Məhkəmə qərar versə də... - GİLEY
Bolge
Oxunub: 666
20 apr 2019 | 20:19
Məhkəmə qərar versə də... - GİLEY















Ağcabədi rayon sakini Afət Qələndərova redaksiyamıza gələrək, dələduzluğa məruz qalmasından, məhkəmə qərarının icra edilməməsindən şikayətlənib. Şikayətçi qeyd edib ki, 2013 və 2014-cü ildə Ağcabədi Rayon Məhkəməsinin onun xeyrinə çıxardığı qətnamələr bu günə qədər icra edilmir:

“2013-cü ilin mart ayında Səadət Mamedova ümumilikdə məndən 9000 manat borc almışdı. Aldığı borcu 10 gün müddətində qaytaracağına söz versə də, sonradan müxtəlif bəhanələr gətirərək, borcu qaytarmamışdı.

Həmçinin, həmin ilin sentyabr ayında tanıdığım Cəmilə Hüseynova Rusiyadan qızıl-zinət əşyaları gətirildiyini və həmin əşyaları almaq üçün ona 13 000 manat lazım olduğunu bildirmişdi. Bundan əvvəl verdiyim borc qaytarılmasını üçün bu məsələdə tərəddüd etmişdim. Lakin Cəmilə and içərək inandırdı ki, borcu mütləq bir ay müddətinə qaytaracaq. Hətta məndən qeyd olunan məbləğdə borc aldığı üçün qəbz də yazdı. Lakin Cəmilə də S. Mamedova kimi sonradan borcu qaytarmaq istəmədi.

Məsələni belə görüb, Ağcabədi Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmənin 2013-cü il, 23 oktyabr tarixində çıxardığı qətnaməyə əsasən, S. Mamedovadan ümumilikdə 8428 manat alınaraq mənə verilməli idi.

Həmçinin Ağcabədi Rayon Məhkəməsinin 17 iyun tarixində verdiyi qərar əsasən Cəmilə Hüseynovadan 13000 min manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu alınaraq mənə verilməli idi. Məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələri Ağcabədi rayon İcra Şöbəsinə göndərilib. Buna baxmayaraq hər iki qətnamənin icrası yerinə yetirilmir. Çoxsaylı müraciətlərimdən sonra Səadət Mamedov barəsində cinayət işi başlamış və o, 8 ay azadlıqdan məhrum edilib. İcra şöbəsinin rəisi Elnur Əsədov mənim şikayətlərimə baxmır. Sonda isə bildirir ki, artıq S.Mamedova azadlıqdan məhrum edilib, daha ondan borumu istəməyim.

Digər borclu Ağcabədi rayonunda orta məktəbdə müəllimə işləyir. Çoxlu sayda müraciətlərimdən sonra məhkəmə qərarının icrasını onun aldığı maaşa yönəldiblər. Belə ki, hər ay 120 manat alınaraq mənə verilməlidir. Borcumun tam ödənilməsi üçün 12 il gözləməliyəm".

Şikayətçi qeyd edir ki, hazırda yaşayış durumu çox ağırdır, üstəlik övladı ali məktəblərin birində ödənişli olaraq təhsil alır: “Aidiyyəti orqanlardan xahiş edirəm, qanuni olaraq məhkəmə qərarlarının çıxardığı qətnamənin icrası təmin olunsun, qeyd edilən pul borclarımın cavabdeh şəxslərdən alınıb mənə verilsin”.

Məsələ ilə bağlı qarşı tərəfin də rəyini öyrənməyə çalışdıq. İcra şöbəsinin rəisi Elnur Əsədov hazırda icra işinin şöbənin əməkdaşı Faiq Mustafayevdə olduğunu bildirərək, bizi ona yönləndirdi. F.Mustafayev isə qəzetimizə açıqlamasında məsələyə bu cür aydınlıq gətirdi: “Həmin iş üzrə borclu şəxs Səadət Mamedova cinayət məsuliyyətinə cəlb edilib və 8 ay azadlıqdan məhrum edilib. Digər borclu isə təhsil şöbəsində işləyir, əmək haqqı alır. Onun digər əmlakı aşkar olunmadığından borc maaşından çıxılır. Bu günə qədər onun maaşından 4 000 manata qədər borc tutularaq iddiaçıya verilib və bu proses davam etdirilir. Vətəndaş bunları təkzib edə bilər, amma bu haqda rəsmi sənədlər var”.
“Yeni Müsavat”
Dünən, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
Dünən, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
Dünən, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
Dünən, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Dünən, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
Dünən, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi
Dünən, 12:15
İlham Əliyev Portuqaliya prezidentini COP29-a dəvət edib
Dünən, 11:45
Sülhməramlıların Qarabağı tərk etməsinin yeni görüntüləri - VİDEO
Dünən, 11:36
MN: Azərbaycan Ordusu Ermənistanın kvadrokopterini zərərsizləşdirib - FOTO
Dünən, 11:14
Azərbaycan XİN Fransaya cavab verib
Dünən, 10:59
“Atam heç bir xəstəlikdən əziyyət çəkmirdi” - Tural Rəcəbli
Dünən, 10:48
Əsgəran avtomobil yolunun inşasına start verilib
Dünən, 10:40
İlham Əliyev Kayrat Sarıbayı qəbul edib
Dünən, 10:35
Hadı Rəcəblinin müəllimlər, sosial şəbəkələr, gəlinlər haqda dedikləri gündəm olmuşdu...
Dünən, 10:27
Sərhədlərin bağlı saxlanmasında İran nüansı... - AÇIQLAMA
Dünən, 10:06
Azərbaycan QHT-si Narkotiklər üzrə Vyana QHT Komitəsinə üzv qəbul edildi
Dünən, 09:55
Aytən Səfərovanın maşını aşdı, xəstəxanadadır - VİDEO
Dünən, 09:37
Sabiq deputat Hadı Rəcəblinin ölüm səbəbi bəlli olub
Dünən, 09:18
Fransa səfiri Azərbaycandan geri çağırıldı
Dünən, 09:10
Hadı Rəcəbli vəfat edib - YENİLƏNİB - AÇIQLAMA
Dünən, 09:00
KİV: Rusiya sülhməramlıları Azərbaycanı tərk edir: TAM VƏ BİRDƏFƏLİK - VİDEO
16-04-2024, 16:00
R.Vardanyan - “Çirkli pulları yuma” hesabatlarında, yoxsa Nobel namizədliyində - ARAŞDIRMA
16-04-2024, 15:30
8 kəndlə bağlı qəti addım: Ordu hazır duruma gətirildi - GƏLİŞMƏ
16-04-2024, 14:57
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 14:34
Akademik Zərifə Əliyeva
16-04-2024, 14:22
Ermənistanı sərhəddə Qərb qızışdırır? - ZİBİLƏ DÜŞMÜŞÜK...
16-04-2024, 14:22
İlham Əliyev: “Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq”