"Dəfələrlə deputatımız Aydın Mirzəzadəyə ərizə ilə müraciət etmişəm" - GİLEY
Bolge
Oxunub: 743
23 apr 2019 | 19:19
"Dəfələrlə deputatımız Aydın Mirzəzadəyə ərizə ilə müraciət etmişəm" - GİLEY














8 yaralı döyüş yoldaşlarını xilas edən aprel qazisi Niyazi İsgəndərov bu gün bədənində 152 tikiş daşıyır.

Aprel qazisi Niyazi İsgəndərov Mingəçevirdəki yataqxanalardan birində yaşayır. 1988-ci ildə İrəvandan Azərbaycana ailəsi ilə birlikdə pənah gətiriblər.

Elə o gündən şəhərdəki yataqxanalardan birində məskunlaşıb. Bu günlərdə aprel qazisi ilə görüşüb onu narahat edən problemləri ilə yaxından tanış olduq.

Qeyd edək ki, Niyazi N saylı hərbi hissənin kiçik çavuşu, manqa komandiri olub. Niyazi İsgəndərov 2015-ci ilin may ayında düşmən təxribatının qarşısını alarkən güllə yarası alıb. 2016 cı ilin aprel döyüşlərində də yenidən yaralanıb. Onun aprel döyüşlərində göstərdiyi şücaəti hər kəsə yaxşı məlumdur.

Niyazi İsgəndərov Yeniavaz.com saytına müsahibə verərək qeyd edir ki, aprelin ilk günlərində cəbhədə baş verən döyüş əməliyyatları zamanı əvvəlcə 3 əsgəri döyüş bölgəsindən çıxarmağı bacarıb: "Şiddətli döyüşlər zamanı hərbçi yoldaşım ilə birgə yaralanmış 3 əsgəri döyüş bölgəsindən təhlükəsiz əraziyə çətinliklə də olsa çıxara bildik. Bundan sonra o, yenidən döyüşə davam edib. Özümdə yaralandım. Amma buna baxmayaraq yenidən döyüş bölgəsinə qayıtdım. Ertəsi gün qızğın döyüşlərdə daha 5 nəfər əsgərimiz yaralandı. Onları öz tərəfimizə çəkib çıxararkan qəlpə yarası aldım. Hal-hazırda hələ də həmin qəlpələri daşıyıram. Hazırda bədənimdə 40 dan çox qəlpə var. Yoldaşlarımı neytral zondan çıxarandan sonra yenidən döyüşə qayıtdım. Yüksəklikdə olarkən erməni minamyot atdı. Həmin vaxtı 3 əsgərimiz şəhid oldu. Onlardan biri Əlizamin İslamov, Müşfiq Orucov (700 bal toplamışdı) digəri isə Nurlan Qasımov Allah hər üçünə rəhmət eləsin. Həmin vaxtı mən də güllə yarası almışdım buna baxmayaraq döyüş yoldaşım yaralı Murad Sakitoğlunu ordan çıxarmağı bacardım. Hərbi maşınlarla bizi Naftalanda ilkin yardım göstəribvertalyotla Bakı şəhərinə yola saldılar. Bir aya yaxın müalicə almağıma baxmayaraq gözlərimdə qəlpə olduğuna görə gözlərim açılmırdı. Qəlpələrin bir neçəsi çıxarılıb amma yenə sağlamlığımla bağlı problem yaşayıram. Sağ əlimdə tam açılmır. Bütün bu qəlpələr sisnir sistemimi zədələyib. Bütün bunlara baxmayaraq mən yenidən könüllü olaraq yenə də hərbidəyəm. Əlillikdən imtina etdim. Hələ gəncəm istəmirəm ki, özümə qapanıb evdə oturam. Ailə vəziyyətim də çətindir. Evdə otursam mənim övladlarıma kim baxar? Həm də mən qarşıma məqsəd qoymuşam ki, torpaqlarımız alınana qədər son damla qanıma qədər döyüşəcəm".

Niyazi İsgəndərov bugünkü yaşamı ilə bağlı da problemlərini dilə gətirdi: "Şikayət etmək istəmirəm sadəcə müraciət etmək istəyirəm. 4 nəfər ailə yataqxananın 12 kvadratmetrlik bir otaqında güc-bəla ilə yaşayırıq. Mən bilirəm ki, dövlət başçımızın heç xəbəri də yoxdu ki, mən bu gün bu vəziyyətdə yaşayıram. Bəlkə də xəbəri olsa mənə kömək əlini uzadar. Dəfələrlə aidiyyatı qurumlara, deputatımız Aydın Mirzəzadəyə ərizə ilə müraciət etmişəm. Amma hələ heç bir nəticə yoxdur. Öz müalicələrim qalıb bir yana, yoldaşım da gözdən ikinci qrup əlildir. 2 az yaşlı oğlum var, imkansızlıqdan idmanda dəfələrlə uğur qazanan övladımı idmandan uzaqlaşdırdım. Yaralanandan sonra iki ay evdə də yatdım Gözüm qapıda qaldı heç bir adam mənimlə maraqlanmadı. Hazırda 37 yaşım var. Xəstəlik günü-gündən üstələyir. Heç bir imkanım yoxdur ki, müalicələrimi davam etdirim. Xahiş edərdim ki, dövlətimiz mənim kimi kölgədə qalan qazilərlə maraqlansınlar. Biz qazilər yenə də bir yumruq ki, prezidentimizin, dövlətimizin arxasında dayanmışıq. Nə vaxt irəli komandası verilsə biz yenə döyüşə hazırıq”.
Dünən, 16:00
Siyasət meydanının 10 nömrəsi... - Hər vurduğu qol olur...
Dünən, 15:30
“Rusiya hərbçilərini Qarabağdan çıxmaq istəmirdi, amma...” - Diplomatik uğur və məntiqi nəticə
Dünən, 14:22
Rus əsgərinin Qarabağdan... çıxışlıq halı - O MÜBARƏK AN...
Dünən, 14:00
Qarabağ... bax indi AZƏRBAYCANDIR! - HƏQİQƏTƏN DƏ...
Dünən, 13:39
İnsan qanı ilə qidalanan “vampir bakteriyalar” - Kimlər risk altındadır?
Dünən, 13:01
Nazir müavini təyin olunan Axundov kimdir? – DOSYE
Dünən, 13:00
Qərbin vasitəçiliyi: Boş-boş danışıqlar və... - FAKT BUDUR!
Dünən, 12:57
40-a yaxın müdir işdən çıxarılıb, 200-ə yaxını isə... - RƏSMİ
Dünən, 12:51
Rusiya sülhməramlılarının Azərbaycandan çıxması prosesi davam edir
Dünən, 12:02
Sürücülərin NƏZƏRİNƏ: Bu yol üç gün bağlı olacaq - FOTO
Dünən, 11:55
Bakının bu ərazisində söküntü: Bina tikiləcək - VİDEO
Dünən, 11:49
Nazirə yeni müavin təyin edildi - SƏRƏNCAM
Dünən, 11:23
İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək
Dünən, 10:49
Biləsuvarda gündəm olan molla: Oxunan Qurandır, ya mahnı? - VİDEO
Dünən, 10:39
Azərbaycanda şəxsiyyət vəsiqələri ilə bağlı YENİLİK - VİDEO
Dünən, 10:05
Bu şənbə Bakıda iməcilik keçiriləcək
Dünən, 09:56
Avro və lirə bahalaşdı
Dünən, 09:50
Urmiya gölünün son peyk görüntüsü - FOTO
Dünən, 09:18
Fransanın Qafqaz planı iflasa uğrayır: Parisin Bakıya təzyiq cəhdləri boşa çıxır
Dünən, 09:17
Bu yolda qəza: uzun tıxac yarandı - FOTO
Dünən, 09:00
Bu gün Başlıbel faciəsinin ildönümüdür
17-04-2024, 16:00
Qiyamətdən qurtuluş üçün zərdab - NƏ BAŞ VERİR?
17-04-2024, 15:30
Bu atəşin Cənubi Qafqaza və Türkiyəyə sıçrama ehtimalı var - GƏLİŞMƏ
17-04-2024, 14:22
İrəvan Bakının təklifini qəbul etməyə məcburdur - Əks halda...
17-04-2024, 14:07
Kremldən sülhməramlıların Azərbaycandan çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
17-04-2024, 13:42
Qərb Azərbaycanı seçir, Ermənistan isə… - Arakelyan
17-04-2024, 12:21
Paşinyan Azərbaycan kəndinə gəldi