Yevlaxın başçısı ilə bağlı ilginc iddia... - Belə deyirlər...
Bolge
Oxunub: 642
17 apr 2019 | 18:54
Yevlaxın başçısı ilə bağlı ilginc iddia... - Belə deyirlər...














Bu günlərdə Yevlaxdan tərif dolusu bir reportaj təqdim olunmuşdu. Adam baxanda ürəyi açılırdı. Deyirsən, bu rayon nə gözəl inkişaf edir.

Hər yer gülüstana çevrilib. İntəhası, reportajdan fotolara diqqət yetirəndə fikirlərində yanıldığını anlayırsan, ümidlərin alt-üst olur.

Yevlaxdan verilən görüntülərdə, şəkillərdə ins-cins gözə dəymir. Adama elə gəlir ki, ya Yevlaxda kütləvi deportasiya olub, ya da müharibə baş verib, rayonda bir nəfər sağ qalmayıb.

Əks halda sual yaranır ki, bu adamlar hardadır, niyə bir nəfər də olsun şəkilə düşməyib? O necə reportajdır ki, bir taksi, bir yoldan keçən adam fotoya düşməyib?

Yevlaxın başdan-ayağa gül-çiçək, çəmənlik içində olduğunu, sürətli inkişaf getdiyi qeyd edilən həmin reportajda bir insan fotoda yoxdursa, deməli yerli İcra Hakimiyyəti həmin media orqanına obyektlərin maket şəklində olan kadrlarını yollayıb, ya da özlərində olan hazır şəkilləri göndəriblər.

Bu da başadüşüləndir. Çünki Yevlaxda heç bir inkişaf getmədiyini icra başçısı Qoca Səmədov yaxşı bildiyi üçün şablon fotoları göndərib, özünü təriflədib. Halbuki, yevlaxlılar da bilirlər - Q.Səmədov rayonu viran qoyub.

Gəncənin güllələnmiş sabiq meri Elmar Vəliyevin sayəsində Yevlaxın icra başçısı təyin edilmiş Qoca Səmədov indiyə qədər rayon üçün heç bir addım atmayıb.

Q.Səmədov vətəndaşları qəbul eləmir, sakinlərin, kəndlilərin şikayət elədiyi məsələləri araşdırmır. Vaxtilə Elmar Vəliyevin Gəncədəki bu siyasəti onun öz başında çatladı. Onun rayonda restoranları da həmin reportajda göstərilsəydi, “inkişaf” tam əksini tapmış olardı.

Q.Səmədovla onun qardaşı Ceyhun Səmədovun bir neçə belə restoran və kafeləri var. Hətta 2015-də onlardan birində partlayış olmuşdu.

Əhali ilə normal münasibət yaratmağı bacarmayan məmurların sırasında Yevlax Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Qoca Səmədovun adı ön sıralarda göstərilir.

İcra başçısının yerli sakinləri narahat edən problemlərə biganə yanaşdığı və rayonun abadlaşması məqsədilə dövlət büdcəsindən ayrılan vəsaitləri özünəxas formada xərclədiyi bildirilir.

O, prezidentin 18 fevral 2011-ci il tarixli sərəncamı ilə Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunub. Amma iddialara görə, o geridə qalan illər ərzində sakinlərin rəğbətini qazana bilməyib.

Belə ki, 2011-ci ildən bu vaxta kimi ayrı-ayrı mətbuat orqanlarına müraciət edən yevlaxlılar icra başçısının zülmündən təngə gəldiklərini açıqlayıblar.

Yevlaxın Xaldan kəndində yol kənarında 40 ildən çox idi ki, Bakı və digər istiqamətlərə sərnişin yola salınması üçün kassa var idi. Bu xidmətin yerləşdirildiyi yerdə dayanacaq yeri vardı.

Dəmirdən olan həmin dayanacaq söküldü. Rayonun icra başçısı gözünə xoş gələn əraziləri ən müxtəlif bəhanələrlə özününküləşdirir.

Dayanacağı götürdülər və aydın oldu ki, insanların dayandığı və oturduğu dayanacaq yeri ticarət obyekti kimi icra hakimiyyəti tərəfindən satılıb.

İcra başçısı həmçinin sahibkarlara da aman vermir, onlara əlavə problemlər yaradır. Hamıya məlumdur ki, ölkə rəhbərliyi tərəfindən sahibkarlığın inkişafına böyük dəstək göstərilir və sahibkarlara güzəştli kreditlər verilir.

Qoca Səmədovun sahibkarların fəaliyyətinə yersiz müdaxilələr etdiyi qeyd olunur.

İcra başçısı sahibkarları əsassız olaraq incidir. Elmar Vəliyevin dövründə inşa edilən tikililərin, daha doğrusu sahibkarlıq obyektlərinin bir çoxu sökülüb. Yevlax İcra Hakimiyyətinin rəsmiləri sökülən obyektlərin sənədlərinin qaydasında olmadığını əsas gətiriblər.

Bunun nəticəsində rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlara həm maddi, həm də mənəvi ziyan dəyib.

Maraqlıdır ki, Qoca müəllim sökülən obyektlərin yerində yeni ticarət obyektlərinin tikilməsinə icazə verib.

İcra başçısının oğlanları rayonda əsas biznes sahibləridirlər. Dövlət başçısı məmurlara və övladlarına təvazökar olmağı tövsiyyə etsə də, Yevlaxdan uzağı görmürlər.

Hətta bu yaxınlarda siam.az saytında xəbər yayılmışdı ki, Bərdənin icra başçısı Vidadi İsayevə məxsus restoranın ərazisində xoruz döyüşdürülür.

Bu yarışların baş ideoloqu isə kim olsa yaxşıdır, Yevlaxın icra başçısı Qoca Səmədovun oğlu Ruslan Səmədov.

İddialara görə, Yevlax-Bərdə yolunda yerləşən “Dərələyəz” restoranının ərazisində xoruz döyüşdürülür.

Bu yarışlardan gələn mənfəətin iki icra başçısının cibinə getdiyini söyləmək çətin olsa da, Q.Səmədovun oğlunun xoruz döyüşlərinin həvəskarı, azart fanatı olduğu bildirilir.

Məmurlar və uşaqları arasında kazino və s. azart həvəskarlarının olduğunu, milyonluq maşınlarda avtoxuliqanlıq edib insanları öldürməsini eşitmişik, xoruz döyüşdürülməsini isə ilk dəfə...

\\teref.az\\
Bu gün, 10:16
“Laçın yolundan da Rusiya bayrağı götürüldü... - Sülhməramlılar çıxmaqda davam edir...”
Bu gün, 10:01
Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir - ABŞ institutu
Bu gün, 09:37
Bakıda təmizlik işçisinin bu görüntüsü gündəm oldu - VİDEO
Bu gün, 09:31
Vaşinqton Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşmanı alqışlayıb
Bu gün, 09:00
“Böyük tarixçi” Bayden ermənilərə niyə pislik edir: ABŞ Ermənistanı növbəti “qurban” seçib
Dünən, 16:00
Qarabağdan Ermənistana keçən Rusiya texnikaları geri qayıtmağa başladı?.. - VİDEO
Dünən, 15:30
İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal
Dünən, 14:22
İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...
Dünən, 14:03
Prezidentlər mətbuata bəyanatlarla çıxış edirlər
Dünən, 13:31
Prezidentdən İsmayılovla bağlı SƏRƏNCAM
Dünən, 13:05
Köçkünlərin evi satışa çıxarıldı - AŞAĞI QİYMƏTLƏR
Dünən, 13:00
Azərbaycan və Qırğızıstan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Dünən, 12:56
Qırğızıstan Prezidentinin rəsmi qarşılanma mərasimi olub
Dünən, 12:09
Tarixi əməkdaşlıq
Dünən, 11:02
Ərəb ölkələri Türkiyəni geri çevirdi: Qəzza planı baş tutmadı - İsrail mediası
Dünən, 10:56
Japarov Azərbaycana səfərə yola düşdü
Dünən, 10:51
Hadrut yenidən qurulur - Ən son görüntülər
Dünən, 10:35
61 milyard yardımın pərdəarxası: qəfil məğlubiyyət... - AÇIQLAMA
Dünən, 10:06
Vətən müharibəsi qazisi Türkiyədə həlak oldu
Dünən, 10:02
İranlı nazir barədə həbs qərarı verildi
Dünən, 09:54
Baş nazir iclas keçirdi: Sədr məruzə etdi - FOTO
Dünən, 09:33
Podolyak: “Üçüncü dünya müharibəsi artıq gedir”
Dünən, 09:28
Ukrayna ərazisi dörd ölkə arasında bölünə bilər - Makqreqordan ŞOK AÇIQLAMA
Dünən, 09:24
Tiktok bu türk ölkəsində də əngəllənə bilər
Dünən, 09:18
Paşinyan Ermənistanın əsl düşmənini elan etdi: Erməni kilsəsi və diaspor daxili savaşa başlayır
Dünən, 09:16
Qərbi Azərbaycan Xronikası: Ermənilərdən Qara Qarayev və Müslüm Maqomayev haqqında İDDİA - VİDEO
Dünən, 09:00
"Haber Global": İrəvanda həyasız təxribat - Şanlı Azərbaycan və Türkiyə bayraqları hədəfə alınıb