyyətlərinizdən sui istifadə etməklə, məhkəmənin qərarı olmadan, rəsmi xəbərdarlıq edilmədən,
kompensasiya ödənilmədən, hətta söküntü vaxtı iştirakım təmin olunmadan yaşayış evimizi qanunsuz sökdürməklə, bütün əmlakımızı qəsdən məhv etdirməklə, külli miqdarda pulumun oğurlanmasına şərait yaratmısınız.

Hesab edirəm ki, 10 il ərzində Sizdən xahiş etməyim, tələb etməyim, hətta yalvarmağım qəlbinizdə öz vətəndaşınıza qarşı mərhəmət, məhəbbət hissi oyatmadı. Bir daha Sizdən, qanunsuz tapşırığınızla ailəmizə vurulmuş maddi və mənəvi zərərin ödənilməsini tələb edirəm.

Ailəmizə vurulmuş maddi və mənəvi zərəri ödəməyəcyiniz təqdirdə YOTUB-da video qoymaqla, ətraflı olaraq canlı izahat verməklə, yəni yaşayış evimin Sizin şifahi tapşırığınız əsasında sökülməsi barədə əməkdaşlarınızın səs yazısını sübutetmə predmeti kimi internetdə yaymağa məcbur olacağam

10 il ərzində yüz dəfələrlə Sizə rəsmi müraciət etməyimə baxmayaraq, ailəmizə qanunsuz olaraq vurulmuş maddi və mənəvi zərəri ödəməmisiniz. 20 il keçsə də, ailəmizə qanunsuz olaraq , vəzifə səlahiyyətlərinizdən sui istifadə etməklə vurduğunuz maddi və mənəvi zərəri tələb etməyə israrlıyam.
Ona görə də, məhkəmənin qərarı olmadan, qanunsuz tapşırığınız əsasında ailəmizə vurulmuş maddi və mənəvi zərərin qissa müddət ərzində ödənilməsini Sizdən bir daha tələb edirəm.

Ümüdvaram ki, heç olmasa indi qəlbinizdə öz vətəndaşına qarşı mərhəmət və məhəbbət hissi oyanacaqdır.

Qusar şəhər sakini, 2-ci grup əlil, Ağamirzəyev Hacımirzə Ağamirzə oğlu.

Qeyd: Ərizənin surəti məlumat üçün Azərbaycan Respublikasının prezdenti İlham Əliyev cənablarına, 1-ci Vitse Prezdent Mehriban xanım Əliyevaya, Azərbaycan Respublikasının Baş Prokuroru Zakir Qaralov cənablarına, Azərbaycan Respublikasının DİN-i Ramil Usubov cənablarına, Qusar rayon prokuroru Mübariz Əhmədov cənablarına və KİV--nə göndərilir.
Bu gün, 13:44
Nazirdən rus sülhməramlıları ilə bağlı göstəriş
Bu gün, 09:33
Hikmət Hacıyev: Azərbaycanın COP29-a ev sahibliyi etməsi diplomatik və siyasi cəsarətimizin təcəssümüdür
Bu gün, 09:30
KİV: İran İsrailin nüvə mərkəzini vura bilər
Bu gün, 09:25
Napoleonun nəslinin nümayəndəsindən çağırış
Bu gün, 09:20
4 kəndin qaytarılması sazişində vacib detal: Bakı strateji gediş etdi
Bu gün, 09:18
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
Bu gün, 09:00
Azərbaycan və Rusiya Qərbin planlarını alt-üst etdi - VİDEO
Dünən, 17:11
Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə Ermənistanla razılıq əldə edilib
Dünən, 16:00
Fars-molla rejiminin antiAzərbaycan XƏTTİ... - NƏ ETMƏLİ?
Dünən, 15:30
Azərbaycan strateji uğura necə nail oldu? - İNCƏLƏMƏ
Dünən, 14:22
Zəngəzur dəhlizinə nəzarət funksiyası böyük ehtimalla Azərbaycan və Türkiyədə olacaq - GƏLİŞMƏ
Dünən, 14:00
Azərbaycanla bağlı ağlasığmaz açıqlama... - Niyyətlərini açıqca bəyan etdilər
Dünən, 13:19
Sülhməramlıların Qarabağı tərk etməsi bölgədə vəziyyət necə təsir edəcək? - Ekspert rəyi
Dünən, 11:45
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
Dünən, 11:08
İranın nüvə obyektlərinə zərər dəyməyib - AEBA
Dünən, 11:04
Kəlbəcərdə boş ərazini stadiona çevirib futbol oynadılar - VİDEO
Dünən, 10:58
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib
Dünən, 10:41
Təhlükəli olduğu deyilən, Azərbaycanda da satılan qida məhsulu ilə bağlı Rəsmi AÇIQLAMA
Dünən, 10:31
“İrana raket hücumu olmayıb”
Dünən, 10:20
Ağ Ev Kremli Qarabağa görə niyə qınayır: Fransadan sonra ABŞ da “maska”sını tam çıxartdı
Dünən, 10:14
"Emilin vəfatından sonra yatmıram"
Dünən, 10:01
Azərbaycanda 23 yaşlı oğul ata və anasını qətlə yetirdi - RƏSMİ
Dünən, 09:47
Avro və lirə ucuzlaşdı, rubl bahalaşdı
Dünən, 09:42
Övladını xilas etmək istəyərkən Kürdə batan atanın meyiti tapılıb
Dünən, 09:11
Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək - VİDEO
Dünən, 09:07
Ukrayna XİN: Gürcüstan üçün real təhdid "ruslaşma"dır, “ukraynalaşma” deyil
Dünən, 09:03
Rusiya sülhməramlılarına vida: Ermənistan yeni şəraiti necə dəyərləndirəcək?