Xırdalanda Qarabağ əlilinin qızından Şaxta babaya: “Atama dərman gətir...” - Foto
Bolge
Oxunub: 528
19 dek 2018 | 14:31
Xırdalanda Qarabağ əlilinin qızından Şaxta babaya: “Atama dərman gətir...” - Foto















Neft ölkəsi, altı-üstü sərvətlərlə dolu məmləkət, Daşkəsəni qızıl, Bakısı nöyüt, Göyçayı nar, Sabirabadı pambıq, hər yeri zənginliklərlə dolu bir vətən düşünün.

Düşünün ki, bu vətənin 20 faiz torpaqlarının uğrunda müharibənin od-alovunda başından yaralanmış bir Qarabağ qazisi var.

Və düşünün ki, onun 7-ci sinifə gedən övladı neft məmləkətində bayram ərəfəsində Şaxta babadan özünə hədiyyə, şokolad istəmir, atasının dərmanlarını gətirməyi arzulayır.

Düşünə və bu acını hiss edə bilirsinizmi? Qarabağ əlilinin övladının bu qədər varlılar, milyonçular olan dövlətdə Şaxta babadan dərman istəməsini təsəvvür edirsinzmi?

Cahan.info xəbər verir ki, söhbət Abşeron rayonu, Xırdalan şəhərində yerləşən 4 saylı orta məktəbin 7 “ç” sinif şagirdi Nəzrin Ağayevadan gedir. Nəzrinin atası Ağayev Nəriman Qarabağda başından yaralanıb.

Məktəbli qız Şaxta babaya simvolik məktubunda hədiyyə istəmədiyini, atasında dərmanları alıb gətirməsini xahiş edir. Onun üçün ən böyük bayram atasının sağlamlığı, dərmanlarını içə bilməsidir.

Lakin imkansız ailənin bayramqabağı nəinki süfrə açmağa, dərmanları almağa belə pulu yoxdur. Qazi qızının məktubunu feysbukda gənc yazar Leyla Namazova yazıb.

Xırdalanda Qarabağ əlilinin qızından Şaxta babaya: “Atama dərman gətir...” - Foto














Onun dediyinə görə, məktəb direktoru ilə əlaqə saxlayıb və onunla görüşəcək. Amma ürəkparçalayan məktubun mahiyyəti məktəb direktoru yox, qızcığazın atasının dava-dərmanını alacaq xeyriyyəçi, vətənpərvər insanlarımızın dəstək verməsidir.

Bu məktubu oxucuların nəzərinə çatdırmaqda niyyətimiz də məhz Nəzrinin Qarabağ əlili olan, vətən üçün sağlamlığını itirən atasına köməklik göstərməkdir.

Azərbaycanda kifayət qədər xeyirxah, yardımsevər, əliaçıq insanlar var. Onlar həmişə ağır vəziyyətdə olan vətəndaşlara, əməliyyata, dərmana ehtiyacı olanlara əl tuturlar.

Həmçinin, prezident və xanımı Mehriban Əliyeva yüzlərlə şəhid ailəsi, köçkünə, Qarabağ qazisinə, aztəminatlı ailələrə dəstək olublar.

Ona görə də bayram ərəfəsində Ağayevlər ailəsinin sevinəcəyinə, balaca Nəzrinin ürək ağrıdan sözlərinə səs veriləcəyinə, Yeni ildə atasının dərmanlarını ala biləcəyinə ümid edirik.

Bunun üçün həmin məktəbə gedə bilərsiniz və yaxud feysbukda Leyla Namazova ilə əlaqə saxlayara bilərsiniz. Düşünün ki, bir ailəni, bir gözəl qızcığazı, bir məsum insanı, bir məktəblini, bir azərbaycanlını sevindirəcəksiniz.

Ulu öndərin 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsini qəbul ediriksə, əsl həmrəylik budur, 31 dekabr ərəfəsində Nəzrini və atasını sevindirin.

Biz bir media olaraq, sosial şəbəkədə qarşımıza çıxan bu kədərli məktubunu vətənpərvər, imkanlı azərbaycanlılarınm nəzərinə çatdırmaq istədik ki, informasiya dəstəyimizlə bir yardımı toxunsun.

Ümid edirik ki, siz də Nəzrinin Şaxta babaya yazdığı məktuba laqeyd qalmayacaqsınız, hər biriniz o uşağı sevindirmək üçün bir şaxta baba obrazında təşrif buyurub ailəyə kömək edəcəksiniz.

Azərbaycan prezidenti, dövlət rəhbərliyi, ürəyitəmiz məmurlar, icra başçıları, eləcə də Abşeronun icra hakimi İradə Gülməmmədova, iş adamları - Fizuli Məmmədov, Mübariz Məsimov, Araz Ağalarov, Qod Nisanov, Fərhad Əhmədov, deputatlar və onlarla şəxslər balaca Nəzrinin Qarabağ əlili olan atasının dərmanlarının xərcini öhdəsinə götürəcəyinə inanırıq.
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər