''Kabel al, dirək al, utanmasalar ''işığı da özün çək'' deyəcəklər''
Bolge
Oxunub: 605
21 dek 2018 | 13:00
''Kabel al, dirək al, utanmasalar ''işığı da özün çək'' deyəcəklər''












Göyçay sakini: ''Elektrik Şəbəkəsi çürüyən dirəklərimizi yeniləmir''

“Evimizə gələn elektrik kabelləri köhnəlib. Dirəklər çürüyüb, az qalır aşsın. Yəni o dərəcədə köhnəlib. Göyçay Elektrik Şəbəkəsinə müraciət edirəm. Deyir, “kabeli, dirəyi al, gələk düzəldək”. Harada görülüb ki, bunları vətəndaş alsın?

Göyçayın Potu kəndinin sakini Pərvin Ömərov belə deyir. Bildirir ki, dəfələrlə buna görə Elektrik Şəbəkəsinə gedib. Hamı sözü bir yerə qoyub, eyni sözü deyirlər:

“Müdir də, satışın rəisi də deyir ki, lazım olan materialları al, düzəldək. Mənim də o qədər imkanım yoxdur axı. Ürəyimdə problem var, 10 ildən bir əməliyyat olunmalıyam. Özüm də yüksək əmək haqqı almıram. Ailə saxlayıram. Mən işıq çəkdirmək üçün lazım olan 200-300 manat pulu haradan alım? Anlayıram, hardasa hörmət etmək olar, məsələn, ustaya 20-30 manat, lap olsun 50 manat vermək olar. Ancaq 200-300 manat mənim üçün böyük məbləğdir”.

''Kabel al, dirək al, utanmasalar ''işığı da özün çək'' deyəcəklər''






Yağış yağanda, külək əsəndə işıqsız qalırıq

P.Ömərov deyir ki, onların məhəlləsinə yeni işıq dirəkləri basdırılıb, kabelləşmə gedib. Ancaq bir-iki nəfər pul verməyənlərin dirəkləri dəyişdirilməyib. Odur ki, bir az yağış yağan, külək əsən kimi işıqsız qalırlar:

“Özü də onu deyim ki, yaxınlığımıza qədər işıq xətti çəkilib. İstəsələr, bizə də çəkərlər, necə ki, bir çoxuna çəkiblər. Amma istəmirlər də. Mən anlamıram işıq dirəyini, işıq çəkmək üçün lazım olan kabeli niyə vətəndaş almalıdır”.
Dəfələrlə elektrik cihazlarımız yanıb, xarab olub
Vətəndaş işıq dirəklərinin, xətlərin köhnə olmasının onlara ziyan vurduğunu deyir:

“Həm işıqsız qalırıq, həm də bizə maddi ziyan dəyir. Dəfələrlə olub ki, elektrik cihazlarımız yanıb. Soyuducu, paltaryuyan, televizor və s. Xərcə düşmüşük. Xətlər çox köhnədir. Müəyyən bir hissəyədək öz imkanımla dəyişmişəm. Ona da bir 200-300 manatım çıxıb. Elektrik ustası çağırmışam, ona pul vermişəm, materiallara xərcləmişəm və s. Ancaq geri qalan hissəsinə pulum çatmır. Qabaqdan əməliyyatımın vaxtı gəlir, ürəkdir, ucuz da deyil. Heç bilmirəm, onu necə etdirəcəyəm, qaldı hər şeyə pul xərcləyə bilmərəm. Heç yoxdur da”.
Hər yerə yazmışam, ortada heç nə yoxdur
P.Ömərov vətəndaş kimi hər yerə şikayət edib, məktub göndərib. Ancaq bugünədək bir nəticəsinin olmadığını deyir:

''Kabel al, dirək al, utanmasalar ''işığı da özün çək'' deyəcəklər''








Hər yerə yazmışam, ortada heç nə yoxdur. Qaz da bərbaddır, qışdır, o qədər zəifdir ki, heç evi isidə bilmirik. Bir tərəfdən də işıq sönəndə soyuqda qalırıq. Hər şey problemdir. Baxın, şalbanların çoxu çürüyüb, bərbad vəziyyətdədir. Qəzalı durumdur. Bir gün aşsa, çox pis fəsadları ola bilər”.
40 ildir gəlib baxan olmayıb, maraqlanmayıblar
P.Ömərov deyir ki, onlardan pul istəmələri azmış kimi, hələ bu yaxınlarda onu cərimələmək istəyirmişlər:

“Gəldilər ki, sən kənar xətt çəkmisən. Halbuki, axtardılar, nəsə tapmadılar. Danışırlar də, bu da gəlib özlərinin çəkməyidir. Özləri quraşdırdıqları sayğacda səhv axtarırdılar, təsəvvür edirsiz? Başqa vaxt yalvarırıq, gəlib xətlərimizə baxmırlar heç. Ağac dəyir, başlayır qığılcımlanmağa. Kabel al, dirək al, utanmasalar “çıx, işığı da özün çək” deyəcəklər. Bu xətt hardasa 40 ildir var. İndiyə qədər gəlib baxan olmayıb, maraqlanmayıblar. Transfarmator da pis vəziyyətdədir. İnanın elə pis səsi gəlir ki. O partlasa, hətta evlərə təsir edəcək. İcra Hakimiyyətinə, “Azərenerji”yə, Prezident Administrasiyasına, Mehriban xanım Əliyevaya məktublar yazmışam. Heç cavab belə almamışam. Bunlar da deyirlər ki, kimə istəyirsiniz yazın, biz gəlib çəkməsək, sizə kömək olan deyil. Nəticədə çəkmirlər və bu, bizə zülmdür”.
Yaxınlaşsın, nə problemi var, həll edək
Meydan TV məsələyə münasibət öyrənmək üçün Göyçay Elektrik Şəbəkəsi ilə əlaqə saxlayıb. Şəbəkənin baş mühəndisi Mövsüm Ağayev deyib ki, onlar heç bir vətəndaşa görüləcək işin materiallarını aldırmırlar:

''Kabel al, dirək al, utanmasalar ''işığı da özün çək'' deyəcəklər''










Biz heç kimə elə söz demirik. Adətən deyirik ki, ərizə ilə müraciət edin, baxaq. Əgər yeni evdirsə, Asan Xidmətə müraciət etsinlər. Yox, köhnə evdirsə, deməli, bizim abonentdir, o zaman biz baxmalıyıq. Gəlsin, yaxınlaşsın, nə problemi var, həll edək. Hamısı bizim hesabımıza olacaq”.
Bu gün, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Bu gün, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Bu gün, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Bu gün, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Bu gün, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Bu gün, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Bu gün, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Bu gün, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Bu gün, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Bu gün, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Bu gün, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Bu gün, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Bu gün, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Bu gün, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Bu gün, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Bu gün, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Bu gün, 09:56
Avro və lirə bahalaşdı
Bu gün, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Bu gün, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Bu gün, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Bu gün, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi