Gədəbəyin icra başçısından daha bir şikayət
Bolge
Oxunub: 1 428
13 apr 2015 | 13:59
Gədəbəyin icra başçısından daha bir şikayət

Artıq neçə müddətdir ki, qəzetimizi səhifələrində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov tərəfindən əmlakı dağıdılaraq külli-miqdarda maddi ziyana məruz qoyulmuş daha bir sahibkar, Əliyev Oktay Qara oğlu tərəfindən təqdim olunan məlumatlar əsasında materiallar dəc olunur. Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məktubda təqdim olunan faktlar isə, Oktay Qara oğlunun başına rayon rəhbərliyi tərəfindən gətirilən oyunlarla uzlaşdığı kimi, Ramiz Yediyarovun qeyri-qanuni əməllərini ifşa edən daha bir sübut kimi də çıxış edir. Redaksiyamıza müraciət etmiş Gədəbəy şəhər sakini Əliyeva Aybəniz Ramazan qızı öz məktubunda Oktay Qara oğlunun və onun kimi Gədəbəy şəhərindəki yeni açılmış Ticarət Mərkəzinə zorla yerləşdirilən digər sahibkarların da üzləşdikləri problemin kökündə, ilk növbədə onun həyat yoldaşı Vaqif Səfərova qarşı törədilmiş hüquq pozuntusunun durduğunu bildirir.

Məktubda deyilir: “Hörmətli redaksiya, mən sizin qəzetinizin daimi oxucusuyam. Sizin qəzetin 7 aprel 2015-ci il tarixli buraxılışında Əliyev Oktay Qara oğlunun təqdim etdiyi məlumatlar əsasında hazırlanmış yazını da oxudum. Məqalədə yazılır ki, Əliyev Oktay Qara oğluna məxsus olan mağaza dağıdılandan sonra, ona Ramiz Yediyarova məxsus ticarət mərkəzində yer təklif edilmişdir. Mənə belə gəlir ki, siz o cümləni belə yazmalı idiniz: “Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının 16 iyun 1998-ci il 143 №-li sərəncamı ilə Səfərov Vaqif Qara oğlunun adına verilmiş və Ramiz Yediyarov tərəfindən heç bir əsası olmadan əlindən alınmış torpaq sahəsində tikilmiş ticarət mərkəzində yer təklif olunmuşdur. Çünki o torpaq sahəsi 17 il bundan əvvəl Səfərov Vaqif Qara oğluna verilərkən, cənab Ramiz Yediyarovun hansı vəzifədə çalışdığını siz daha yaxşı bilərsiniz...” Bundan sonra Aybəniz xanım Oktay Qara oğlunun həmin ticarət mərkəzinə köçməkdən imtina etməsini təqdir edərək, digər sahibkarlara da bu cür qərar verməyi tövsiyyə edir. Təbii ki, ən azından başqasına məxsus torpaq üzərində halallıq verilmədən inşa olunmuş ticarət mərkəzində olunacaq alış-verişin heç bir xeyir-bərəkəti də olmaz. Torpağın digərinə məxsus olması və halallıq verilmədən zəbt edilməsi isə qətiyyən şübhə doğurmayan bir faktdır: “Oktay Qara oğlu o ticarət mərkəzinə getməməkdə çox düzgün qərar vermişdir. Bütün gədəbəylilər bilir ki, o ərazi Vaqif Səfərova məxsusdur. O ticarət mərkəzində yer alan şəxslər də bilməlidir ki, bir torpaq iki nəfərin adına sənədləşə bilməz. Bu cinayətdir. Hələlik biz bunu cənab Ramiz Yediyarova və onun əlaltılarına sübut edə bilmirik...” Xatırlayırsınızsa, ötən materialda biz əmlakı dağıdılmış sahibkar Oktay Qara oğlunun düşdüyü durumdan dolayı hətta intihar etmək barədə düşündüyünü də vurğulamışdıq. Diqqətəlayiq haldır ki, özlərinin yaşadıqları maddi sıxıntılar və Ramiz Yediyarovun özbaşınalıqlarından dolayı yaranmış problemlər əhatəsində belə, Aybəniz xanım digərlərini ruhən dəstəkləməyə cəhd göstərir. Məktubunun sonunda Aybəniz Əliyeva yazır: “O ki, qaldı Oktay Qara oğlunun intihar məsələsinə, bu heç də çıxış yolu deyil. Rəhmətlik Əli Abdullayevin ölümü də bu səbəbdən baş vermişdi. Amma onun ailəsi bunu sübut edə bilmədilər. Kimin əlindən min bir əzab əziyyətlə qurub-yaratdığını alsalar, bir günün içində gözü önündə bütün mülkünü vurub dağıtsalar eyni vəziyyətə düşər. Biz ancaq ümidimizi bu dövlətin rəhbərinə bağlamalıyıq. Mənim həyat yoldaşım Vaqif Səfərovun da əlindən 26 sot torpaq sahəsini aldılar və içərisində tikdiyimiz obyekti yağı malı kimi dağıtdılar. Biz də haqqın, ədalətin nə zaman yerini tutacağını və Ramiz Yediyarovun tutduğu qanunsuz əməllərinə görə cavab verəcəyi günü gözləyirik.”
Bu gün, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Bu gün, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Bu gün, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Bu gün, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Bu gün, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Bu gün, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Bu gün, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Bu gün, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Bu gün, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Bu gün, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Bu gün, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Bu gün, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Bu gün, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Bu gün, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Bu gün, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Bu gün, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Bu gün, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Bu gün, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Bu gün, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...