Məhkəmə onun xeyrinə qərar çıxarsa da... - Müraciət
Bolge
Oxunub: 881
8 apr 2019 | 19:17
Məhkəmə onun xeyrinə qərar çıxarsa da... - Müraciət















Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya.

Göyçay şəhəri Natəvan küçəsi ev 70-də yaşayan Mayılova Minayə Seyidağa qızı tərəfindən

MÜRACİƏT

Hörmətli Mehriban xanım!

Mən sahibkarlıq fəaliyyəti ilə məşğul oluram. Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin idxalı, alışı və satışı ilə məşğulam. Bu barədə mənə İqtisadiyyat Nazirliyi tərəfindən 18.04 2017-ci il tarixli xususi lisenziya verilib. Gürcüstan Respublikasının "Bio Organik Georgiya LTD" Şirkətindən aldığım "Organica" bitki mühafizə maddəsi Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən qeydiyyata alınaraq 002237 saylı şəhadətnamə verilmiş və dövriyyəyə buraxılmışdır. 2017-ci ilin əvvələrində Salyan rayon sakini Atayev Hikmət Sərdar oğlu məndən hər biri 90 manat olmaqla sınaq üçün 10 qutu "Organica" gübrəsi almış və effektli olduğu üçün 200 qutu sifariş etmişdir. 28 oktyabr 2017-ci il tarixdə Hikmət Atayev hər qutunun qiyməti 90 manat olmaqla umumilikdə 18 000 (on səkkiz min) manat məbləğində 200 qutunu alaraq iki ay müddətinə pulunu ödəyəcəyini söz verdi. O malın satılmasına dair tərtib olunmuş qaiməni öz imzası ilə təsdiq etdi. Lakin o vaxtdan bizə həmin gübrənin pulunu ödəməkdən müxtəlif bəhanələrlə imtina edir. Bu borcun ödənilməsi üçün dəfələrlə ona etdiyim zənglərədə cavab verməyib.

Mən bununla bağlı Salyan rayon Məhkəməsindən Hikmət Atayevdən mənə borclu olduğu 18000 (on səkkiz min) manat pulun alınaraq mənə verilməsi barədə qətnamə çıxarılması üçün iddia qldırmışam və məhkəmə mənim iddiamı qismən təmin edib. Yəni Salyan rayon Məhkəməsi 08 yanvar 2019-ci il tarixli iş nömrəsi 2(057)-61/2019 olan qətnamə ilə cavabdeh Atayev Hikmət Sərdar oğlundan 17500 (on yeddi min beş yüz) manat pulun alınaraq mənə verilməsi barədə qət etmişdir. Bundan başqa məhkəmə qətnaməsində 30 manat dövlət rüsumunun 27 manatını cavabdehdən tutularaq mənə verilməsi qeyd olunub. Cavabdeh Hikmət Atayev Salyan rayon Məhkəməsinin bu qərarından Şirvan Apellyasiya məhkəməsinə şikayət verib.Hal-hazırda onun müraciəti həmin məhkəmənin icraatındadır və hakim Zəki Babeyin sədrliyi ilə 09 aprel 2019-ci il tarixə saat 10. 45 baxılması üçün vaxt təyin olunub.

Cavabdeh Atayev Hikmət Sərdar oğlu Salyan rayon Məhkəməsində və apellyasiya şikayətində göstərib ki, məni tanımır. Amma mənə 4350 manat borcu var.Bu necə ola bilər ki, məni tanımadan bu qədər borcu olsun? Bundan başqa o qeyd edir ki, guya aldığı gübrənin müəyyən hissəsini və digər müəyyən hissəsinin dəyərini ödəyib. Amma məhkəməyə bunu subut edəcək dəlil və subut təqdim etmir. Nədə ki, məhkəmə araşdırmaları zamanı belə hal müəyyən olunmayıb. Mənə 18000 (on səkkiz min) manat pulu ödəməmək üçün Hikmət Atayev dəridən-qabıqdan çıxır. Cürbəcür yalanlar uydurur. İnanıram ki, Salyan rayon Məhkəməsinin hakimi Əlövsət Paşayev kimi Şirvan Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevdə onun bu uydurmalarına inanmayacaq. Məhkəmə hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 3 aprel 2019-cu ildə imzaladığı fərman inanıram ki, sahibkarlığın inkişafı üçün yeni stimul verəcək. Belə islahatlar Hikmət Atayev kimilərinə sərf etmir.Çünki onun kimilərinin işi sahibkarların pulunu müxtəlif yollarala mənimsəməkdir .Şükürlər olsun ki, məhkəmələrimiz belə dələduzların yalanlarını daima ifşa edirlər

Hörmətlə: Mayılova Minayə Seyidağa qızıMəhkəmə onun xeyrinə qərar çıxarsa da... - MüraciətMəhkəmə onun xeyrinə qərar çıxarsa da... - MüraciətMəhkəmə onun xeyrinə qərar çıxarsa da... - Müraciət
Dünən, 16:00
Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik... - NƏ OLDU?
Dünən, 15:30
Ermənistanın demarşı: Rusiyanın ikinci cəbhə açmaq imkanı yoxdur - NƏ BAŞ VERİR?
Dünən, 14:22
Yüz minlərlə azərbaycanlı Rusiyadan geri qayıdır? - NƏ ETMƏLİ?
Dünən, 13:16
Yaşayış binalarında da parklanma yerləri BAHALAŞDI - Yeni qiymət
Dünən, 13:00
Şahmar Hüseynov vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
Dünən, 11:56
Sabah yerimizdə oturacaqlar, qan töküləcək, Azərbaycana qaytarılmalıdır – Andranik Köçəryan
Dünən, 10:53
"Xəzər Lənkəran"la bağlı şad xəbər - Seçimlərə başlandı
Dünən, 10:12
“Yaxın günlərdə daha 73 nəfərin adları ictimaiyyətə açıqlanacaq”
Dünən, 10:08
Azərbaycanda dövlət xadimlərinin həyatına 7 sui-qəsd cəhdi olub - DTX rəhbəri
Dünən, 10:02
Dünya "Qarabağ"ın ulduzundan danışır: Nələr dedilər? - VİDEO
Dünən, 10:00
Bahalaşmanın növbəti dalğası gəlir: Evlərin qiyməti yenə artacaq
Dünən, 09:56
Lənkəranda faciə: Ata və oğul öldü (FOTOLAR)
Dünən, 09:49
"Crocus"da qəhrəmanlıq göstərən sumqayıtlı: "Onlar məndən üzr istədi"
Dünən, 09:44
ABŞ və Avropa Birliyi Qafqazda sülhü bloklayır: Qərb Ermənistanın hərbi təxribatlarına dəstək qərarı verib
Dünən, 09:41
Finlandiya rus oliqarxların Helsinkidəki idman-konsert kompleksini əllərindən alır
Dünən, 09:39
Xristianlıqla İslamı üz-üzə qoymaq istəyirlər - Kirill
Dünən, 09:37
Məşhur Azərbaycan filmlərində heyvanlara aktyorlardan çox qonorar verilirmiş
Dünən, 09:31
Putin: “Rusiya üçün dost olmayan elitalar...”
Dünən, 09:18
Fransa ordusu Ukraynaya girir - 5 ssenari
Dünən, 09:00
Solovyov Bakıya şər atmağına “peşman” oldu
27-03-2024, 16:42
Dördüncü dəfədir ki, bayram tonqalı azad edilmiş Qarabağ torpağında qalanır
27-03-2024, 16:00
Ermənistan Türkiyənin vilayətinə çevriləcək - Petrosyan
27-03-2024, 15:30
Ermənistan sərhəddəki kəndi Gürcüstana verir? - “Joğovurd”
27-03-2024, 14:27
Xocalı şəhərində Şəhidlər xiyabanı salınır
27-03-2024, 14:22
Zaxarova və Peskov Ermənistana hansı mesajı göndəriblər -ŞƏRH
27-03-2024, 14:00
"Peysər", "qaşqaldaq" sözlərinə o mənfi mənaları kim yükləyib? - Alimdən etiraz
27-03-2024, 13:18
Xocalıya ilk köçün tarixi açıqlanıb