Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi
Bolge
Oxunub: 1 800
22 apr 2019 | 10:57
Sumqayıt icra başçısının əmisi oğlu da qadına hücum etdi












Azerinfo.az xəbər verir ki, Sosial şəbəkələrdə Sumqayıtda kameraya çəkilmiş qalmaqallı video sürətlə yayılmaqdadır. Həmin videoda bir kişi küçənin ortasında qadına hücum edib onu təhqir edir.

Məlumata görə, qəzəblənmiş kişinin sükanı arxasında olduğu avtomobil qadının idarə etdiyi başqa bir maşınla toqquşub.

Azerinfo.az xəbər verir ki, Hadisədən sonra kişi maşından çıxaraq qadına hücum edib və onu küçə soyuşləri ilə təhqir edib, zərbə endirəcəyi ilə hədə-qorxu gəlib. Bu video minlərlə sosial şəbəkə istifadəçisi tərəfindən izlənilib.

Yerli nəşrlərdən birinin jurnalisti videonun “qəhrəman”ının şəxsiyyətini müəyyənləşdirə bilib. Videoya yazılmış şərhlərdə də istifadəçilər kişinin davranışındakı həyasızlığa və özünə inam hissinə təəccüblənirlər. Təsadüf deyilmiş - belə ki, bu adam Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmisi oğlu Novruz Fərəcov imiş.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə məmurları və onların ailə üzvlərini sadə olmağa və vətəndaşlarla hörmətlə davranmağa çağırıb. Ələlxüsus, dövlət başçısı məmurlara tövsiyə edib ki, vətəndaşlara xidmət etdiklərini unutmasınlar.

Azerinfo.az xəbər verir ki, Nazirlər Kabinetinin iclaslarından birində çıxış edərkən Azərbaycan Prezidenti xüsusi olaraq qeyd etmişdi ki, bəzi vəzifəli şəxslərin uşaqları özlərini həyasızcasına aparır, insanları təhqir edir, özlərini idarə edə bilmirlər: “Onlara cəmiyyətdə bu statusu kim verib?! Onların ümid etdikləri şəxsləri vəzifəyə mən təyin etmişəm. Lazım bilsəm, elə özüm də vəzifədən azad edəcəyəm. Əgər bir də eşitsəm ki, hansısa ailənin üzvü xuliqanlıq edir, özünü nalayiq aparır, həmin adam həbs ediləcək, atası isə vəzifəsindən uzaqlaşdırılacaq. Qoy bunu hamı bilsin!” – İlham Əliyev bildirmişdi
Dünən, 16:00
Sabah 32 dərəcə isti olacaq
Dünən, 15:30
Taksi avtomobillərinin kütləvi satışı bazarda ucuzlaşmaya səbəb oldu
Dünən, 14:47
İlham Əliyev və Olaf Şolts mətbuat konfransı keçirirlər
Dünən, 14:43
Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü başa çatıb - YENİLƏNİB
Dünən, 14:22
Əvvəl Qarabağ, sonra Qazaxın kəndləri... - Növbəti hədəf haradır?
Dünən, 14:00
İrəvan kulisləri çalxalanır: Qərbi Azərbaycana qayıdış başlayır - Ermənistan KİV
Dünən, 13:23
Növbəti köç karvanı Füzuliyə çatdı
Dünən, 12:55
Rus qoşunları hücumu gücləndirdi, yeni ərazilər götürülür
Dünən, 12:51
Ukrayna tanklarını cəbhədən geri çəkir: Nə baş verir...
Dünən, 12:28
Azərbaycan XİN Avropa Parlamentinə cavab verib
Dünən, 12:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edib - YENİLƏNİB
Dünən, 11:55
İlon Maskdan şok: Vətəndaş müharibəsi olacaq
Dünən, 11:22
COP29-un əhəmiyyəti
Dünən, 11:15
Qarşılıqlı fəaliyyətimizin gündəliyi kifayət qədər genişdir
Dünən, 11:04
İlham Əliyev Almaniyada mühüm tədbirdə iştirak edəcək
Dünən, 10:57
Yeni Klinikada yoxlama: Saxlanılan var - FOTO
Dünən, 10:24
Xocavənddə ƏMƏLİYYAT: polisə demədi, saxlanıldı - FOTO
Dünən, 10:07
Putin döyüş meydanında uğurun sirrini açıqladı
Dünən, 10:02
Conson Ağ Evin planını DE-ŞİFRƏ ETDİ: ABŞ bu ölkəyə də hücum edəcəkdi, amma...
Dünən, 09:59
Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - VİDEO
Dünən, 09:41
Paşinyan sərhəddəki delimitasiya barədə hesabat verib
Dünən, 09:38
Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
Dünən, 09:33
Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 MESAJ
Dünən, 09:00
Rasizmin beşiyinə çevrilən ABŞ-ın Azərbaycana qarşı uydurma hesabatı - FAKTLAR
25-04-2024, 17:48
İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO
25-04-2024, 16:00
Tokayev dəhliz üçün dövrədə: Əliyev son tarixi açıqladı - Paşinyan Bakıya gəlir?
25-04-2024, 15:39
Xocalıda insan qalıqları aşkar edilib - FOTO