Xaçmaz sakinlərinin bərbad halı... - Deyirlər ki...
Bolge
Oxunub: 716
16 apr 2019 | 16:41
Xaçmaz sakinlərinin bərbad halı... - Deyirlər ki...














“Deyilənə görə, dayanacaq dağılanda orda uşaq da olub. Xudata getmək üçün anasıyla avtobus gözləyirmiş. Hətta deyilənə görə, anayla bala xəsarət alıb”.

Xaçmazın Seyidlər kəndinin sakinləri danışırlar ki, kəndin ərazisindəki dayanacaq iki aydan çoxdur dağılıb. Və iki aydan çoxdur ki, həm sakinlər dayanacaqsız qalıb, həm də dağıntılar gündüzlər bu yoldan istifadə edən məktəblilərə, gecələrsə sürücülərə təhlükə yaradır.

“Yağış dayanacağı dağıdıb”

Seyidlər kənd sakini Elariz Həsənovun deməsinə görə, dayanacağın dağılmasına səbəb yağış olub:

“Güclü yağışdan dağılıb. Təsəvvür edin, yağış yağır, avtobus gözləyənlər də yığışıb dayanacağa ki, yağışdan islanmasınlar, bu vaxt dayanacaq yağış sularına tab gətirməyib başlarına uçur. Kənddə belə danışırlar… Deyirlər, həmin vaxt ana və azyaşlı uşağı dayanacaqda olub, ancaq xəsarət alıb-almadıqlarını bilmirik. Köhnə tikili idi, istismar müddəti çoxdan ötmüşdü”.

“Tibb məntəqəsi, mədəniyyət klubu – hər yer bu vəziyyətdədir”

Kənd sakini Fəzilə Qurbanova deyir, yeni tipli, dəmir konstruksiyalı dayanacaq üçün dəfələrlə Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət ediblər. Qurum sakinlərə söz verib ki, tezliklə müvafiq qurumlar problemi həll edəcək:

“Bu dayanacaq Qubadan Xudata gedən yolun üstündədir. Hər gün yüzlərlə adamın istifadə etdiyi yoldur. Ancaq indi bizi narahat edən o deyil ki, niyə bura təzə dayanacaq quraşdırılmır. Bizi narahat edən odur ki, bu dağıntı ortalıqda qalıb, iki aydır gəlib yığışdırmırlar. Gedib icra hakimiyyətində bir az səs-küy salandan sonra gətirib bir tərəfinə lent bağlayıb getdilər. Əslində yenə də dava dayanacaq davası deyil. Söhbət odur ki, kəndlərdə hər sahə beləcə dağılır və diqqət göstərilmir. Xaçmazın mərkəzinə gəlsəniz, elə bilərsiz başqa aləmə düşmüsüz. Ayrılan pulların yarısı ciblərinə gedir, yarısı da heykəl qoymağa… Ancaq kəndimizdəki tibb məntəqəsi də, mədəniyyət klubu da – hamısı bu vəziyyətdədir”.

“Ayrılan pullar ciblərə axır”

Sakinlər düşünür ki, əslində bu işlərə görə pul vəsaitləri ayrılır, ancaq o pullar şəxsi ciblərə axır:

“İndi araşdırsaq, görərik ki, o dayanacağa görə neçə dəfə pul silinib. Baxırsan ki, bir şey deyil, düşünürsən ki, dayanacaqdır da… Uzaqbaşı avtobusu yolun kənarında dayanıb gözləyəcəksən. Ancaq belə deyil. Bizə vacib görünməyən o dayanacağın əvvəl təmirinə görə pul ayrılır, sonra da təzəsinə görə. Kənddəki işıq dirəkləri, naqillər… Hər şey bu vəziyyətdədir. Eyni qaydalarla kağız üzərində ildə bəlkə 3-4 dəfə “dəyişdirilir”, yenilənir və sair”.Xaçmaz sakinlərinin bərbad halı... - Deyirlər ki...
Dünən, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
Dünən, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
Dünən, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO
Dünən, 15:34
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamda məktəbin təməlqoyma mərasimində
Dünən, 15:30
Zəngəzur dəhlizi açılsa... - GƏLİŞMƏ
Dünən, 14:22
Paşinyan üçün QURTULUŞ YOLU... - hələ ÇOX İŞ görməlidir...
Dünən, 14:00
Sabah Bakıda 29, rayonlarda 31 dərəcə isti olacaq
Dünən, 12:28
Rusiya ABŞ-ın nəhəng bankının hesablarına həbs qoydu
Dünən, 12:24
İrəvan Təbrizdə baş konsulluğunu açır
Dünən, 12:20
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar
Dünən, 12:13
Azərbaycanda parlament seçkisi ilə bağlı daha bir ANONS
Dünən, 12:09
Nəsib Quliyev qadına görə intihar edib - SENSASİYALI İDDİA
Dünən, 12:04
ABŞ Ermənistan ordusundakı ölümlərdən narahatdır
Dünən, 11:58
Azərbaycan və Qırğızıstan prezidentləri Füzulinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
Dünən, 11:46
Türkiyə vətəndaşını şantaj edən şəxs həbs edildi
Dünən, 11:40
Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR
Dünən, 11:36
Bakıda Azərbaycan-Macarıstan Hökumətlərarası Komissiyasının 10-cu iclası başlayıb
Dünən, 11:14
Rus ordusunda fərarilik rekord həddə qalxdı
Dünən, 11:10
İntihar edən baş pediatrın dəfn olunacağı yer açıqlandı
Dünən, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Dünən, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Dünən, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Dünən, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Dünən, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
24-04-2024, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
24-04-2024, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
24-04-2024, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...